Биринҹи фәсил


BİR-BİRİNİZİ TƏQVALI OLMAĞA ÇAĞIRIN



Yüklə 2,31 Mb.
səhifə13/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   9   10   11   12   13   14   15   16   ...   175

BİR-BİRİNİZİ TƏQVALI OLMAĞA ÇAĞIRIN


Bütün insanların təqvanın ilk iki qisminə ‒ xassül-xas və xass təqvasına riayət etmələrinin olduqca çətin olduğunu nəzərə alaraq, bütün kişi və qadınları bu iki qism təqvaya dəvət etməkdən çəkinin. Çünki bu iki qism Peyğəmbərə (s), imamlara (ə) və Allahın xüsusi övliyalarına məxsusdur. Lakin bütün qadın və kişilərin, amm təqvaya riayət etmələri, yəni mal, şəhvət və əxlaqa aid haramlardan çəkinmələri mümkündür.

Bu səbəbdən xalq bir-birini yumşaq dil ilə, xoş əxlaqla təqvalı olmağa səsləməli və biri digərini bütün haramları tərk etməyə təşviq etməlidir. Belə ki, təqva öz ilahi süfrəsini geniş həyat meydanında açmalı, hamı, xüsusilə də ailə və cəmiyyət onun mənfəətlərindən lazımınca bəhrələnməlidirlər.

Bütün xalq, xüsusilə də qadın və kişiyə hər bir sahədə təqva ilə zinətlənib, onu tərbiyə vasitəsi ilə öz övladlarına ötürmək ilahi bir vəzifədir.

Haqq və həqiqət əhli başa düşür ki, uşaq ilahi əmanətdir. Onun qəlbi, ruhu, nəfsi, daxili paklıq nümunəsi hər bir aludəçilikdən uzaqdır. Uşağın hər bir yazı və təsvirdən uzaq bir tabloya bənzəyən pak qəlbi, istənilən yazı və təsviri qəbul etmək iqtidarındadır. Əgər valideynlər övladlarını evdə yaxşı danışmağa, xoş rəftara və bu kimi əxlaqi keyfiyyətlərə əməl etməyə adət etdirsələr, həqiqətlərin təlim yolunu onların üzünə açsalar, uşaqlar dünya və axirət səadətinə nail olarlar. Valideynləri öz övladlarının belə bir həqiqətə nail olmasına səbəb olduqları üçün onun bütün savabında şərikdirlər. Bu mənada uşağın müəllimləri də ‒ ki, onun belə ədəbli olmasının başlıca amilidirlər ‒ onunla bu savabda şərikdirlər.

Lakin (yuxarıda qeyd olunanların əksinə olaraq) valideynlər təqvasızlıq, aludəçilik vasitəsi ilə şeytani rəsmləri onun pak qəlbində təsvir etsələr və uşaq onlardan əxlaqsızlıq və bu kimi digər keyfiyyətlər əxz edib, sanki heyvanmış kimi yalnız qarnının və şəhvətinin quluna çevrilsə, bu yolla bədbəxt və həlak olar. Şübhəsiz ki, onun bütün günahı, babalı valideynlərinin və ya müəllimlərinin boynundadır.

«Özünüzü və əhli-əyalınızı oddan qoruyun»1.

Valideynlər uşağın yanan təndirə, manqala, qaza düşməsinə mane olduqları, onu hər hansısa bir təhlükəyə yuvarlanmaqdan qoruduqları kimi, ilk növbədə, qiyamətdə təqvasızlığın, pis əxlaqın, imansızlıq və qeyri-saleh əməllərin nəticəsi olan atəşdən də qorumalıdırlar. Övladı sabahın əzabından qorumağın yolu ilk növbədə valideynlərin təqvalı olması, sonrakı mərhələdə isə bu təqvanın tərbiyə vasitəsi ilə uşaqlara ötürülməsidir. Valideynlər öz uşaqlarının tərbiyəsində çox səy göstərməli və onlara ən çox can yandıran şəxs olmalıdırlar. Onlar öz vücudlarını təqva, iman və saleh əməllə zinətləndirməli, sonra isə uşağın tərbiyəsinə, saflaşdırılmasına çalışmalıdırlar. Əxlaqi sifətləri övladlarına təlim edərək, onu pis dostlardan və pis müəllimdən qorumağa cəhd etməlidirlər.

Valideynlər övladının həyat amalının həddən artıq zinətlənməsinə, israf, bəzək-düzək və var-dövlətə çevrilməməsinə səy göstərməlidirlər. Əks təqdirdə, həmin uşaq sabahın tamahkar, həris, qarətçi və özbaşına bir ünsürünə çevriləcək. Başqa sözlə desək, cəmiyyət binası təqvasız insanla, puç ideyalar üzərində qurularsa, bu bina öz başına uçulacaq və o cəmiyyətin həyatı hamı üçün dözülməz bir şəkil alacaq.

Lakin hər bir ailənin təməli təqva olar, qadın və kişi pərhizkarlıqla zinətlənər və valideynlər təqvalı uşaq tərbiyə edərlərsə, bu zaman cəmiyyətin islah əməl müəssisələrinə, məmur çoxluğuna, bir çox məhkəmə və mühakimə orqanlarına ehtiyacı olmayacaqdır. Belə bir şəraitdə dövlətin oğurluğa, pozğunluğa, qarətçiliyə qarşı xərclədiyi ağır vəsait, millətin və əhalinin rifahı yolunda istifadə olunacaqdır.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin