Биринҹи фәсил


HALAL VƏ HARAMIN TƏSİRLƏRİ



Yüklə 2,31 Mb.
səhifə142/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   138   139   140   141   142   143   144   145   ...   175

HALAL VƏ HARAMIN TƏSİRLƏRİ


Böyük alim və din xadimlərindən biri deyir: «Qum şəhərində Həzrət Xomeynidən təhsil aldığım zaman, məhərrəm ayında təbliğ məqsədi ilə müxtəlif bölgələrə gedirdim.

Məhərrəm ayına yaxın o ilahi insanın yanına gedib: «Bu il də məhərrəm ayı üçün dəvət almışam. Mənim üçün dua edin»-deyə xahiş etdim. İmam mənim üçün dua edib, camaatla davranmağım və təbliğ etməyim haqqında müəyyən tövsiyələr etdi.

Dəvət olunduğum yerə getdim. İki-üç min əhalisi olan bu məntəqəyə daxil olduqda, çiyninə bel alan nurani bir əkinçi mənə yaxınlaşıb, gəlişimin məqsədini soruşdu. Təbliğ üçün gəldiyimi bildikdə dedi: «Burada yalnız Allahın halal-haramından de. Çünki buranın camaatının bu məsələlərə daha çox ehtiyacı var. Bu on günü mənim evimdə qal. Mən sənə yalnız halal mal yedizdirərəm. Mənim çörəyimi yeməyin qəlbini işıqlandırar, çıxışların da daha çox təsir göstərər».

Onun evinə getdim və dediyi kimi rahat, dilim topuq vurmadan çıxışlar etdim.

O, sübh tezdən çölə gedir, şam namazı vaxtı məscidə qayıdırdı. Çıxışımdan sonra isə birlikdə evə gedirdik.

Bir gün ondan xəbərsiz bir nəfərin təkidi ilə qonaqlığa getdim. Həmin gün axşam çıxış edərkən ağırlıq hiss etdim. Danışmağa çətinlik çəkirdim. Dinləyicilərin bundan xəbəri olmamasına baxmayaraq, mən sözləri ağzımdan güclə çıxarırdım. Evində qaldığım əkinçi, sanki mənə etiraz edirmiş kimi, iki-üç dəfə qəzəblə mənə baxdı. Məclis sona yetdikdən sonra evə getdik. O, sərt tərzdə mənə dedi: «Qarnına od yemişsən, bu gün mənim evimdən başqa yerə getmisən. Bunu sənin çıxışından anladım. Nə qədər buradasan, başqa yerə getməyə haqqın yoxdur. Ömrünün axırına qədər yeməyinə, get-gəlinə fikir ver. Halal nuranilik gətirir, haram isə zülmət».

Bir daha bu mövzuda Həzrət Peyğəmbərin (s) mübarək kəlamına nəzər salaq: «Övladlarınız üçün yalnız halal ruzi aparın».


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin