Həzrət Musa (ə) Allah tərəfindən peyğəmbərliyə seçildikdən sonra Fironla yumşaq dillə danışmaq əmrini aldı. Səbəbini soruşduqda, belə bir cavab eşitdi: «O, on beş il sənin zəhmətini çəkib. Südəmər vaxtından cavanlığına qədər səni böyütmək üçün hər bir əziyyətə qatlaşıb. Buna görə də, sənin boynunda atalıq haqqı var. Sən onunla ucadan danışıb, qaba davrana bilməzsən».
İNCƏ BİR MƏSƏLƏ
«Mənhəc» təfsirində «الم يجدك يتيما فاوى»2 («Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?») ayəsinin izahında yazılır: «Bu ayədə Allah Peyğəmbərə (s) buyurur: «Sən doğulmazdan öncə atanı dünyadan apardım. Sən uşaq ikən ananı dünyadan apardım. Çünki əgər sağ qalsaydılar, peyğəmbərlik məsuliyyəti ilə ata-ananın hüquqlarına riayət etmək məsuliyyəti sənin üçün ağır olardı.