Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə18/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   14   15   16   17   18   19   20   21   ...   175

CAMAATIN ƏN PİSİ


Tənhalıq və tənha yaşamaq, adama yovuşmazlıq və küncə qapılmaq bir çox problemlərə, ruhi, əxlaqi və əsəbi xəstəliklərə gətirib çıxarır. Tənhalıq və özünə qapılmaq insanı xəyallar, qeyri-məntiqi fikirlər və bir çox problemlər dəryasına qərq edir.

Rəsulullah (s) ailə qurmağın fəziləti və izdivacdan qaçmağın zəlaləti haqqında belə buyurur: «Qiyamətdə cəhənnəm əhlinin əksəriyyəti izdivac və ailə qurmaqdan imtina edənlər olacaq»;2 «Sizin ölülərinizin ən alçaq səviyyəlisi subay qalanlardır»;3 «Sizin ən şər adamınız subay qalanlardır və onlar şeytanın qardaşıdırlar»;1 «Mənim ümmətimin ən yaxşıları ailəlilər, ən pisi isə subay qalanlardır»;2 «Əgər subay qalanlar öldükdən sonra dirildilsələr, mütləq ailə qurarlar»;3 «Allah ailə qurmaqdan boyun qaçıran adama lənət etmişdir». 4

Peyğəmbərin (s) izdivacdan yayınanları «atəş əhli», «səviyyəsiz insanlar», «şeytanın qardaşları», «şər insanlar» və «lənət olunmuşlar» xüsusiyyətləri ilə vurğulamasının başlıca səbəbi budur ki, izdivacdan boyun qaçıranlar çarəsizlikdən günah və haram girdabına yuvarlanacaqlar. Cəmiyyət və ailə üçün problemə çevriləcək və həyatın bütün sahələrində bir çox problemlərə yol açacaqlar.

Quran ayələrinə, rəvayətlərə, həyat təcrübələrinə müraciət etdikdə görürük ki, izdivac insana şərəf və ləyaqət verir, onu Haqqın əzabından xilas edir, səviyyəsizlik və şəxsiyyətsizlikdən qoruyur, şeytanın toruna düşməkdən hifz edir. İnsanı şər mənbəyi olub Haqqın lənətinə gəlməkdən amanda saxlayır və bütün bunlar rahatlığın, asudəliyin, rifahın, əmniyyətin, təqvanın, həyat yükünün yüngülləşməsinin başlıca səbəbidirlər. Elə buna görə də Quran izdivacın ilahi qanuna çevrilməsinin səbəbini belə açıqlayır:

«Allah, üzərinizdə olan ağırlığı (həyat proqramını) yüngülləşdirmək istəyir».5


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin