MARAQLI BİR HADİSƏ
Əbulfütuh Razinin təfsirində qeyd olunur: «Azan vaxtı minarədə azan verən bir gənc məscidin ətrafında yerləşən evlərə nəzər saldı. Hansı ki, Allah-təala insanın məsləhətini, onun fitnələrdən qorunmasını nəzərə alaraq, bu növ baxışları haram etmişdir.
Gəncin gözü evlərdən birində yaşayan gözəl simalı qıza düşdü və ürəyini ona verdi. Azandan sonra o evin qapısını döydü. Ev yiyəsi qapını açdı. Gənc dedi: «Qızınızı ərə vermək fikriniz varsa, mən onu istəyirəm». Ev yiyəsi dedi: «Biz Asuri məzhəbinə mənsubuq. Əgər bizim məzhəbimizi qəbul etsən, qızımla ailə qurmağına heç bir e᾽tirazım yoxdur. «Qızın gözəlliyinə aldanan gənc, öz tayını tapmaqdan əl çəkdi və bu məsələdə yalnız şəhvətin, gözəlliyin me᾽yar olduğunu düşündü. İslamdan üz döndərərək, şirkə doğru addımladı. Nəhayət, nikah mərasimi gəlib çatdı. Gənc kamına çatacağı gün evin pillələri üzərindən yıxılıb, əbədi həlak oldu».
Dostları ilə paylaş: |