Биринҹи фәсил


MƏHƏBBƏT VƏ ONUN E᾽LAN OLUNMASI



Yüklə 1,18 Mb.
səhifə69/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

MƏHƏBBƏT VƏ ONUN E᾽LAN OLUNMASI


Qadın və kişinin qəlbinə qarşılıqlı məhəbbəti, eşqi Allah bəxş etmiş və onu öz varlığının nişanələrindən hesab etmişdir. Bu qadın və kişinin eşqinin, xüsusilə də kişinin qadına qarşı eşqinin əzəmətinin göstəricisidir.

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!»1.

Bu eşq və məhəbət izdivacın ilk günlərində, hətta nikah bağlanmazdan öncə meydana gəlir. Qadın və kişi bu daxili ne᾽məti, həyata şirinlik bəxş edən bu ülvi hissi qorumaq üçün əllərindən gələni əsirgəməməli, ona zərbə vuran, nəticədə isə ilahi əzaba səbəb olan ünsürlərdən qəti şəkildə çəkinməlidirlər.

Həzrət Sadiq (ə) digərlərinin məhəbbətini cəlb etməyi bacaran şəxs haqqında dua etmişdir: «Allah-təala öz mərhəmətini insanların rəğbətini qazanan şəxslərdən əsirgəməsin».2

Eşqi heç bir əqli və şər᾽i səbəb olmadan nifrətə çevirmək Haqqın ne᾽məti qarşılığında naşükürlük, onu qorumaq isə dünya və axirət sevincinin qarantıdır.

İmam Sadiq (ə) buyurur: «Vay olsun Allah ne᾽məti qarşılığında naşükürlük edənlərə. Xoş Allaha görə bir-birlərinə məhəbbət bəsləyən şəxslərin halına».3

Əli (ə) buyurur: «Ehsan və yaxşılıq baxımından ən fəzilətli şəxs, öz tərəf müqabilinə məhəbbət göstərməkdə öncül olan şəxsdir».4

İnsan həyat yoldaşı və övladları kimi yaxınlarından əlavə, digər eşqə, məhəbbətə və dostluğa layiq şəxslərə sevgi bəsləyib, onlara ehtiramla yanaşmalıdır.

Hədisi-qüdsidə qeyd olunur: «Yaradılmışlar mənim əyalımdırlar. Onların ən sevimlisi digər məxluqata qarşı mehriban olan və öz ehtiyaclarını aradan qaldırmağa sə᾽y göstərənlərdir».1

Yuxarıda qeyd etdiklərimizdən mə᾽lum olur ki, qadın və kişinin qarşılıqlı məhəbbəti Allah varlığının əlamətlərindən və Haqqın ne᾽mətlərindəndir. Həyatın davamı yalnız onun qorunması və artırılmasına bağlıdır.

İmam Sadiq (ə) buyurur: «Qadınlara məhəbbət bəsləmək peyğəmbərlərin əxlaqındandır».2

Həzrət Peyğəmbər (s) buyurur: «Gözümün aşığı (nuru) namaz, ləzzət və sevincim dünya qadınları, xoş ətirli güllərim isə Həsən və Hüseyndir».3

İmam Sadiq (ə) buyurur: «Camaat dünya və axirətdə qadından aldıqları ləzzət qədər heç bir ləzzət almırlar. Allah-təala buyurmuşdur: 4

İmam ayəni oxuduqdan sonra buyurdu: «Behişt əhli nikahdan aldıqları ləzzət qədər heç bir şeydən ‒ nə yeməkdən, nə də içməkdən ləzzət almırlar».5

Rəsuli-əkrəm (s) buyurur: «Kişinin həyat yoldaşına dediyi «Həqiqətən, mən səni sevirəm» sözləri heç vaxt qadının qəlbindən silinmir».6

İmam Sadiq (ə) buyurur: «İnsanın qəlbində həyat yoldaşının məhəbbəti artdıqca, imanı da artır».7

Əlbəttə, diqqət yetirmək lazımdır ki, qadına qarşı eşq bəsləyərkən ifrata varmaq olmaz. Çünki ifrat eşq insanın haqq yolunda addımlamağına mane olur. Bu, qadının eşq vasitəsilə kişiyə hakim olmaq istəməsi zamanı özünü daha çox göstərir.

İnsanın hər bir hissi, hər bir duyğusu, o cümlədən qadına məhəbbəti Allaha olan imanına tabe olmalıdır. Onun qadına məhəbbəti günah qaynağına çevrilərsə, bu zaman bu ülvi hiss öz ilahi məcrasından çıxıb, şeytani cığırla hərəkət edər. Bu növ eşq Allah razılığından kənardır.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin