HAMİLƏ ZAMANI GÖRÜLƏSİ İŞLƏR
Hamiləliyin hər bir qadın üçün zəhmət, əziyyət olduğuna heç bir şübhə yoxdur. Bunun əziyyətini dadan, zəhmətini görən anaların övladlarına məhəbbəti olmasaydı, bir də hamilə olmağa razı olmazdılar. Çünki bu vəziyyətdə qadın orqanizminin müxtəlif hissələri qəribə fəaliyyət göstərir. Onun orqanizmi daha çox şirə ifraz edərək, bədənin fəaliyyətini sürətləndirir. Amma bir çox hamilə qadınlar ürəkbulanma və ya iştahasızlıq üzündən yaxşı qidalanmayaraq, öz sağlamlıqlarını qoruya bilmirlər.
Bir çox qadınlar da öz sağlamlıqlarını qorumaq üçün kökəlmənin, uşağın qarında böyüməsinin qarşısını almaq üçün özlərini xüsusi rejimə salır, orqanizmlərini bir çox lazımi qidalardan məhrum edirlər. Onlar çəkilərinin artmamasına, uşağın inkişaf etməməsinə çalışırlar. Qorxurlar ki, uşaq inkişaf edib böyüyərsə, dəriləri korlanar və ya doğuş zamanı daha çox əziyyət çəkərlər. Belə qadınlar bilməlidirlər ki, hamilə olduqları ilk gündən artıq bir nəfər deyil, iki nəfərdirlər. Elə buna görə də, hamiləlik dövrü boyunca özünün və övladının sağlamlığını təmin edən bir rejimə keçməli, özünün arıq olmasına və övladının zəif doğulmasına şərait yaratmamalıdırlar.
Hamiləlik dövrlərinin əziyyətsiz, rahat keçməsi üçün hamilə qadın nə kökələcək qədər çox yeməli, nə də arıqlayacaq və uşağı bətnində saxlaya bilməyəcəyi qədər az yeməlidirlər. O, gündəlik yeməyini düzgün qaydada proqramlaşdırmalı və orqanizminin gündəlik ehtiyac duyduğu kalorini qəbul etməlidir.
Hamilə qadınlarda orqanizm daxili şirələr ifraz etdiyi üçün bədənin inkişafı sürətlənir. Buna görə də qida daha tez həzm olunur. Əgər uşaq olmasaydı, qadın dərhal kökələrdi.
Orqanizmin fəaliyyətinin artmasına səbəb bətndəki uşaqdır. Bu, onun sürətlə inkişaf etməsi üçündür. Ana az yedikdə, uşaq məcburiyyət qarşısında qalaraq, ananın sümükləri içərisində və ya digər hissələrində qalmış maddələrdən istifadə edərək bu boşluğu doldurur.
Uşağın ana bətnində özünü formalaşdırması üçün dəmirə və kalsiuma ehtiyacı var. Dəmir uşağın qanı üçün çox lazımlıdır. Dəmirsiz qırmızı qan kürəciklərinin tərkibində olan hemoqqobinlər əldə olunmur və uşaq anada mövcud olan qandan özünə sərf etməyə məcbur olur. Buna görə də, tədricən ananın qanı azalır və şübhəsiz ki, doğulduqdan sonra qanı az olur.
Ana özünün və övladının ehtiyacı olan dəmiri təmin etmək üçün hər gün kifayət qədər lobya, paxla, mərci, qara ciyər, ət, alma, üzüm, xurma və s. kimi tərkibində dəmir olan qida maddələrindən istifadə etməlidir.
Kalsium uşağın bədən quruluşunun təməlini qoyur. Çünki onun ana bətnində olduğu müddət ərzində aşağısı 40-50 qram kalsiumlu maddəyə ehtiyacı var. Ana tədricən həmin miqdarda kalsiumu qida vasitəsi ilə uşağına ötürməli və onun sümüklərinin bərkiməsinə yardım etməlidir. Əks təqdirdə, uşaq ananın orqanizmində olan kalsium vasitəsilə öz ehtiyacını ödəməyə çalışır. Bunun nəticəsində isə, ananın sümükləri yumşalır, dişləri çürüyür, başının tükü tökülür və günbəgün zəifləməyə doğru gedir. Kalsiumu qatıq, pendir və qaymaq kimi süd məhsulları, arpa, buğdayla, alma və armud kimi meyvələr vasitəsilə əldə etmək mümkündür. Çünki uşağın qidalanmasına və inkişafına yalnız bu yolla yardım etmək olar.
Qadının hamilə olduğu zaman ananın sağlamlığını qorumaq və uşağın cism və əql baxımından inkişafı, eləcə də uşaq dünyaya gəldikdən sonra ananın və onun necə qidalanması haqqında İslamın çox mühüm göstərişləri mövcuddur. Bütün bunların mütaliəsini sizin öz öhdənizə qoyuruq.
İslam geyimin növü, onun rəngi, ayaqqabı, ananın get-gəli, məhrəm və naməhrəmin qadın hamilə olduğu zaman evə gedib-gəlməsi və s. kimi məsələlər haqqında da lazımi tapşırıqlar vermişdir.
Ana hamilə olduğu müddətdə Allahı yad etməyə, Quran oxumağa, ilahi məclislərdə iştirak etməyə, vacib əməlləri həyata keçirməyə diqqət yetirərsə, uşağın mənəviyyatına xoş təsir bağışlamış olar.
Hamiləlik özü İslam dinində bir növ ibadət hesab olunaraq, böyük bir savaba yol açır.
Həzrət Peyğəmbər (s) buyurur: «Bəli, qadın hamilə olduqda oruc tutan, gecəni ibadətlə keçirən, Allah yolunda canı və malı ilə cihad edən şəxsə bənzəyir».1
Əlbəttə, qadın və kişi bir-biri ilə razılaşaraq, uşaqları olmasının qarşısını ala bilərlər. Lakin belə olduqda çox faydalı bir ticarəti əldən vermiş olacaqlar. Valideynlər övlad sahibi olduqda bunun məsuliyyətini dərk etməli, öz maddi vəziyyətlərini nəzərə almalıdırlar.
Dostları ilə paylaş: |