Биринҹи фәсил


İLAHİ ƏNBİYALARIN ALLAHIN RƏHMƏT VƏ MALİKİYYƏTİNƏ SIĞINMALARI



Yüklə 2,31 Mb.
səhifə33/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   29   30   31   32   33   34   35   36   ...   175

İLAHİ ƏNBİYALARIN ALLAHIN RƏHMƏT VƏ MALİKİYYƏTİNƏ SIĞINMALARI


Haqqın malikiyyət, rəhmət və lütfündən qeyrisini tanımayan, özlərini bütün anlarda Allahın mülkü, qulu, bəndəsi hesab edən, yalançı malikiyyət iddiaçıları ilə daim mübarizə aparan, bəzən bu yolda canlarından belə keçən ilahi peyğəmbərlər cansıxıcı hadisələr və ehtiyaclar zamanı O müqəddəs varlığın rəhmətinə, malikiyyətinə sığınardılar.

Adəm ərz etdi:



«Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər Sən bizi bağışlamasan və rəhm etməsən, mütlək ziyankarlardan olarıq.»1

Həzrət Nuh (ə) özünün və möminlərin nicatı, zalımların kökünün kəsilməsi üçün etdiyi duada belə dedi:

«Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!» 2.

İbrahim (ə) duasında deyirdi:

«Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə, Sənin Beytül-həramın (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim»3.

Musa (ə) çarəsi hər yerdən kəsildikdə, Mədyən şəhərinin darvazası ağzında Allahla belə münacat etdi:

«Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam»1.

Həzrət Yusif (ə) ərz etdi:

«Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməli salehlərə qovuşdur!» 2.

Həzrət Zəkəriyya ərz etdi:

«Pərvərdigara! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan»3.

Öz kəramət sahibi Rəsuluna (s) münacat edərkən belə deməyi təlim edir:

«(Ya Məhəmməd!) De ki, Pərvərdigara (bizi) bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan»4.

Haqq övliya və aşiqlərindən nəql olunur ki, qaranlıq gecədə oturduqları halda xilqət və yaradılış haqqında düşünərək belə deyirlərmiş:

«Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan»5.

Məsum imamlardan bizə gəlib çıxan dualarda, xüsusilə «Kumeyl», «Əbu Həmzə», «Ərəfə» və imam Səccadın (ə) «On beş münacat» duasında «Rəbb» sözü çox işlənmişdir. Ənbiyanın bu məqama diqqəti, sığınması, dualarda təkrar olunması bu məsələnin əzəməti və insan həyatının bütün sahələrində öz əksini tapmasının göstəricisidir. Haqqın rübubiyyəti onların həyatında, əqidələrində və əxlaqlarında öz elmi və əməli əksini tapmışdır.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin