BƏDBƏXTLİYİN SƏBƏBLƏRİ
Küsmək, bir-birindən ayrılmaq, iftira yaxmaq, mücadilə, digərlərinin eybini axtarmaq, qeybət, sözgəzdirmə, araqatma, məkr və hiylə, istehza, israf, təkəbbür, həsəd, xəsislik, Allaha asilik olan işlərdə digərlərinə itaət etmək, başqalarına yük olmaq, düşmənlik və kin üçün Qurani-kərimdə və rəvayətlərdə ayrıca fəsil açılmış və insanların, ailələrin bunlardan uzaq olması tapşırılmışdır. Çünki onların hər biri günah, bəzisi isə qiyamət əzabına səbəb olan böyük günahdır. Onların hər biri ailənin kökünü baltalayır və insanı bədbəxtliyə sürükləyir.
Bu məsələlər haqqında ətraflı məlumat almaq istəyənlər «Kafi» (2-ci cild), «Vəsail» (11-ci cild), «Şafiyə-feyz», «Məhəccətül-bəyza», «Cameus-səadat» və s. kimi əxlaq və rəvayət kitablarına müraciət etsinlər.
Dostları ilə paylaş: |