Биринҹи фәсил


HARAM YEYƏN ƏLİ ƏKBƏR YETİŞDİRƏ BİLMƏZ



Yüklə 2,31 Mb.
səhifə139/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   135   136   137   138   139   140   141   142   ...   175

HARAM YEYƏN ƏLİ ƏKBƏR YETİŞDİRƏ BİLMƏZ


Uşaq vaxtlarımda qonşumuzda ixtiyar bir kişi yaşayırdı. Olduqca təqvalı və intizamlı idi. Tehran bazarında ticarətçilər arasında vasitəçilik edirdi. Dindar, mömin olduğu üçün bütün tacirlər ona etibar edirdilər. O, bütün namazlarını camaatla qılırdı.

Onda qəribə bir cəzzabiyyət var idi. Uşaqları məscidə cəzb edirdi. Mən də onun eşqi ilə, hətta sübh namazını da məsciddə qılan uşaqlardan idim.

Səksən illik ömründə müşahidə etdiyi çox maraqlı və ibrətamiz əhvalatlar danışırdı. O deyirdi: «Nasir Xosrov məntəqəsində mömin və nurani bir gənc yaşayırdı. Atası dini məsələlərə qətiyyən riayət etmirdi. Oğlu daim dini məclislərdə elm adamları ilə əlaqədə olduğu üçün atasının vəziyyətinə görə narahat idi. Onun səmimi öyüd-nəsihətləri atasına təsir etmirdi. Nəhayət, küsərək Rey şəhərinə ‒ H.Əbdüləzimin məqbərəsinin yaxınlığına gedir. Bir neçə il orada ticarətlə məşğul olub, bazar əhli üçün şəri məsələlər deyir.

Günlərin bir günü - «Aşura» günü - sübh çağı ata-anasını görməyə gəlir. Valideynləri əzadarlıq məclisinə getdikləri üçün o da oraya yollanır. Gözlənilmədən səhnəyə qoyulacaq tamaşada Şimr rolunu oynayacaq şəxs xəstələnir. Bu arada tamaşaya rəhbərlik edən şəxs valideynlərini yoxlamaq üçün Tehrana gələn gənci görür və onunla tanışlığı olduğu üçün Şimr rolunu oynamasını xahiş edir. Gənc səhnə paltarını geyinib, ona verilən rolu məharətlə oynayır. Atası camaatın içindən oğlunu tanıyaraq, onun Şimr rolu oynadığı üçün narahat olur.

Mərasim sona yetdikdən sonra hamı öz evinə dağılışır. Oğlu ilə birlikdə evə gələn atası onun yemək yeyib-yemədiyini soruşur. Oğlunun mənfi cavabını eşitdikdə deyir: «Yan otaqda mürəbbə və qatıq qabı var. Gətir, ye». Gənc mürəbbə qabını açdıqda içərisində ölü bir siçan görür. Yalnız qatıq götürüb, yeməyə başlayır. Atası «Nə üçün mürəbbə gətirmədin?»-deyə soruşduqda, gənc deyir: «Mürəbbənin içində ölü siçan var. O, nəcisdir. Nəcisi yemək isə haramdır». Atası sərt tərzdə deyir: «Sən hələ bu müqəddəslik oyunlarından əl çəkməmisən?!»

Bir neçə dəqiqə sükutdan sonra atası deyir: «Oğlum, bir ildən sonra qayıdıb Şimr rolunu niyə oynadın?» Gənc gözəl və mülayim bir tərzdə cavab verir: «Ata, içinə ölü siçan düşmüş mürəbbəni yeyənin nütfəsinin Əli Əkbərə çevriləcəyini gözləmə. Haram yeməyin nəticəsi Şimr olar».

Gənclər gələcəkdə əməlisaleh, ləyaqətli ata olmağa çalışsınlar. Əks təqdirdə, onların övladlarının daxili, mənəvi dünyası məhv olacaqdır.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin