Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə25/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   21   22   23   24   25   26   27   28   ...   175
وقدموالانفسكم»» «Öz qadınınızla cinsi əlaqədə olmaqla axirət dünyası üçün azuqə göndərin» kəlamı cinsi əlaqənin yalnız ləzzət almaq məqsədi ilə yaradılmadığını göstərir. Mömin bu mövzudan ləyaqətli övlad yetişdirmək üçün istifadə etməlidir. Bu müqəddəs xidmət öz sabahları üçün öncədən göndərilmiş mənəvi ehtiyat kimi həyata keçirilməlidir. Beləcə, Quran xəbərdarlıq edir ki, özünüzə həyat yoldaşı seçərkən müəyyən prinsiplərə riyaət edin və bununla sizin izdivacınızın nəticəsi saleh əməlli övladlar olsun.

Ayənin əvvəlində haqqında söhbət olunan ailənin intim həyatı çox mühüm və insanın ən aktiv qərizəsi və duyğusuna aid olduğu üçün Quran «اتقواالله» ifadəsi ilə insanları bu mühüm məsələyə diqqət yetirərək, ilahi göstərişlərə riayət etməyə çağırır. Sonra ayənin sonunda diqqəti qiyamət günü öz əməllərinin nəticəsini görəcəklərinə yönəldir və özlərini maddi və mənəvi həyatlarının xeyrinə olan bu göstərişlərə təslim etdikləri üçün «بشرالمؤمنين» cümləsi ilə onlara müjdə verir.1

İmam Sadiq (ə) çox mühüm bir hədisdə bu məhəbbət simvolunun əzəmət və dəyərini belə açıqlayır: «Həvva yaradıldıqda Adəm Allaha ərz etdi: «İlahi! Bu gözəl xilqət nədir ki, yaxınlığı, baxışı məni tənhalıqdan xilas edir və mənim üçün ünsiyyət, ülfət yağdırır?» Xitab olundu: «Ey Adəm, bu mənim kənizimdir. Səninlə ünsiyyətdə olmasını, söhbət etməsini, sənin haqq tələblərinə tabe olmasını istəyirsənmi?» Adəm «Bəli»-deyə, cavab verdi. Xitab olundu: «Sənin üçün yetirdiyim bu yara görə ömrün boyunca mənə şükür et».2

Bəli, saleh qadın, vəfalı həyat yoldaşı, Haqqın nemətidir və ömrün axırına qədər bu dəyərli nemətə görə şükür etmək lazımdır.

Yeddinci imam (ə) buyurur: «Xeyrin çoxu qadınlardadır».3

Bəli, qadınla ailə qurmaq dinin yarısı, onun hüquqlarına riayət etmək ibadət, ondan saleh övlad əldə etmək axirət azuqəsi, ona xidmət göstərmək Haqqın razılığını qazanmaqdır. Peyğəmbərin (s) dili ilə desək, «Behişt anaların ayağı altındadır». Bütün bunlar imam Sadiqin (ə) buyurduğu «xeyirin çoxudur».

Mən izdivac məqsədi olan və ya izdivac etmiş cavanlara, mömin kişilərə xəbərdarlıq edirəm ki, qadın haqqındakı bu ilahi həqiqətlərə riayət edib, onların hüquqlarını pozmaqdan qəti şəkildə çəkinsinlər. Öz həyatlarını necə qiymətli bir gövhərlə dəyərləndirdiklərini bilsinlər. Habelə, izdivac məqsədi olan və ya izdivac etmiş cavan qızlara, möhtərəm qadınlara tövsiyə edirəm ki, bütün dediklərimizə diqqət yetirərək öz qədirlərini bilsinlər və qadınlıq nemətinə görə mehriban Allaha şükür etsinlər. Öz həyat yoldaşı üçün Quranın, Peyğəmbərin (s) və məsum imamların (ə) buyurduğu kimi, ləyaqətli qadın olsunlar. Qadınlıq, ailə və analıq məsələsində öz pak hissiyyatlarından bəhrələnsinlər. Həyatlarının bütün sahələrində ilahi göstərişlərə riayət etsinlər. Bununla da sağlam ailə, pak və ləyaqətli övlad və əmniyyət dolu həyata sahib olsunlar. Allahın razılığını cəlb edib, öz gözəl davranışları ilə səmimiyyət, gözəllik, şirinliklə dolu bir həyat sürsünlər.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin