Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə118/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   114   115   116   117   118   119   120   121   ...   175

ANA SÜDÜ


Ananın öz körpəsinə iki il süd verməsi Qurani-kərimdə vurğulanan məsələlərdəndir:

«Analar (istər boşanmış, istərsə boşanmamış olsunlar) uşaqlarını əmizdirmə müddətini tamamlamaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər»2.

«…Uşağın süddən kəsilməsi isə iki il ərzində olur…»3.

Bəli, uşağın ruzisi ananın sinəsindədir. Ana öz şəxsi xülyaları üzündən və ya zahiri görünüşünü qorumaq üçün uşağı Allahın veridyi ruzidən məhrum edə bilməz. Onu quru südün, heyvan südünün və ya digər bu kimi uşaqlar, körpələr üçün hazırlanan qida məhsullarının ümidinə qoymağa haqqı yoxdur. O bilməlidir ki, döşə süd gəlməyinin ən yaxşı yolu uşağı əmizdirməkdir. Heç bir dərman bunu əvəz edə bilməz. Körpəni əmizdirdikdən sonra süd ifrazı tənzimlənir və ananın vəziyyəti yaxşılaşmağa başlayır. Ananın döşündən ifraz olunan südün tərkibini 1/6 q. %-ni albuminoide-li maddələr, 4%-ni yağlı maddələr, 3/8 q. %-ni isə şəkər, duz və digər vitaminlər təşkil edir. Bu tərkib yer üzündə heç bir maddədə yoxdur. Belə bir qida maddəsini, yalnız ana orqanizmi Allahın iradəsi ilə öz yenicə doğulmuş körpəsi üçün ifraz edir. Heyvan südlərinin tərkibi bununla bir az fərqlənir. Belə ki, qoyun kimi sürətlə gedən heyvanların südündə albuminoide daha çox olur.

Qadının süd verdiyi aylar ərzində bu tərkib daim dəyişir. Belə ki, onun şəkər və yağlılığı günü-gündən azalır, albuminoide-li maddələri isə artır.

Uşağı əmizdirmək onu doyurub yaşamını təmin etməsindən başqa, süd ifrazını artırır və süd ifraz edən vəzilərin daha yaxşı işləməsi üçün şərait yaradır.

İlk on beş gündə körpəni əmizdirmək aşağıdakı qaydada olmalıdır: Doğulduğu ilk on beş gündə hər gün yeddi dəfə əmizdirilməlidir. Sübh saat altıdan başlayaraq, gecə saat on ikiyə qədər hər üç saatdan bir əmizdirilməlidir. Bu on gündə körpə gecə saat on ikidən sübh saat altıya qədər istirahət etməlidir. On beş gündən sonra südverməni hər gün yeddi dəfədən altı dəfəyə qədər azaltmalıdır. Yəni gecə saat doqquzda uşağı süddən ayırıb, yatızdırmaq lazımdır. Bu müddətdə həm ana istirahət etməli, həm də uşağın həzm orqanı özünü növbəti həzmlər üçün hazırlamalıdır.

Ana hər dəfə uşağını əmizdirdikdə onu yaxşı doyurmalı, sonra isə sağ tərəfi üstə yatırtmalıdır. Süd verdikdən sonra rahat yatan və təcrübənin göstərdiyinə görə çəkisi 25-30 qram artan uşaq tam sağlamdır.

Həzrət Peyğəmbər (s) məşğuliyyətinin çoxluğuna baxmayaraq, uşaqların südlə qidalanmasına xüsusi diqqət yetirirdi. Fatimənin (s.ə) evinə gəlir, şəhadət barmağını Hüseynin (ə) ağzına qoyurdu. Onun barmağı sovurması ilə iştahanın düzgün olub-olmamasını yoxlayırdı. Əgər uşağın həqiqətən iştahası olsaydı, sırf onu sakitləşdirmək üçün əmizdirməzdi. Çünki uşağı tez-tez əmizdirmək onun həzmini pisləşdirir və bütün orqanizmə mənfi təsir göstərir.

Rəsuli-əkrəm (s) buyurur: «Uşaq üçün ana südündən yaxşı süd yoxdur».1

Bu cümləni əsrlər öncə İslam peyğəmbəri (s) buyurmuşdur. Hansı ki, böyük alimlər bunu yeni kəşf etmişlər.

Qərb ailələrinin böyük əksəriyyəti öz uşaqlarını qeyri-təbii südlə böyütmək üçün bu işlə məşğul olan müəssisələrə müraciət edirlər. Bu alimlərinin tədqiqatlarında qeyd olunur: «Uşaq üçün ana südündən yaxşı və faydalı qida yoxdur».

Rəvayətlərdə buyrulur: «Bəzi hallarda müşahidə olunduğu kimi ananın südü olmazsa, dayə seçimində çox diqqətli olmaq lazımdır. Çünki süd uşağın cisminə, fikrinə çox böyük təsir göstərir. Həmçinin rəvayətlərdə qeyd olunur ki, pis əməlli, ruhi baxımdan normal olmayan, əqli baxımdan geri qalmış, dardüşüncəli, yəhudi, məsihi, məcus, şərabxor dayə tutmayın. Çünki onun xüsusiyyətləri süd vasitəsilə uşağa keçir».1

Südvermə məsələsində daha çox diqqəti cəlb edən, onun qarşılığı olan savabdır. Həzrət Peyğəmbər (s) «Kişilər bütün savabları əldə edirlər, bəs çarəsiz qadınlar nə etsinlər?»-deyə soruşan Ümmü-Sələməyə cavab olaraq buyurdu: «Qadının hamilə olduğu günlərin savabı orucun, gecələri ibadətlə keçirməyin, canla, malla Allah yolunda cihad etməyin savabından çoxdur. Doğmağın o qədər savabı var ki, onu heç kim bilə bilməz. Qadın uşağını ağuşuna alıb əmizdirdikdə, ona İsmayıl övladlarından bir qul azad etməyin savabı verilir. Süd verib qurtardıqda isə kəramətli bir mələk onun yanına enərək, «Əməllərini yenidən başla, çünki günahların bağışlandı,»-deyir.

Analar süd verərkən imam Sadiqin (ə) Ümmü-İshaq adlı bir qadına buyurduğu sözləri nəzərə almalıdırlar: «Bir döşdən süd vermə. Körpəni hər iki döşlə qidalandır. Biri onun üçün yemək, digəri isə içki olsun».


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin