ONUNCU FƏSİL İZDİVAC ÜÇÜN DANIŞIQ APARMAQ
Müsəlman və mömin əhali arasında belə bir adət var: Oğlan və qızın ailələri (qarşılıqlı) araşdırmalarını başa vurduqdan sonra izdivac, mehr, nikah və toy mərasimləri üçün bir-birləri üçün məsləhətləşirlər.
Ailələr çalışmalıdırlar ki, məsləhətləşmələri, oğlan və qız haqqındakı sual-cavabları müqəddəs şəriət çərçivəsində, ağıla müvafiq şəkildə həyata keçirilsin və hər bir sözlərində tam doğruluğa riayət edilsin.
Belə məclislərdə qız və oğlanın həqiqi yaşı, oğlanın sənəti, qazancı, davranışı, əhval-ruhiyyəsi, təhsili və s. kimi deyilməsi zəruri olan məsələlər doğru-düzgün şəkildə qarşı tərəfə çatdırılmalıdır. Əgər hər hansısa bir eybi varsa, açıqca deyilməlidir. Gizlədilməsi mümkün olsa belə. Həmçinin, qızın ailəsi də qarşı tərəfin bütün suallarına düzgün və insafla cavab verməli, düz danışmaqdan çəkinməməlidir. Çünki bu şəraitdə hər bir lazımi məsələni açıqca demək, gələcəkdə yarana biləcək bir çox problemin qarşısını alır.
Bu mövzuda məkr, hiylə və s. kimi vasitələrdən istifadə etmək şəri cəhətdən haram və böyük bir günahdır. Bu odun tüstüsü ilk mərhələdə qız və oğlanın, növbəti mərhələdə isə hər iki ailənin gözünü acıdacaq.
Doğruluq, düzgünlük, sədaqət hər iki ailəni qarşıya gələn hər hansısa bir qanqaraçılıqdan qoruyur, qəti qərara gəlməyi asanlaşdırır və onların nicat tapmalarına zəmin yaradır.
Hiylə, məkr, aldatmaq bəzən nikahın pozulmasına, mehrin boyundan düşməsinə və əqdin təlaqsız pozulmasına səbəb olur. Bu, İslamın iki tərəfdən birinin aldandığı vaxt ona verdiyi icazədir.
Quran, rəvayətlər insanlara hiylə işlətməyi, bir-birini aldatmağı qadağan edir və bu işi görən adamın dünya və axirətdə ilahi əzaba düçar olacağını bəyan edirlər.
Həzrət Peyğəmbər (s) buyurur: «Hər hansısa bir müsəlmanı aldadan bizdən deyil».1
Əli (ə) buyurur: «Səni özünə əmin hesab edən şəxsə qarşı hiylə işlətməyin küfrdür»;2 «Hiylə işlədən şəxs öz əməlinin acı nəticəsi ilə qarşılaşacaq».3
«Nəhcül-bəlağə»də müttəqilərin xüsusiyyətləri sayılarkən buyurulur: «Müttəqilər xalqa məkr və hiylə ilə yaxınlaşmazlar».
Rəsulullah (s) buyurur: «Məkr və hiylə (işlədən şəxsin yeri) cəhənnəm odundadır».
O həzrət (s) digər bir hədisdə buyurur: «Müsəlman şəxs məkr və hiylə işlətməz. Mən Cəbrayıldan eşitdim ki, məkr və hiylə (işlədən şəxsin yeri) oddadır».
İzdivac etmək istəyərkən bir-birini aldatmaq, qadın və kişinin eybini örtmək, bir sözlə, kişi və qadının birgə yaşamalarını təhlükəyə salan məsələlər «Biharül-ənvar»ın 100-cü cildində və mərceyi-təqlidlərin əməliyyə risalələrinin «İzdivac» fəslində geniş şəkildə qeyd olunmuşdur.
Dostları ilə paylaş: |