Биринҹи фәсил


İYİRMİ DÖRDÜNCÜ FƏSİL ATANIN ÖVLADIN İNKİŞAFINDAKI ROLU



Yüklə 2,31 Mb.
səhifə131/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   127   128   129   130   131   132   133   134   ...   175

İYİRMİ DÖRDÜNCÜ FƏSİL

ATANIN ÖVLADIN İNKİŞAFINDAKI ROLU

DÖRD MÜHÜM MƏSƏLƏYƏ DİQQƏT YETİRİN


Quran ayələrinə1 nəzər saldıqda bu qənaətə gəlirik ki, insanın inkişafı, şəxsiyyətinin formalaşması onunla əlaqəli olan dörd şeyə bağlıdır. İnsan şəxsiyyətinin formalaşmasında təsirli olan bu dörd amil bunlardır: imanlı ata, mömin ana, pak və canyandıran müəllim, halal qida.

Yəhudilər İsanı (ə) hələ ailə qurmamış qız olan Məryəmin qucağında gördükdə təəccüblə dedilər:

«Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!»2.

Onların həqiqətdən xəbərləri yox idi. Onlar bilmirdilər ki, İsa (ə) pak Məryəmə əta olunmuş ilahi bir əlamətdir. Onlara elə gəlirdi ki, Məryəm dinlərinə zidd olan bir günaha bulaşmışdır. Onun mömin, pak ata-anasını tanıdıqları üçün «Belə mömin şəxslərin övladı günaha necə qurşana bilər?»-deyə düşünürdülər. Çünki onlara «Uşaq yalnız ata və anadan törəyə bilər» prinsipi belə düşünməyə əsas verirdi. Lakin İsa (ə) beşikdə danışdıqdan sonra məlum oldu ki, mömin ata-anadan beləcə ləyaqətli, yüksək mənəvi məqamlara malik, ulul-əzm peyğəmbərin anası törəməlidir.

Göründüyü kimi, Məryəmdən paklıq ummalarının səbəbi, ilk növbədə atasının paklığı idi. Buna görə də dedilər:

«Atan pis kişi deyildi (Necə ola bilər ki, o əməlisaleh atanın qızı belə günahkar olsun?!)».

Onlar ana məsələsinə də xüsusi diqqət yetirirlər. Belə ki, Məryəmə deyirlər:

«Anan zinakar deyildi (Elə pak, iffət sahibi olan bir qadının qızı necə zinakar ola bilər?!)».

Keçən fəsillərimizdə ana, onun üzərinə düşən vəzifələr, halal ruzi barəsində müəyyən qədər danışdıq. Müəllimin uşaqlara göstərdiyi təsir də hamıya məlumdur. Burada haqqında daha çox danışmaq istədiyimiz mövzu ata və onun övladına göstərdiyi təsirdir.

Ata ilk növbədə övladının dini tərbiyəsinə, əxlaqına, savadlanmasına diqqət yetirməlidir. Sonra isə ailəsi ilə gözəl həyat sürərək, həyatın şirinliyini övladlarına çox görməməlidir. O bütün qüvvəsini, bacarığını səfərbər edərək, ailəsinə haram tikə yedizdirməməlidir.

Rəvayətlərdə qeyd olunduğuna görə, hesabsız cəhənnəmə gedənlərdən biri də, övladının tərbiyəsinə etinasız yanaşan atadır.

Ulu Tanrı bütün insanları «xəlifəlik» məqamına, hidayət, bilik və bəsirətə nail olmaq, nəticədə isə behiştə daxil olmaq üçün yaratmışdır. Əzabı öz əlləri ilə, özləri üçün göndərən insanların özüdür!



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin