Giriş ..................................................................................................................................................... 3
Valyuta bazarının mahiyyəti ............................................................................................................ 4
Valyuta bazarının əməliyyatçıları .................................................................................................... 5
Valyuta bazarında əməliyyat növləri ............................................................................................... 6
Valyuta kursu ..................................................................................................................................... 7
Valyuta alış kursu və satış kursu .................................................................................................... 11
Birbaşa kurs və çarpaz kurs ........................................................................................................... 15
Effektiv valyuta kursları ................................................................................................................. 16
Real valyuta kursları ....................................................................................................................... 17
Valyuta arbitrajı .............................................................................................................................. 18
Yer Arbitrajı: İki Uclu Arbitraj ..................................................................................................... 19
Birbaşa və Dolayı Kurs Fərqinə əsaslanan Arbitraj .................................................................... 21
Üç uclu arbitraj ................................................................................................................................ 22
Valyuta spekulyasiyası .................................................................................................................... 23
Pərakəndə valyuta bazarı: Bankların Müştərilərilə Valyuta Ticarəti ....................................... 24
Banklararası Valyuta Bazarı: Valyuta Interbankı ...................................................................... 25
Banklar və Beynəlxalq Ödəmə Əməliyyatları ............................................................................... 27
Milli valyutanın dönərliliyi ............................................................................................................. 28
Valyuta bazarının digər bazarlardan fərqləri .............................................................................. 30
Valyuta bazarının funksiyaları ....................................................................................................... 31
Ümumi bir tərif verməli olsaq, xarici ölkə pullarına və ya o pulu əvəz edən hər cür ödəmə vasitəsinə valyuta (foreign exchange) deyilir.
Bankçılıq praktikasında nağd xarici pullara effektiv valyuta və ya sadəcə effektiv adı verilir.
Valyuta bazarının mahiyyəti
Valyuta bazarı xarici valyutaların ya da xarici valyutanı əvəz edən bank pullarının fərdlər, banklar və firmalar tərəfindən alınıb satıldığı bazarlardır.
Valyuta bazarının əməliyyatçıları
1. Banklar və qeyri-bank əməliyyatçıları
Kommersiya bankları və valyua büroları
Kommersiya banklarında valyuta departamentləri vardır.
Valyuta departamentlərində ixtisaslaşmış dilerlər vardır.
Böyük banklar çox vaxt bazar formalaşdıran olurlar.
2. Xarici ticarət və xarici investisiya əməliyyatları həyata
keçirən fərdlər və firmalar
3. Spekülyatorlar və arbitrajçılar
4. Mərkəzi banklar və xəzinə
Mənfəət güdmürlər
Ölkənin valyuta ehtiyatlarını və milli pulunun dəyərinin qorunmasını həyata keçirirlər.
Hesabdan hesaba isə iki gün (buna əməliyyatın valoru deyilir) müddətə baş verir.
Dünyadakı dollar ödəmələrinin çoxu mərkəzi Nyu-Yorkda olan CHIPS sistemi vasitəsilə həyata keçirilir.
2. Müddətli əməliyyatlar (futures)
3. Valyuta Swapları
Bir valyutanın müəyyən bir hissəsinin iki müxtəlif valor ilə eyni anda həm alınması, həm də satılması formasındakı əməliyyatardır.
Yani bir yerində valyuta əməliyyatı qarşılığında bir müddətli əməliyyat həyata keçirilməsi formasındakı valyuta swapları kurs risqini aşağı salır.
Valyuta kursu -1
Valyuta qiymətlərinə valyuta kursu deyilir.
Valyuta kursu iki milli pul vahidi arasındakı mübadilə nisbətini ifadə edir.
Valyuta kursu bir qiymət olmaqla bərabər, hər hansı bir malın qiymətindən fərqlidir. Çünki kurslardakı dəyişiklik beynəlxalq iqtisadi münasibətlərin predmeti olan əmtəə və xidmətlərin bazar qiymətlərinə və sonra da digər bazarlara təsir göstərərək iqtisadiyyatlarda qlobal dəyişikliklərə səbəb olurlar.
Valyuta kursu valyuta bazarında formalaşır.
Valyuta kursu -2
Valyuta kursu xarici pul vahidinin dəyişdiriləbiləcəyi milli pul miqdarı formasında müəyyənləşdirilmişdirsə, yəni,
1$ = 0.80 AZN
Onda buna Birbaşa Katirovka (Avrupa Üsulü) deyilir.
Valyuta kursu bir vahid milli pul ilə dəyişdiriləbilən xarici pul miqdarı formasında müəyyənləşdirilmişdirsə, yəni,
1 AZN = 1 / 0.80 $
Onda buna Dolayı Katirovka (Amerikan Üsulu) deyilir.
Valyuta kursu -3
Valyuta kursu yüksəlirsə, xarici valyutanın dəyəri ARTIR, milli pulun dəyəri isə AZALIR.
Valyuta kursu aşağı düşərsə, xarici pulun dəyəri AZALIR, milli pulun dəyəri isə ARTIR.
Valyuta kursu -4
Bankların valyuta alqı-satqısı üçün kurs müəyyənləşdirmələri “katirovka etmək”, “katirovka” sözlərilə ifadə edilir. Bizim dildə mənası “qiymət təsbit etmək”dir.
Valyuta alış kursu və satış kursu -1
Banklar valyuta kurslarını alış və satış kursları kimi fərqli formalarda katirovka edirlər.
Banklar valyutanı aşağı qiymətdən alır yüksək qiymətdən satır.
Alış və satış kursları arasındakı fərq bankın mənfəətini və əməliyyat xərclərini əhatə edir ki, buna da kurs marjı deyilir.
Valyuta alış kursu və satış kursu -2
Kurs marjını illik faiz və ya mənfəət dərəcəsilə müqayisə edə bilmək üçün bunların faiz nisbətlərinə çevrilməsi zəruridir:
Valyuta alış kursu və satış kursu -3
Alış və satış kursları arasındakı fərqlərin səbəbləri:
Valyuta əməliyatlarının həcmi çox olduğu halda alqı-satqı marjı da aşağı olur.
Valyuta bazarı qeyri-sabitdirsə, yani enmə və yüksəlmə varsa onda marjlar da yüksəkdir.
Pulun gələcəkdəki bazar şərtlərilə bağlı qeyri-sabitlik gözləntiləri də marjı artırır.
Valyuta alış kursu və satış kursu -4
Effektiv kurslarda alqı-satqı marjının yüksək olmasının səbəbləri:
1. Effektiv Valyutalar əsasən kiçik miqdarlarda alınıb satılır. Bu kiçik miqdarlar üçün də eyni idarəetmə xərcləri çəkilir.
2. Effektiv valyutalar banklarda nağd formada saxlanılır. Müxtəlif xarici valyutaları kassasında saxlayan bank bu alqı-satqı müddətində faiz gəliri də əldə edə bilmir.
3. Nağd valyutaların təhlükəsizlik problemi mövcuddur. Həmçinin nağd valyutaların müvafiq ölkədən gətirilməsi də müəyyən xərc tələb edir.
Bu səbəblərə görə “effektiv valyuta” kursları “valyuta”ya görə daha çox alqı satqı marjını nəzərdə tutur.
Birbaşa Kurs və Çarpaz Kurs
İki ölkə milli pulu arasında bazarda faktiki tətbiq edilən mübadilə nisbətinə Birbaşa Kurs deyilir:
1$=1.000.000 TL
Müxtəlif valyutaların kurslarının ABŞ dolları kimi ortaq bir dəyərə əsaslanaraq hesablanılmasına Çarpaz Kurs və ya Dolayı Kurs deyilir:
1 $=2 € Frankfurt Bazarında
1 $=1.000.000 TL İstanbul Bazarında
1 € = 500.000 TL Dolayı Kurs
Effektiv Valyuta Kursları
Bir milli pulun xarici dəyəri (satınalma gücü) onunla satın alına biləcək xarici mal, xidmət və ya maliyyə aktivlərindən asılıdır.
Bu isə birbaşa katirovkada valyuta kursunun tərsinə bərabərdir.
Bir milli pulun xarici dəyərini hesablamaq üçün effektiv valyuta kursu hesablanır ki, bu da ölkənin milli pulunun onun başlıca ticarət partnyorlarının valyutaları ilə olan kurslarının əsas ortalamasına bərabərdir.
Bir valyuta, qiymətli kağız, mal və ya istehsal faktorunun müəyyən bir andakı qiymət müxtəlifliyindən faydalanmaqla, bu aktivin eyni anda alınıb satılmasına arbitraj deyilir.
Risqsiz olması arbitrajı, spekülyasiyadan ayıran ən mühüm faktordur.
Yer Arbitrajı: İki Uclu Arbitraj -1
Valyuta arbitrajı iki valyuta arasındakı kursların müəyyən bir anda müxtəlif bazarlarda müxtəlif olmasından irəli gələ bilər.
İstanbul BazarıNew York Bazarı
1$=15.000 TL 1$=20.000 TL
Arbitrajçı əlindəki 15.000 TL pula İstanbul Bazarından dollar alır.
Eyni anda New York Bazarında 1$-ı 20.000 TL-ə dəyişdirir.
Nəticədə 5.000 TL, başqa sözlə 33%-lik mənfəət əldə edir.
Yer Arbitrajı: İki Uclu Arbitraj -2
Fərdə mənfəət təmin etməklə yanaşı, iqtisadi baxımdan arbitrajın ən mühüm faydası kurs uyğunluğunu təmin etməsi və Vahid Qiymət Qanununun fəaliyyət göstərməsinə imkan verməsidir.
Arbitrajçı İstanbulda dollar satın aldıqca tələb artır və TL-nin qiyməti yüksəlir.
New York Bazarında dollar satdıqca dollar təklifi artır və qiymət aşağı düşməyə başlayır.
Birbaşa və Dolayı Kurs Fərqinə əsaslanan Arbitraj
Arbitraj, bəzən iki valyuta arasındakı birbaşa kurs ilə çarpaz kurslardan hesablanan dolayı kurs fərqindən irəli gələ bilər.
TL, € və USD olmaqla üç valyuta arasındakı kursların aşağıdakı kimi olduğunu qəbul edək:
1$ = 2 € və ya 1$ = 20.000 TL
1€ = 8.000 TL
Arbitrajçı 16.000 TL ilə başlayarsa 2 € satın alır.
2 € ilə 1$ satın alır.
1$-ı 20.000 TL-ə çevirir.
Nəticədə, 4.000 TL, başqa sözlə 25%-lik mənfəət əldə edir.
Üç Uclu Arbitraj
Valyuta spekulyasiyası
Spekulyasiya, bir kimsənin öz proqnozlarına əsaslanaraq qiymətinin yüksələcəyini gözlədiyi iqtisadi aktivi satın alması, qiymətində enmə gözlədiklərini isə satması yolu ilə mənfəət əldə etmə fəaliyyətidir.
Spekulyasiyanın fərqləndirici xüsusiyyəti gələcəkdəki qiymət dəyişmələrinin bu gündən tam şəkildə bilinməməsi, yəni gələcəyə aid bir qeyri-müəyyənliyin olmasıdır. Bu halda hər kəs bütün göstəriciləri nəzərə alaraq proqnozlar verir.
Risqə getmək spekulyasiyanın əsas xüsusiyyətidir.
Spekulyatorlar valyuta kurslarındakı dəyişikliklərin proqnozlaşdırılmasında aşağıdakı faktorları nəzərə alırlar:
Ölkənin tədiyyə balansının vəziyyəti,
Faiz və inflyasiya dərəcəsi,
İxracatda baş verən proseslər,
Xarici borc ödəmələri,
BVF(IMF) kimi maliyyə qurumlarının yardımı v.s
Pərakəndə valyuta bazarı: Bankların Müştərilərilə Valyuta Ticarəti
Bankların müştərilərilə həyata keçirdikləri valyuta alqı-satqı əməliyyatları valyuta bazarının görünən tərəfidir və bu əməliyyatlar pərakəndə valyuta bazarını təşkil edir.
Banklararası Valyuta Bazarı: Valyuta Interbankı-1
Banklar müştərilərilə həyata keçirdikləri valyuta əməliyyatlarını valyuta mövqelərində ortaya çıxan kəsir və ya profsiti bir-birilərindən qarşılayaraq tarazlaşdırılar. Bankların öz aralarında həyata keçirdikləri əməliyyatlar Valyuta Interbankı və ya Topdansatış Bazarını təşkil edir.
Bankın iş günü sonunda alınan valyuta həcmi, satılan valyuta həcmindən çoxdursa buna profsit mövqe (long position) deyilir.
Alına valyuta həcmi, satılan valyuta həcmindən azdırsa, kəsirli mövqe (short position) deyilir.
Hər iki halı birdən ifadə etmək üçün açıq mövqe ifadəsi işlədilir.
Banklararası Valyuta Bazarı: Valyuta Interbankı-2
Açıq mövqe halında bank valyuta kursu risqi ilə qarşı-qarşıyadır.
Bank profsit mövqe halında əldə saxlanan valyutanın kursunda meydana gələn enmədən zərərə uğrayır.
Bank kəsirli mövqedə isə valyutanın kursunda meydana gələn artışdan zərər uğrayır.
Banklar və Beynəlxalq Ödəmə Əməliyyatları
İdxalatçı
Milli valyutanın dönərliliyi -1
Dönərlilik (convertible), bir ölkənin milli valyutasının valyuta bazarında sərbəst şəkildə digər ölkə valyutalarına çevrilə bilmə xüsusiyyətinə malik olmasını ifadə edir.
Dönərliliyin ilk şərti, ölkədə qanunlara görə sərbəst bir valyuta bazarının mövcud olmasıdır.
Dönərliliyin fərqləndirici xüsusiyyəti istəyən hər kəsin sərbəst şəkildə valyuta əməliyyatı həyata keçirə bilmə haqqının olmasıdır.
Milli valyutanın dönərliliyi -2
Dönərliliyin əksi mübadilə nəzarətidir.
Ən qatı şəkildə mübadilə nəzarətində sərbəst valyuta əməliyyatlarına tamamailə imkan verilmir. Hər növ valyuta alqı-satqı əməliyyatı dövlətin inhisarında olur.
Azərbaycan milli valyutasını 1990-cı illərin əvvəllərində bir dönərli valyuta kimi BVF(IMF)-da qeydiyyatdan keçirmişdir.