Биринҹи фәсил



Yüklə 1,18 Mb.
səhifə19/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

İSTE᾽DADIN ÇİÇƏKLƏNMƏSİ


Fitrət və təbiətə uyğun olaraq ilahi qanunlar, Haqq peyğəmbərlərinin üslubu əsasında ailə quran iki gənc ilahi əzab uçurumundan, daxili xəbislikdən, şeytanın təhlükəli hiyləsindən, Allahın lə᾽nətinə gəlməkdən, bütünlüklə subay qadın və kişini əhatə edən bu bəlalardan xilas olmuş olacaqdır. İzdivac sayəsində fikri rahatlığa, daxili əmniyyətə nail olacaq, subaylıqdan irəli gələn problemlərə qələbə çalacaq, tənha yaşamaq başağrısından şəfa tapacaq və ilahi bir mühitə ayaq basacaqdır. Düzgün fikir və gələcəyə ümidlə baxmaq üçün zəmin yaranacaq, şəhvət və qərizələrin tüğyanı sönəcəkdir. Şübhəsiz ki, onların daxilindəki gizli iste᾽dadlar çiçəklənəcək və həyat ağacı barlı, bəhrəli məhsullar verəcəkdir.

Tarix səhifələri, ailə qurduqdan sonra yüz ilə gediləsi yolu bir gecədə gedən İslam alimləri və dahi şəxsiyyətlərlə doludur. Onlar daxili əmniyyət və aramlıq yaradan izdivac sayəsində yüksək elmi məqamlar kəsb etmişlər. Belə ki, hamı ağızdolusu onların elm, təqva, şərəf və ibadətlərindən, eləcə də cəmiyyətə və İslama olan xidmətlərindən danışır.

«Ayətullah Brucerdinin keçdiyi həyat yolu» kitabının 95-ci səhifəsində qeyd olunur:

1314-cü ildə ömründən 22 il keçirdi ki, atası ona bir məktub yazıb Brucerdə çağırdı. O, güman edirdi ki, atası onu təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə ‒ şiə aləminin ən böyük elm mərkəzinə göndərəcək. Lakin Brucerdə gəlib atası və digər qohumları ilə görüşdükdən sonra ‒ fikirlərinin əksinə olaraq ‒ ailə qurmaq üçün hər şeyin hazır olduğunu gördü.

Belə bir vəziyyətin yarandığını görüb narahat olur. Atası narahatlığının səbəbini soruşduqda isə deyir: «Mən rahat, tam asudəliklə təhsil almaq istəyirəm. Amma indi qorxuram ki, izdivac mənimlə məqsədim arasında bir əngələ çevrilsin». Atası ona deyir: «Oğlum, bunu bil ki, əgər atanın əmrinə əməl etsən, Allah mühüm elmi tərəqqilərə nail olmaqda səni müvəffəq edər. Lakin bunu da bil ki, əgər atanın bu arzusunu həyata keçirməsən, bütün ciddiyyətinə baxmayaraq, bir yerə çıxmayacaqsan».

Atasının sözləri ona çox tə᾽sir edir. Onun bütün tərəddüdlərini aradan qaldırır. Nəhayət, ailə qurduqdan bir az sonra yenidən İsfahana qayıdıb, beş ildə müxtəlif fənn və elmlərə yiyələnir.

Onun vəfalı həyat yoldaşı İsfahanda bu böyük insana lazım olan bütün şəraiti yaradır. O, mehriban bir dost, mətanətli bir xidmətçi kimi onun tərəqqisi üçün əlindən gələni edir. Həyat yodaşı ilə İsfahanda yaşadıqları beş il ərzində müxtəlif elmlərə dərindən yiyələnərək, olduqca rahat, ciddiyyət və arxayınlıqla, hətta bə᾽zən gecələri sübhə qədər elmi araşdırmalar və mütaliə ilə məşğul olur. Belə ki, o dahi insan özü dəfələrlə buyurmuşdur ki, boş vaxtlarında Qur᾽an əzbərləyirdi. Nəticədə, İsfahanda olduğu müddətdə «Bəraət» surəsini əzbərləmişdi. O, ömrünün axırına qədər bu surəni əzbər bilir və daim təkrarlayırdı.

«Təfsiri-mizan» kitabının müəllifi Əllamə Təbatəbai özünün bir çox elmi və mə᾽nəvi tərəqqilərini həyat yoldaşına borclu olduğunu bildirmişdir.

Bəli, izdivac əmniyyət və aramlığın, iste᾽dadın çiçəklənməsinin başlıca nişanələrindəndir.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin