Bir müəllim kimi bütün mənəvi keyfiyyətlərə malik olması


Üçüncü vəzifə adamların, o cümlədən məktəblilərin hüquq normalarına riayət etməyə olan inam hisslərinin artırılmasıdır



Yüklə 30,18 Kb.
səhifə5/9
tarix10.01.2022
ölçüsü30,18 Kb.
#108074
1   2   3   4   5   6   7   8   9
Üçüncü vəzifə adamların, o cümlədən məktəblilərin hüquq normalarına riayət etməyə olan inam hisslərinin artırılmasıdır. Hər bir Azərbaycan vətəndaşında belə hisslərin yaradılmasına zəruri ehtiyac duyulur. Bəzən yaşlılar ətrafdakılara məhəl qoymadan istədikləri hərəkətlərə yol verir, istədiyi tərzdə söhbət edir, istədiyi adamın şərəf-ləyaqətinin alçaldılmasına səbəb ola biləcək iftiralar yağdırır, söyüş söyür və s. Bunu müşahidə edən məktəblilər, belə hərəkətləri görən uşaqlar onları adi hal kimi qəbul etməyə başlayırlar. Bu çox təhlükəlidir. Çünki belə qeyri-adi davranış normaları məktəbliləri əxlaqsızlığa, cinayət hadisələri törətməyə sövq edə bilər. Əgər ziyalılar, ağsaqqallar, ağbirçəklər həmin adamlara yanaşıb, onun hərəkətlərində cinayət tərkibi olduğunu başa salsalar, bu mənzərəni seyr edən məktəblilər ictimai yerdə artıq-əskik danışmağın, hərəkət etməyin lüzumsuz olduğunu dərk edərlər. Əgər həmin adamlar məzəmmət olunaraq, başa salınsalar ki, belə hərəkətlərin hər biri tutaq ki, söyüş söymək Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə insanı məhkumluq həyatına sövq edir, məhbəsə sürükləyir. Onda bunu görən məkətəblilərin hüquq normalarına, qanunçuluğa olan inam hissi artır. Addım başı qanunçuluğun göstərilməsi, qorunması məktəblilərdəki hüquq normalarına olan hörmət hissini daha da yüksəldir.

Professor Nurəddin Kazımovun təbirincə desək, hüquq normalarına əməl etməyin zəruriliyini dərk edən hər bir şəxs nəticə olaraq Azərbaycan Respublikasının dövlətçiliyini, ictimai quruluşunu, onun siyasi və iqtisadi sistemini, mülkiyyəti, vətəndaşların hüquq və azadlıqlarını hər cür cinayətkar qəsdlərdən qorumuş olar.

Məktəblilərdə hüquq normalarına, qanunçuluğa inam hissinin artırılması təbii ki, onların hüquq normalarını gözləməyə bir növ alışdırmaqdır.


Yüklə 30,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin