Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə21/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

KAMİLLİYİN YOLU


Allah-təala Quranda bütün insanlara kamillik yolunu keçmək üçün ilahi və insani şərtləri nəzərə alaraq, iki həqiqəti əldə etməyi tapşırır: Maddi və mənəvi həyat yolunu qət etmək.

Bu iki anlayış «Ali-İmran» surəsinin aşağıdakı dörd ayəsində bəyan olunmuşdur:

«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara əkin yerləri kimi nəfsin istədiyi arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

(Ya Məhəmməd!) Söylə ki, sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub çəkinənlər üçün Rəbbin yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada hər cür eyibdən pak olan zövcələr (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!

O bəndələr ki, «Pərvərdigara, biz həqiqətən Sənə iman gətirmişik, günahlarımızı bağışlayıb, bizi cəhənnəm əzabından qorudeyirlər.

o bəndələr ki, (müsibətlərə) səbir edən, (sözlərində işlərində) doğru olan, Allaha itaət edən, mallarından fəqirlərə verən sübh çağı Allahdan bağışlanmaq diləyənlərdir (Sübh namazına qalxanlardır)» 1.

Ayədə istifadə olunan «زين» feli qrammatik baxımdan felin məchul növüdür. Ayədə felin bu növündən istifadə edilməsi yəqin ki, sözügedən məsələnin dəyər və əzəmətinin göstəricisidir. Buna əsasən demək lazımdır ki, bu, Haqq tərəfindən edilmişdir. O, bütün insanları bu həqiqətlərlə bəzəmiş və onları öz istəklərinə qarşı rəğbətli və meylli yaratmışdır. Bir tərəfdən də bu eşq və rəğbət insanı izdivaca, qazanca, heyvanları əhliləşdirməyə, abadlaşdırma işlərinə sövq edir və insanlar da bu yolla maddi həyatdan bəhrələnirlər.

Digər tərəfdən isə təqva, iman, dua, axirət əzabından qorxuyla zinətlənir, səbir, ibadət, infaq, istiğfar kəsb edir və bu yolla Haqqın behiştinə, İlahi razılığına, pak axirət huriləri əldə etməyə nail olurlar.

Hər halda, Quran ayələrinə əsasən qadının zərif xilqəti, gözəl siması, onun zati həya və vüqarı, bu varlığın cazibəsi və incə səsi, onun işvəgərliyi bütün ‒ bunlar hamısı bu fövqəladə varlığın zinət və bəzəyidir. Bütün bunlar kişini cəzb edən, onun özünə həyat yoldaşı seçmək eşqinin ən başlıca amili, ailə qurmaq, övlad sahibi olmaq, maddi həyatı üçün qazanc ardınca getmək və ailə həyatının sona qədər davam etməsinin köklü səbəblərindəndir. Bu elə bir yoldur ki, təqva, günahdan çəkinmə, iman, münacat, sidq və s. bu kimi xüsusiyyətlərlə yanaşı olarsa, dünya və axirət səadətini, mənəvi və maddi xeyiri təmin edər. İnsan dünyanın ləzzətbəxş nemətlərindən, axirətin əbədi mənafeyindən, ən başlıcası isə Allah-təalanın razılığından bəhrələnir.


İSLAMDA HƏYAT YOLDAŞI SEÇMƏYİN YOLU


Vəhydən ayrı düşən və ya öncədən vəhylə heç bir əlaqəsi olmayan din, məzhəb və cərəyanlar həyat yoldaşı seçmək məsələsində İslamdan köklü şəkildə fərqlənirlər.

İslam mömin şəxsə, müsəlmana hər istədiyi qızı seçməyə, eləcə də, mömin və müsəlman qadına istədiyi hər bir şəxsə ərə getməyə icazə vermir. Çünki həyat yoldaşı seçərkən, insanın dünya və axirət səadəti, bu günün və sabahın xoşbəxtliyi, günah, aludəçilik və şeytani azğınlıqdan qorunması nəzərə alınmalıdır. İslam dininin prinsiplərinə əsasən, izdivacın məqsədi yalnız cinsi ləzzət, şəhvəti doyurmaq deyil. Əksinə, ondan məqsəd qadın və kişilərin dininin qorunması, ilahi bir ailə qurmaq, ləyaqətli övladlar yetişdirmək və Haqqın razılığını cəlb etməkdir. Elə buna görə də, izdivac prinsipləri çərçivəsində ailə qurmaq, öz mömin xanımına məhəbbət bəsləmək, lazımı qədərincə cinsi ehtiyacların ödənilməsi, qarşılıqlı hüquqların qorunması, övlad sahibi olmaq, övlad tərbiyə etmək, ailəsini mənzillə, geyimlə, qida ilə təmin etmək Allaha ibadət hesab olunur və bu yolda insanın atdığı hər bir addım üçün böyük bir savab nəzərdə tutulmuşdur.

Buradan İslamın bənzərliyə ‒ bir-birinə tay olmağa təkid etməsi möcüzəsi aydınlaşır. İnsan İslamda mövcud olan ilahi şərtlər əsasında izdivac etmək qarşısında bütün varlığı ilə tabeçiliyə vadar olunur. Əgər bu mənəvi və ilahi şərtlər nəzərə alınmazsa, onun qurduğu ailənin, yaşadığı həyatın, sürdüyü ömürün üz-gözündən şər və fitnə yağacaq, yaşadığı ev əzab, qəm-qüssə ilə dolu olacaq, sonu isə təlaq, boşanma ilə nəticələnəcəkdir. Dözüm, səbir olmadıqda isə psixoloji xəstəliklərə və ya iki tərəfdən birinin intiharına gətirib çıxaracaqdır.

İzdivac edərkən təqva, iman, əxlaq kəsb etməyən qadından uzaq durun. Bu xüsusiyyətlər əsasında tərbiyə olunmayan qadın öz əri üçün təhlükə və ziyandan başqa bir şey deyildir.

Bu mövzuda həzrət Baqirdən (ə) bir rəvayət nəql edilmişdir: «Allah rəsulu bir dəstə qadının yanından keçərkən, dayanıb onlara xitab etdi: «Mən aqillərin ağlını əlindən alan sizin kimi ağılı və dini qüsurlu olan başqa bir zümrə görmədim. Mən sizin əzabınızı bütün cəhənnəm əhlinin əzabından ağır olduğunu müşahidə etdim. Sizə ciddi şəkildə tapşırıram, imanınızı təkmilləşdirmək, mərifət kəsb etmək və insani keyfiyyətlərlə zinətlənməklə Allaha yaxınlaşın».1

İmam Sadiq (ə) buyurmuşdur: «Möminin ən qatı düşməni onun pis həyat yoldaşıdır».1

Digər bir rəvayətdə buyurur: «Günahın ilk mərhələsi altı xislətdir: Dünyapərəstlik, vəzifəpərəstlik, yatmağa meyl, qadınpərəstlik, qarınpərəstlik və rahatlığa meylli olmaq».2

Buna görə də, həyat yoldaşı seçərkən, burada rəvayətlərdən istifadə edərək, izah edəcəyimiz İslamın şərtlərinə diqqət yetirmək lazımdır. Səy etmək lazımdır ki, yalnız zahiri gözəllik, ailə qurmaq həvəsi, qadının var-dövlətinə göz dikmək və s. kimi məsələlər həyat yoldaşı seçməyinizə təsir göstərməsin.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadını var-dövləti və gözəlliyi üçün seçməyin. Onun var-dövləti harınlığa, gözəlliyi isə məhv olmağa yol açır. İzdivac edərkən qadının iman və dinini nəzərə alın»;3 «Əgər qərar olsa ki, bir şeydə nəhslik olsun, qadınlarda olar».4

Bəli, iman, əxlaq və digər insani keyfiyyətlərə malik olmayan qadın ərinin uğursuzluğuna, həyatın mənasızlığına səbəb olur.

Rəsulullah (s) digər bir hədisdə buyurur: «Ən pis şey pis qadındır».5


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin