Биринҹи фәсил


ÜÇÜNCÜ FƏSİL İSLAMDA AİLƏ QURMAĞIN ÜLVİ MƏQSƏDLƏRİ



Yüklə 2,31 Mb.
səhifə17/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   13   14   15   16   17   18   19   20   ...   175

ÜÇÜNCÜ FƏSİL

İSLAMDA AİLƏ QURMAĞIN ÜLVİ MƏQSƏDLƏRİ

PAK AİLƏ


Ailə qurmamış bir gəncin - istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın - pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkün nəzərə tapır.

Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu etiraf etməliyik.

Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir.

Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.

İzdivac ‒ bu ilahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, ilahi təqvanı və iffəti qoruyan başlıca amildir.

Cəmiyyətdə hər hansısa bir ailənin təməl daşı sağlamlıq və aramlıq üzərində qurularsa, qadın və kişi ailə qurmaqla, bir-birinin hüquqlarını pozmayaraq yaşayarlar.

Müsəlmanın evinin hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, ora Tanrı vəhyinin nuru, əzəmət və ucalıq rəmzi, gecə və gündüz edilən Allah ibadətinin məhsuludur: «(Həmin taxça çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər»1.

Belə bir ev, bu xüsusiyyətlərə malik olan ailə, Allaha ibadət olunan, Onun hökmü ilə ailə qurulan, bütün ilahi əmrlərə itaət edilən ev mömin evidir.

Bəli, Quran ailə qurmağı əmr edir ki, bu yolla qadın və kişinin problemləri yüngülləşsin. Hər ikisi günah və fəsaddan çəkinsinlər və əl-ələ verib, öz evlərini Allahın zikr və ibadət məhəllinə çevirsinlər.

Belə bir ailə şəraitində qadın və kişi Haqqın bəndəsi, övladları fəzilət səmərəsi, bütün əməlləri ilahi göstərişlərin göstəricisi və əziz peyğəmbərlərin üslubudur.

Mömin qadın digər mömin bir kişi ilə ailə qurduqda hər biri özünü ilahi əmrlərin icrasına borclu bilir. Onlar iki dost, həmkar, həmdəm, sirdaş, iman mənbəyi, iki eşq, məhəbbət sütunu kimi öz həyatlarını hər hansısa bir problemin daxil olmasından qoruyurlar. Hər hansısa bir problem yarandıqda, özlərini itirmədən sadə və asan yol ilə onu həll edirlər. Səbir, dözüm, helm və hövsələ silahı ilə hər bir dərdə əlac tapırlar.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin