Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə115/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   111   112   113   114   115   116   117   118   ...   175

DOĞUŞ


Doğuş anları ana, ata və yaxınlar üçün ən sevindirici an olmasına baxmayaraq, qadının ən çətin anları hesab olunur. O, uşağını dünyaya gətirmək üçün böyük zəhmətə, ağır əziyyətə qatlaşır. Onun bu əziyyətlərə qatlaşması böyük bir ibadət olaraq, məsumların buyruğuna əsasən, olduqca böyük savaba malikdir.

Həzrət Peyğəmbər (s) buyurur: «Qadının dünyaya uşaq gətirməsinin savabı dərkolunmazdır».2

İmam Sadiq (ə) buyurur: «Uşaq doğuran zaman dünyasını dəyişən qadın üçün qiyamət haqq-hesabı yoxdur. Çünki o, dünyasını doğuşun əziyyəti ucbatından dəyişmişdir».

Həzrət Peyğəmbər (s) buyurur: «Qadın doğuşdan qurtardıqda, ona xurma verin. Allah Məryəmə doğduğu zaman xurma yeməsini tapşırdı. Onlara altı ədəd Mədinə xurması verin. Bu mümkün olmadıqda isə, öz yerinizdə bitən xurmalardan verin. Allah buyurur: «And olsun izzət və cəlalıma, əgər qadın doğduğu gün xurma yeyərsə, oğlu da olsa, qızı da olsa, dözümlü olacaq».3

İslam doğuş məsələsinə, doğuş otağına, oraya toplananlara çox böyük diqqət yetirmişdir. Bu ananın və uşağın sağlamlığının qorunması üçün olduqca mühümdür.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin