Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə167/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   163   164   165   166   167   168   169   170   ...   175

QONAQPƏRVƏRLİK


Bəzi ailələr qonaq qəbul etməyə böyük çətinliklə razılaşırlar. Bu ya tənbəllikdən, ya da xəsislikdəndir.

Qonaqpərvərlik peyğəmbərlərin və imamların əxlaqi xüsusiyyətlərindən, ilahi övliyaların və Haqq yolçularının əlamətlərindəndir.

Xəsislik və tənbəllik hər bir halda pisdir. Ailə üzvləri - kişi başda olmaqla - qonağı açıq üzlə qarşılamalı, ona xoş üz göstərməlidir. Çünki ilahi övliyaların getdiyi yolu getmək Haqqın rizasına, Onun mərhəmətinə səbəb olur.

Qonaqpərvərlik məsələsi o qədər mühümdür ki, İslam maarifində qonağın ruzisinin Allahın öhdəsində olduğu və ev yiyəsi özü qonaqların qonağı olduğu buyurulur.

Digərlərini qonaqpərvərliyə rəğbətləndirmək özü böyük bir savaba malikdir.

İmam Sadiq (ə) buyurur: «Böyüklüyün əlamətləri ondur. Əgər bacarsan, onları özündə cəm et. Onlardan biri qonaqpərvərlikdir».3

O həzrət (ə) qonağın evə daxil olub-çıxması haqqında buyurur: «Həqiqətən, qonaq sənin mənzilinə daxil olduqda, sənin özün və ailən üçün bağışlanma gətirir. Mənzilindən çıxdıqda isə, sənin və ailənin günahlarını aparır».4

İmam Baqir (ə) buyurur: «Dörd müsəlmanı doyurmaq İsmayıl övladlarından bir qul azad etməkdir».5

Buna görə də insaf, mülayimlik və keçinmə, xeyirxahlıq və nəsihət, ədəb, ailəni ittiham təhlükəsindən uzaq saxlamaq, əhdə vəfa qılmaq, məsləhətləşmək, kiçiyə mərhəmət, böyüyə hörmət göstərmək və qonaqpərvərlik izzət sahiblərinin əlamətlərindən olaraq, dünya və axirət səadətini təmin edən amillərdəndirlər.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin