Биринҹи фәсил



Yüklə 1,18 Mb.
səhifə80/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   73   74   75   76   77   78   79   80   81
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir».2

Belə bir insan özünün dünyada qonaq olduğunu bilir, axirətin əbədi olduğuna inanır. Allahın bütün ne᾽mətlərinin əmanət olduğuna, özünün hər bir ne᾽mət qarşısında məs᾽uliyyət daşıdığına əmindir. Bir sözlə, onun bütün inancları elmdən doğur. Belə bir insan daim təskinlik içində həyat sürür. İslam bütün ailə üzvlərinin belə olmasını istəyir.

HƏQİQƏTLƏR QAYNAĞI OLAN QƏLB


İslam qaynaqlarında qəlb «Allahın hərəmi», «çeşmə», «iman», «padşah» və «qab» kimi ifadələrlə yad edilmişdir. O sağlam, xəstə, pak, xəbis, yumşaq, nurani, kor, ölü, qəsavətli, möhürlənmiş kimi sifətlərlə vəsf edilmişdir. Bu ifadələr Qur᾽anda, həmçinin «Kafi», «Şafi», «Tuhəful-uqul» və s. kitablarda qeyd olunmuş və hər birinin mə᾽nası açıqlanmışdır.

Həqiqətən, qəlb qabdır. Çox maraqlı bir qab. Əgər bu qabda haqqa, qiyamətə iman, nuraniyyət, ixlas, səmimiyyət, eşq yerləşdirilərsə, o zaman bu qəlbin sahibi əmniyyət və təskinliklə yaşayacaq. Onunla əlaqədə olan hər bir şəxs ondan səmimiyyətdən qeyri bir şey gözləməyəcək. Amma bu qaba tamah, həsəd, kin, küfr, şirk, qəsavət və s. kimi qeyri-insani keyfiyyətlər yerləşdirilərsə, bu qəlbin sahibi təhlükəli, aludə bir varlığa çevriləcək. Belə ki, heç bir şəxs ondan əmniyyət gözləyə bilməz.

Hələ izdivac etməmiş gənclər öz qəlblərinin bu qeyri-insani keyfiyyətlərə aludə olduğunu gördükdə, yalnız onu islah etdikdən sonra izdivac etməlidirlər.

Min arzu ilə öz ailəsindən, ata evindən əl çəkib sizin evinizə gələn hər hansısa bir qızın ümidlərini qırmayın! Vay olsun ailəsi onun üzündən rahatlıq duymayan kişiyə! Vay olsun ailəsi onun üzündən saysız-hesabsız əziyyətlərə düçar olan qadına! Vay olsun valideynləri onun üzündən rahatlıq görməyən övlada!

Əlinin (ə) buyruqlarına görə, insan öz qəlbini Haqqa bağlamazsa, onu iman, eşq, məhəbbət qabına çevirməzsə, bu zaman o öz sahibini inanılmaz bəlalara düçar edər. Belə ki, o, tamah zillətinə düçar olar və onun hücumu nəticəsində həlak olar. Məqsədinə yetmədikdə qəm-qüssə onu öldürər. Biri ona qəzəbləndikdə qeyzi alovlanar. Özündən razı olduqda özünü tamamilə unudar. Qorxuya düşdükdə ömrü pəhrizlə hədərə gedər. Əmniyyətdə olduqda qurur onu bürüyər. Başına bir müsibət gəldikdə, özündən gedərək rüsvay olar. Var-dövlət sahibi olarsa, bu onu azğınlığa sürükləyər. Yoxsulluq ona tərəf gəldikdə, narahatlıq başını qatar. Ac olduqda zəiflikdən ayağa dura bilməz. Toxluqda ifrat edərsə, qarınpərəstlik nəfs yolunu onun üzünə bağlayar. Belə bir insan üçün hər bir şeyin artığı fəsad, əskiyi isə ziyan gətirər.1

Həzrət Peyğəmbər (s) qəlbin sağlamlığı və xəstəliyi haqqında buyurur: «İnsanda bir parça ət var. Əgər o sağlam olarsa, cismin digər hissələri də sağlam, əgər xəstə olarsa, cismin digər üzvləri də xəstə olar. Bu bir parça ət qəlbdir (ürəkdir)». 1

Digər bir hədisdə buyurur: «Allahın yer üzündə məkanları (qabları) var. Bilin ki, bu məkanlar qəlblərdir. Bu qəlblərin ən sevimlisi daha yumşaq, daha saf və daha möhkəm olanıdır. Mö᾽min qardaşlarına qarşı daha yumşaq olan qəlb, günahdan saf olan qəlb və Haqqa qarşı daha möhkəm olan qəlbdir».2

Əli (ə) bir hədisdə qəlbin sağlamlığı haqqında buyurur: «Sənin qəlbin, yalnız özün üçün bəyəndiyini (istədiyini) mö᾽min qardaşın üçün də bəyəndikdə (istədikdə) sağlam olar».3

Görün, qəlbin sağlamlığı üçün nə qədər də maraqlı bir təklif irəli sürülmüşdür?! Bu, Haqq aşiqlərindən bizə gəlib çatmış nurani və dahiyanə bir kəlamdır!

Bəli, insan özü üçün istədiyini digərləri üçün də istəyərsə, onun qəlbi tədricən sağlam bir qəlbə çevrilər. Bu zaman onun qəlbi eşq, səmimiyyət, ixlas ilə dolu bir qəlb olaraq hamıya, xüsusilə də öz həyat yoldaşı və övladlarına dünya və axirət səadəti bəxş edəcəkdir.

İzdivac etməyən şəxslər əgər qeyri-insani keyfiyyətlərə malikdirlərsə, ailə qurmazdan öncə onları islah etməlidirlər. Əks təqdirdə, gələcək ailələrinə, övladlarına zülm etmiş olacaqlar. Bu həqiqəti hamı bilməlidir ki, ailəsi ondan əxlaqsızdan qeyri bir şey görməyən şəxslər Allahın əzabına düçar olacaqlar.

Əql elmlə qidalanar və qəlb ilahi əxlaqla zinətlənərsə, bu zaman insan xeyir mənbəyinə, fəzilət çeşməsinə çevrilər. Bu barədə bir Qur᾽an ayəsinə nəzər salaq: «


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin