Bir gün kəndxuda ova çıxmaq üçün kəndlilərdən bir tazı istəyir. Ertəsi gün kəndlilər ona bir qoyun iti gətirirlər. Kəndxuda əsəbləşərək deyir



Yüklə 17,83 Kb.
tarix06.12.2022
ölçüsü17,83 Kb.
#120492
ana dili ksq№2...


Azərbaycan dili IV sinif
Kiçik summativ qiymətləndirmə - (2)
Şagirdin soyadı və adı_________________________________ Tarix: .
Bir gün kəndxuda ova çıxmaq üçün kəndlilərdən bir tazı istəyir. Ertəsi gün kəndlilər ona bir qoyun iti gətirirlər. Kəndxuda əsəbləşərək deyir:

  • Bu nədir? Siz itlə tazını tanımırsınız?

Kəndlilər belə cavab verirlər:

  • Kəndxuda ağa narahat olma. Sənin evində hər it bir ayın içərisində arıqlayıb tazıya çevriləcək.

  1. Hansı fikir doğrudur? 2b

  1. Qədimdə kəndin surülərini otaran adama kəndxuda deyirdilər.

  2. Tazı ov məqsədilə istifadə olunan qıvraq it cinsidir.

  3. Qoyun iti tazıya nisbətən daha kiçikdir.

  1. Onun evində qoyun iti bir aya tazıya dönər ifadəsi kimin haqqında işlənir? 2b

  1. Məsuliyyətsiz adamlar haqqında

  2. Qayğıkeş adamlar haqqında

  3. Xəsis adamlar haqqında

  1. Hansı cümlədə zərf işlənib? 2b

A) Bitkilərdən müxtəlif dərmanlar hazırlanır.
b) Kəklik bitki və həşəratlarla qidalanır.
c) Qartal aşağı şığıdı.

  1. Hansı söz omonimdir? 5b

  1. Alma b) ayaq c) qol

  1. Hansı cümlədə tərzi-hərəkət zərfi işlənib: 5b

  1. Dərslərimiz xeyli çətinləşib.

  2. Ana tez uşağı qucağına aldı.

  3. Məqsədinə çatmaq üçün Araz gecə-gündüz oxuyurdu.

  1. İsimlərdən biri həm də sifətdir: 3b

  1. Çadır b) buruq c) ordu

  1. Sözlərdən biri yalnız zərf kimi islənə bilər: 3b

  1. Gözəl b) çox c) tez

  1. Hanı söz leksik mənaya malik deyil? 3b

a) hadisə b) halbuki c) bağban
9. “ Yaman günün ömrü az olar ”atalar sözünün mövzusunu müəyyən et. 3b
a) nifrət b) intiqam c) səbir

10. Sözlərdən birində ahəng qanunu pozulub: 5b a) böyük b) dəyirman c) dəhliz


11. Hansı sözdə yanaşı gələn samitlərin yeri səhv düşüb? 2b


a) cöhrə b) löhvə c) töhvə

12. Hansı sırada əsas nitq hissələri verilmişdir? 5b


a) səs, hərf, sait, samit
b) isim, sifət, say, əvəzlik
c) mübtəda, xəbər, təyin

13. Sifətlərdən ibarət cərgəni göstər? 5b


a) sarışın, qız, kitab b) gözəl, bərk, isti c) cəld, qəfildən, sərrast

14. Xüsusi isimlər olan sıranı seçin: 5b


a) Aynur, Bakı, Göygöl b) Pişik, Çay, Ağac c) Ölkə, Əsər, İnsan

15. Hansı cümlədə zərf hərəkətin sayını bildirir? 8b


a) Durnalar qatar – qatar uçub gedirlər.
b) Balaca Murad tez – tez danışır.
c) Yolda Sənanı xeyli gözlədik.



16. Həm zərf həm də say kimi işlənə bilən sözləri seç 8b


1 çox 2 birdən 3 bir az yeddi 5 xeyli

  1. 1.3.5 .b) 2.4.5: c) 1.2.3

17. Hansı bənddə zaman zərfi verilmişdir? 7b


a) sakitcə, yavaş – yavaş, cəsarətlə
b) xeyli, dəfələrlə, bir qədər
c) sabah, bayaq, indi

18. Hansı söz həm feil həm isim kimi işlənir? 7b


a) süz b) sus c) tut
19. Maşın sahilə çatanda Elnur cəld qalxdı.-cümləsində “cəld” sözü hansı sözə aiddir? 10b
a) Elnur b) maşın c) qalxdı
20. zərflərin altından xatt çək 10b
Gündüz yatar yuvada
Gecə gəzər obada---
Yüklə 17,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin