TƏQVA VƏ ONUN DƏYƏRLİ QİSMLƏRİ
Ayıq və sayıq olanlar, Quran dili ilə desək «bəsirət əhli», yə’ni ruhi və mənəvi səfərləri başa vuranlar təqvanı üç qismə bölürlər: xassul-xas (ən xüsusi) təqva, xas (xüsusi) təqva, amm (ümumi) təqva.
Həzrət Sadiq (ə) çox mühüm bir rəvayətdə bu üç qismi açıqlayaraq buyurur: «İlk qism «Billah fillah» təqvasıdır ki, halalı belə tərk etməkdən ibarətdir. Bu qism (yuxarıda qeyd etdiyimiz) xassül-xas təqvasıdır.
İkinci qism «Minəllah» təqvasıdır. Bütün şübhələri dəf etməkdən ibarətdir. Bu (yuxarıda qeyd etdiyimiz) xas təqvasıdır.
Üçüncü qism qorxudan yaranan təqvadır (cəhənnəm əzabı qorxusundan yaranan təqva). Bu, bütün günahları və haramları tərk etməkdən ibarətdir. Sözügedən təqvanın qismi yuxarıda qeyd etdiyimiz amm təqvasıdır.1
Əlbəttə, imam Sadiqin (ə) buyruğundakı halalı tərk etməyin mənası budur ki, bu təqva sahibləri bir çox halal işlərin ardınca getmirlər. Çünki ona ehtiyac duymur və ehtiyacları olan halallardan da qənaətlə bəhrələnirlər.
Qənaət etməyi hamı bacara bilər. Əgər bunu bacarmadığını iddia edən bir şəxs olarsa, heç bir şəxs ona inanmaz.
Halala qənaət, maddiyyatı məhdudlaşdırmaq, villalardan, malikanələrdən, qiymətli miniklərdən, bahalı geyimlərdən və rəngarəng süfrələr açmaqdan çəkinmək əxlaqi və bəyənilmiş işlərdən, ilahi təqvanın yaradılması üçün mühüm olan amillərdəndir.
Dostları ilə paylaş: |