Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə116/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   112   113   114   115   116   117   118   119   ...   175

KÖRPƏNİN GEYİMİ


İmam Həsən (ə) dünyaya gəldikdə Həzrət Peyğəmbər (s) onu ağ parçaya bükmələrini tapşırdı. Etinasızlıq ucbatından uşağı sarı parçaya bükərək, Peyğəmbərə (s) verdilər. Həzrət onu qucağına alıb öpdü. Dilini ağzına qoyaraq körpənin dilini sovurdu. Sonra buyurdu: «Sizə onu ağ parçaya bükün demədimmi?» Sonra ağ parça istədi. Körpəni ona büküb, sarı parçanı kənara atdı. Sonra sağ qulağına azan, sol qulağına iqamə oxudu və adını Həsən qoydu. Həmin işi imam Hüseynin (ə) viladətində də həyata keçirdi.1

KÖRPƏNİN İLK YEMƏYİ


«Kafi» kitabının müəllifi mərhum Kuleyni belə bir rəvayət nəql edir: «Uşağın ağzına ilk olaraq Fərat suyu və imam Hüseynin (ə) qəbrinin türbətini qoyun. Bunlar olmadıqda isə, yağış suyu qoyun».2

AZAN VƏ İQAMƏ


İnsanın işə düşən ilk üzvü qulağıdır. Quran qulağa çox əhəmiyyət vermişdir. Qulaq doğuşun ilk günlərində eşidir. Beyin qulağın eşitdiyini yadda saxlayır və eşitdiyi hər bir səs uşağa təsir göstərir. Buna görə də, uşağı pak böyütmək üçün evdə haram və lazımsız səslər olmamalıdır.

Peyğəmbər (s) və məsum imamlar uşaq doğulduğu ilk anlarda onun sağ qulağına azan, sol qulağına isə iqamə oxuyardılar.

Tövhid, nübuvvət və imamət sədası, namaz zümzüməsi uşağın qulağını oxşamalıdır. O, həyatı bunlarla başlamalı və bunlarla da qurtarmalıdır. «Bir günlük uşaqdır, düşünmür, dərk etmir» deməyin. O bütün bunlara ən yaxşı şəkildə malikdir.

Mərhum Təbatəbai deyirdi: «İyirmi üç yaşlı amerikalı bir qız beyin xəstəliyinə tutulur. Ona cərrahiyyə əməliyyatı edirlər. İlk dəfə özünə gəldikdə, fransa ləhcəsi ilə məzhəbi bir nəğmə oxuyur. Valideynləri təəccübə qərq olurlar. Doktor nə üçün belə təəccübləndiklərini soruşur. Onlar deyirlər: «Bizim qızımız fransız dilində bir söz belə bilmir. Fransızca nə kitabı var, nə də fransız dostu olub». Gözlənilmədən qızın anası bu müəmmanı açır: «Qızımın üç yaşı olduqda bir çox fransalı ΙΙ Dünya Müharibəsi qaçqını Amerikaya gəldi. Onların arasında dini təəssübə malik bir tibb bacısı var idi. Bizim qonşuluğumuzda ev tutmuşdu. Bəzən bizə gəlir, uşağı ağuşuna alır və sakitləşdirmək üçün ona laylay oxuyurdu».

Məlumdur ki, onun oxuduqları dini kəlmələr imiş. O gündən bu nəğmələr uşağın beyninə həkk olub. 23 yaşında özünə gələrkən, beyninə həkk olunmuş nəğmə dilinə gəlir və qeyri-ixtiyari olaraq oxumağa başlayır».

Deməli, insanın ilk doğulduğu an azan və iqamə, ölümün ilk anlarında təlqin oxunması faydasız deyil. Çünki qulaq ilk işə düşən və son işdən düşən üzvdür».



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin