Биринҹи фәсил


QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI



Yüklə 8,85 Mb.
səhifə40/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   36   37   38   39   40   41   42   43   ...   65

QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI

1. HƏYAT ÜÇÜN ZƏRURİ OLAN LƏVAZİMATLA TƏMİN ETMƏK


Həzrət Peyğəmbər (s) buyurur: «Qadınlarınızı lazımi qaydada geyindirmək və yedirtmək sizə vacibdir».

İmam Səccad (ə) buyurur: «Bazara daxil olub ailəmin istədiyi bir qədər ət almaq mənim üçün qul azad etməkdən sevimlidir».

İmam Sadiq (ə) buyurur: «Ailənin himayəçiliyi və ailə üzvlərinin problemlərini həll etmək kişinin xoşbəxtliyindəndir».

2. İNTİM ƏLAQƏ


İmam Rzadan (ə) soruşurlar: «Bir şəxsin gənc həyat yoldaşı var. Başına gələn müsibətə görə bir ilə yaxındır ki, onunla yaxınlıq etmir. Əlbəttə, həyat yoldaşını incitmək məqsədi yoxdur. Bunun səbəbi baş verən müsibətdir. Bu kişi günahkardırmı?». İmam (ə) buyurdu: «Bəli, dörd ay keçəndən sonra günahkardır».

Abuzər Rəsulullahdan (s) soruşdu: «Həyat yoldaşı ilə yaxınlıq etməyin ləzzətindən əlavə savabı da varmı?» Həzrət buyurdu: «Bu işin qeyri-qanuni nikahla görülməsi haram deyilmi?» Əbuzər «Bəli»-deyə cavab verdi. Peyğəmbər buyurdu: «Deməli, halal, qanuni nikahla görüldükdə savabdır».

İslam maarifində kişinin hər dörd gecədən bir cinsi yaxınlıq məqsədilə öz həyat yoldaşının yanında yatması müstəhəbdir.

3. YAŞAYIŞDA RİFAH


Həzrət Peyğəmbər (s) buyurur: «Bazara gedib ailəsi üçün töhfə alan şəxs, yoxsullar üçün sədəqə aparan şəxs kimidir. O, aldığı töhfəni evə apardıqda ilk olaraq qızına verməlidir. Çünki qızını sevindirən şəxs İsmayıl nəslindən bir qul azad etmiş şəxs kimidir. Öz töhfəsi ilə oğlunu sevindirən şəxs isə, Allah qorxusundan göz yaşı tökən şəxsə bərabərdir. Allah onun qorxusundan göz yaşı tökən şəxsi nemət dolu behiştinə daxil edəcək».

İmam Musa ibn Cəfər buyurur: «Kişinin ailəsi onun öz ixtiyarındadır. Allah neməti hər bir şəxsə ailəsini rifahda yaşatması üçün vermişdir. Əks təqdirdə, nemət ondan alına bilər».

Həzrət Peyğəmbər (s) buyurur: «Kişinin tox, arvadın ac olmağı qadağandır».

İmam Sadiq (ə) buyurur: «Kişi ailədə, xoşu gəlməsə belə, özünü üç şeyə məcbur etməlidir: mülayim davranmağa, ailənin rifahını təmin etməyə və namusuna qarşı qeyrətli olmağa».

İmam Səccad (ə) buyurur: «Allah öz ailəsinin rifahını daha çox təmin edən şəxsdən razıdır».

Rəsuli-əkrəm (s) buyurur: «Müsəlmanın Allaha görə həyat yoldaşı üçün aldığı şey sədəqə savabına malikdir».


4. QADINA HÖRMƏT


Həzrət Peyğəmbər (s) buyurur: «Ailə quran hər bir kişi həyat yoldaşının hörmətini saxlamalıdır»; «Allah, arvadına üç zərbədən çox vuran şəxsi qiyamət günü hamının qarşısında rüsvay edəcəkdir»; «Gündüzlər qadınınızı döyür, gecələr ağuşunuza alırsınızmı?!»; «Qadın incə bir oyuncaqdır. Onunla ailə quran onu məhv etməsin»; «Özü döyülməyə layiq ola-ola qadınını döyən şəxsə təəccüb edirəm. Qadınınızı ağacla vurmayın. Çünki onun qisası alınacaq».

Əli (ə) buyurur: «Qadınlarınızı incitməyin, başlı-başına da buraxmayın».

Hövla Rəsulullahdan (s) soruşdu: «Qadının kişi üzərinə düşən haqları hansılardır?» Həzrət buyurdu: «Qardaşım Cəbrayıl qadınları o qədər tapşırdı ki, mən kişinin qadına «uf» deməyə belə haqqı olmadığını düşündüm». O dedi: «Qadınlarınızın hüquqlarını pozmaqdan qorxun. Onlar həyatın çətinliyinə dözürlər. Haqqın göstərişinə, Quranın buyurduğuna əsasən sizə halal olmuşlar. Ləzzətlərinizə tabe olduqları, övladlarınızı bətnlərində daşıdıqları və təhlükəli doğum ağrılarına dözdükləri üçün onların sizin üzərinizdə vacib hüquqları var. Onlarla mehriban olun. Onları sevin, onlar da sizinlə uyğunlaşsınlar. Onlardan acığınız gəldiyini izhar etməyin. Mehr olaraq onlara verdiyinizə tamah salmayın və onu zorla əlindən almayın».

5. BƏZƏNMƏK VƏ PAKİZƏLİK


Kişi öz qadınını təmiz, səliqəli, gözəl, xoşətirli görmək istədiyi kimi, qadın da öz ərini təmiz, səliqəli, gözəl, xoşətirli görmək istəyir. Bu qadını sevindirir, ürəyini açır və iffətini artırır. Özünü ərindən qeyrisi haqqında düşünməkdən qoruyur.

Həsən ibn Cəhm deyir: «Yeddinci imamın həna qoyduğunu gördüm. «Qurbanın olum, həna qoymusanmı?»-deyə ərz etdim. Həzrət buyurdu: «Bəli, kişinin özünü bəzəməsi qadının iffətinin artmasına səbəb olur. İffətini qorumayan qadınlar ərlərinin bəzənməməsi ucbatından bu yola düşmüşlər». Sonra İmam məndən soruşdu: «Məgər sən öz həyat yoldaşını çirkin, bulaşmış görmək istəyirsənmi?

İmam Rza (ə) atalarından rəvayət edir: «Bəni-İsrail qadınları iffətlərindən əl çəkdilər. Bunun səbəbi, yalnız ərlərinin özlərini bəzəməmələri idi». Sonra İmam buyurdu: «Qadın da kişinin ondan gözlədiyini gözləyir».

Bəzi kişilər, həqiqətən, insafsızdırlar. Özlərinə fikir vermirlər. Vaxtlı-vaxtında təmizlik etmirlər. Bundan da acınacaqlısı odur ki, qadınlarının istənilən şəkildə onların ixtiyarında olmasını istəyirlər. Belələri zalım və əzaba layiqdirlər.


6. ŞİRİN DİLLİLİK VƏ GÜZƏŞT


Acı dillilik, tünd xasiyyətlilik insanın tərəf müqabilini eyni şəkildə qarşılıq verməyə vadar edir.

Hədsiz söz-söhbət qadının ruhiyyəsini korlayır və yaşayışın şirinliyini azaldır.

Əli (ə) bu mövzuda kişilərə belə tapşırır: «Onlarla hər halda keçinin. Şirindil və mülayim olun. Bütün sahələrdə yaxşılıq edin ki, onlar da sizinlə eyni şəkildə davransınlar».

7. ÖZ İRADƏ VƏ İXTİYARINIZI ƏLDƏN VERMƏYİN!


Bəzi kişilər Allahın onlara bəxş etdiyi iradə və azadlıqlarına göz yumaraq, özlərini tam şəkildə qadınlarının ixtiyarına verirlər. Bəzi qadınlar ərlərinin ixtiyarını məhdudlaşdıraraq, ailə hakimiyyətini ələ alır və həyat miniyini istədikləri yerə sürürlər.

Adətən, bu növ həyat şeytani həyata çevrilir. Qeyri-şəri tələblərdən doğan böyük bir günah dalğası həyatı bürüyür. Mənəviyyatı qovaraq, ailəni ilahi və insani prinsiplərdən yayındırır.

Hazırkı ailələrin böyük əksəriyyəti bu acınacaqlı müsibətlə baş-başadır. Ailənin idarəçiliyi kişinin əlində olmaq əvəzinə, arvadın əlindədir. Kişi öz arvadının əri olmaq əvəzinə, arvad öz ərinə ərlik edir. Belə ailələrdə kişi arvadının sözündən çıxarsa, böyük bir qalmaqal baş verir. Kişi təslim olmayınca və ya onu boşamayınca, bu qalmaqal yatmır.

Əli (ə) öz ixtiyarını əldən vermiş bu tip zəif kişilər haqqında buyurur: «Öz ixtiyarını arvadının əlinə vermiş şəxs məlundur».

Digər bir hədisdə buyurur: «Allah-təala qadına tam təslim olan şəxsi üzüstə cəhənnəm oduna atacaq». Soruşdular: «Necə təslim olmaq?» Həzrət buyurdu: «Belə ki, ondan bədəni görünən libas geyinməsini istədikdə qəbul edir».

Bir kişi öz arvadından şikayətləndikdə, Həzrət (ə) belə qadınlar haqqında buyurdu: «Ey camaat, heç bir şəkildə qadına tabe olmayın. Ona mal tapşırmayın. Ailənin idarəsini onun ixtiyarına qoymayın. Əgər belə qadınların ixtiyarı öz əllərində olarsa, hamısını fəlakətə sürükləyər və ərlərinin əmrlərindən çıxarlar».

Biz bu nəticəyə çatdıq ki, belələri ehtiyacları olduqda təqvaya riayət etməz, şəhvət qarşısında tez diz çökər və qocalıb yaşlaşana qədər qızıl-gümüş fikrində olarlar. Əllərindən bir şey gəlmədikdə qürurlu və eqoist olarlar. Onların azacıq istəkləri həyata keçirilməsə, sevgi və məhəbbətlərini tapdalayar və istənilən pis işə əl atarlar. Qorxub çəkinmədən iftira yaxar, itaətsizlikdən əl çəkməzlər.1


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin