Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə122/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   118   119   120   121   122   123   124   125   ...   175

ÖVLADLARI ÖPMƏK


Böyük şiə alimi F.Nişapuri dəyərli «Rövzətül-vaizin» kitabında məsumlardan rəvayət edir: «Öz uşaqlarınızı öpün. Hər öpüşünüzün qarşılığında behiştdən bir dərəcə alacaqsınız. Hansı ki, onun uzunluğu beş yüz il yoldur».5

Bir kişi həzrət Peyğəmbərin yanına gələrək dedi: «Mən indiyədək övladlarımı öpməmişəm». Həzrət buyurdu: «Həqiqətən, bu kişi cəhənnəm əhlidir».

Bu mövzuda qız və ya oğlanın heç bir fərqi yoxdur. Qız və oğlan hər biri Allahın lütfü, insanın övladıdır. Lakin əgər qızı olan şəxslərin siması dəyişirsə, deməli cahiliyyət dövrünə oxşar bir ruhiyyələri vardır.

Allahın lütfü ilə növbəti fəslimizdə qız övladının dəyərindən söhbət açacağıq. Bununla da, İslamda qız övladının yüksək məqamı və dəyəri aydınlaşacaq.

Övladlar haqqında məsumların digər bir sifarişi də vardır ki, buna riayət etmək əxlaqi baxımdan olduqca mühümdür:

«Qız və oğlan uşaqlarının yerini on yaşlarına çatdıqları zaman ayırın».1

Həzrət Peyğəmbərin (s) də bu mövzuda çox mühüm və diqqətəlayiq bir sifarişi var: «Oğlanla oğlanın, oğlanla qızın, qızla qızın yatağını on yaşlarına çatdıqları zaman ayırın».2

Bəli, iki oğlanın, bir oğlan bir qızın və iki qızın bir yataqda yatması məsləhət deyil. İslam dini bunu bəyənmir!

İmam Sadiq (ə) buyurur: «Yeddi yaşına qədər uşağı oynaması üçün azad burax. Yeddi yaşından sonra onu bütün varlığınla qoru. Əgər dindarlığı, tərbiyəni qəbul etsə, çox yaxşı, əks təqdirdə, ondan bir xeyir gözləmə.»3

Həzrət Peyğəmbər (s) buyurur: «Övladlarınıza üzməyi və ox atmağı öyrədin»;4 «Övladlarınızı əzizləməklə, onları gözəl davranışa sövq etməklə özünüzü bağışlatdırın».5

Malik Dinyar deyir: «Məsuliyyətsiz bir şəxs idim. İslamdan xəbərim yox idi. Üç dəfə ailə qurdum. Uşağım olmadığı üçün boşandım. Sonrakı həyat yoldaşımdan bir oğlum oldu. Altı yaşında onu məktəbə apardım. Axşamçağı evə qayıtdıqda, oğlumun xəstələndiyini gördüm. Məlum oldu ki, müəllimin ona ilk öyrətdiyi şey Quranın bu ayəsi olub:

«Uşaqları ağ saçlı qocalara döndərəcək gün (qiyamət günü)»1.

Uşağın xəstəliyinə əlac tapılmadı və o, dünyasını dəyişdi. Bir gecə yuxuda gördüm ki, qorxulu bir səhrada təkəm və qəribə bir hay-küy mənə hücum edir. Qaçmağa başladım. Bir divarla qarşılaşdım. Divarı aşıb bu səs-küydən yaxa qurtarmaq istəyirəm. Birdən oralarda oynayan bir neçə uşaq gördüm. Oğlumu soruşdum, onu çağırdılar. Ondan «əzizim, haradasan?»-deyə soruşdum. Oğlum dedi: «Öldükdən sonra məni Quran sinfinə apardılar. Quranı öyrəndikdən sonra behiştə daxil olmağa, Haqqın rəhmətinə qovuşmağa ləyaqət tapacağam». «Məni təqib edən bu səs-küy nədir?»-deyə soruşdum. Dedi: «Ata, bu sənin pis əməllərinin zühurudur». Qorxu içində yuxudan ayıldım. Bütün aludəçilikləri kənara qoydum və tövbə etməyə müvəffəq olaraq, Haqq yolunda addımlamağa başladım.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin