Биринҹи фәсил


YEMƏKDƏ NİZAM-İNTİZAM VƏ SAĞLAMLIQ



Yüklə 1,18 Mb.
səhifə65/81
tarix10.01.2022
ölçüsü1,18 Mb.
#107587
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

YEMƏKDƏ NİZAM-İNTİZAM VƏ SAĞLAMLIQ


Həzm orqanı, ağız, dişlər, çörəyə, suya olan ehtiyac və digər ne᾽mətlər mehriban Allahın insana bəxş etdiyi lütflərindəndir.

Halal ruzi qazanmaq, ondan düzgün istifadə etmək, bədənin sağlamlığı və s. kimi cəmiyyətə tə᾽sir göstərən çox mühüm göstərişlər Qur᾽anda və rəvayətlərdə qeyd olunmuşdur. Onların bə᾽zisi vacib, bə᾽zisi əxlaqi vəzifə, digər bir hissəsi isə olduqca müstəhəbdir. Vacib buyrulanlara boyun əyməmək haram olaraq qiyamət əzabına yol açır. Müstəhəbə boyun əyməmək isə böyük ziyanlara, cismi xəstəliklərə səbəb olur.

Qur᾽anda buyrulan ən mühüm vacib əməllər, həyatın davamı üçün qazanc əldə etmək, mənzil, geyim, qida və s. bu kimi zəruri ehtiyacları halal yolla əldə etməkdən ibarətdir:

«Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin»1.

«Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir»2.

«(Ey Adəm oğulları!) Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz»3.

Bu ayələrdə pakizəlikdən, halallıqdan və israfdan çəkinməkdən söhbət gedir.

Halal ruzi qazanmaq, qidanın paklığına riayət etmək vacib, israf isə haramdır. Halala e᾽tinasızlıq, haram və nəcis maddələrlə qidalanmaq Haqqın göstərişinə zidddir. Özünə zülm etməyə və Allah əzabına səbəb olur.

Ailə başçısı gözəl İslam tə᾽limləri ilə tanış olmalı, onları ailəsinə ötürərək, ailə üzvlərinin tərəqqisinə yol açmalıdır.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin