Биринҹи фәсил



Yüklə 1,18 Mb.
səhifə29/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

MÜHÜM BİR MƏSƏLƏ


Azadlığın mə᾽nasına və həqiqətinə, iradə və ixtiyarın dəyərinə və insanın Haqqın hidayəti sayəsində azadlıq, hürriyyət, iradə və ixtiyarından bəhrələnib yüksək məqamlara yetməsinin danılmaz bir həqiqət olduğunu nəzərə alaraq çalışmalıyıq ki, ömrümüz boyunca öz azadlığımızı bütün hadisə və bəlalardan qoruyub, Allahın razılığını cəlb edək.

Bildiyiniz kimi, atomun tərkibi iki orta nüvədən, bir və ya bir neçə elektrondan ibarətdir. Elektronlar Haqq-təalanın iradəsinə əsasən, xüsusi qayda və müəyyən sür᾽ətlə öz orta nüvəsinə cəzb oluna-oluna, onun oxu ətrafında fırlanırlar. Bu fırlanma və sür᾽ət xüsusi qayda və cəzbolunma ilə olduğundan, atom harada olursa və nə iş görürsə, yalnız fayda və mənfəət verəcəkdir. Lakin bu cəzbolunma götürülsə, elektronlar xüsusi qaydadan xaric olsalar və onlarla orta nüvə arasında ayrılıq düşsə, zərər və ziyan yetirəcəklər.

İnsan da bir atom kimidir. Onun vücudunun orta nüvəsi fitrət, tövhid və Allaharama hissidir. Onun varlığı bütün xarici orqanları və daxili hallarının Haqqa cəzb olunması, rəbbinin fərman və istəkləri qarşısında hərəkət etməsi və iş və əməllərində Allaha eşqdən və Ona itaətdən ayrılmamasındadır. Çünki Haqqdan ayrılmaq, dostun eşq və mə᾽rifət cazibəsindən çıxmaq və Allahdan uzaqlaşmaq, fəsad törətmək insanın bədən üzvlərini, daxil və xaricini zay etmək deməkdir.

Haqqa kafir olub özləri ilə Allah arasında pərdə yaradanlar, özlərini Rəbbin mə᾽rifət və məhəbbətindən bəhrələnə bilmədilər. Allahçılıqdan çıxıb, Haqqa qarşı böyük qəflətə düçar oldular. Buna görə də onlar fəsad mənbəyinə çevrilib, tağut və şəhvətlərin əsiri, əxlaqi çirkinliklərin qulu oldular. Qur´anda bu barədə oxuyuruq: «Kafirlərə gəlincə isə, onlara dünyada və axirətdə ağır əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır»1.

İnsanı bir çox fəsadlardan qoruyub, kontrol edən amillərdən biri də izdivacdır.

İnsan lazımınca ləyaqət sahibi, yə᾽ni imanlı, əxlaqlı, saleh əməl sahibi olar və özünə tay bir həyat yoldaşı taparsa, bu zaman zahiri və batini baxımdan müəyyən dərəcədə kontrol olunar, öz azadlıq və hürriyyətini qoruyar, haram, şəhvani istəklərin, aludəçiliyin və uyğunsuz dostların köləsinə çevrilməkdən amanda qalar.

Tarixdə iman, əxlaq və kəraməti vasitəsilə öz həyat yoldaşlarını ilahi və insani keyfiyyət baxımından yüksək məqamlara yetirən kişilər və həmçinin, ayıq-sayıqlıq, bəsirət nəticəsində öz ərini yüksək ilahi və insani məqamlara yetirən qadınlar az olmamışdır.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin