ÖVLADA EŞQ BƏSLƏMƏK
İmam Sadiq (ə) Peyğəmbəri-əkrəmdən rəvayət edir: «Övladlarınızı sevin və onlara mərhəmət göstərin».1
Camaatın bəzisi öz övladlarına bir o qədər də meyl göstərmirlər. Meylləri, məhəbbətləri olduqda isə onu izhar etmir və onlarla pis rəftar edirlər. Belə şəxslər bilməlidirlər ki, onlar bu qeyri-insani və qeyri-islami işləri ilə özlərini Allahın rəhmətindən məhrum edirlər.
İmam Sadiq (ə) buyurur: «Həqiqətən, Allah, bəndəsinin öz övladına olan məhəbbətinə görə ona rəhm edir.»2
İmam Sadiq (ə) buyurur: «Allah-təala qadın və uşaqların xeyrinə olan qəzəbi kimi heç bir şeyə qəzəb etmir».3
Allahın qəzəbi kişilərin ailələrinə qarşı pis rəftarlarının və vəfasızlıqlarının məhsuludur.
İmam Sadiq (ə) buyurur: «Həzrət Musa (ə) Tur dağında Allah-təalaya ərz edir: «Pərvərdigara! Sənin yanında ən yaxşı əməl hansı əməldir?» Allah-təala buyurdu: «Uşaqları sevmək».4
Dostları ilə paylaş: |