Биринҹи фәсил


AZADLIQ HAQQINDA MARAQLI BİR HEKAYƏ



Yüklə 2,31 Mb.
səhifə28/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   24   25   26   27   28   29   30   31   ...   175

AZADLIQ HAQQINDA MARAQLI BİR HEKAYƏ


Tarixdə qeyd olunur ki, Yezid və ya onun məmuru həcc səfəri zamanı Mədinəyə daxil olur. Qüreyş tayfasına mənsub bir kişini hüzuruna çağırtdırır və həmin kişi o zülmkarın məclisinə daxil olur. Zalım ona deyir: «Mənim bəndə və qulum olduğunu etiraf et. İstəsəm səni zəncirləyib qul adı ilə satar, istəsəm qul kimi saxlayaram». Qüreyşli kişi cavab verir: «And olsun Allaha, nə əsil-nəsəb baxımından məndən üstün deyilsən, nə atan cahiliyyət və ondan sonrakı İslam dövründə mənim atamdan üstün deyildi. Nə özün din və iman, nə də fəzilət baxımından məndən üstün deyilsən. Belə olan halda mən sənin qulun olduğumu etiraf edə bilmərəm!» Zalım deyir: «Əgər dediyimi etməsən, ölüm hökmünü sadir edəcəyəm». Kişi cavab verir: «Mənim qətlim həzrət imam Hüseynin (ə) qətlindən mühüm deyil». İş bu yerə çatdıqda, Qüreyşli kişinin qətl fərmanı verilir və o öz hürriyyət, azadlıq, iradə və ixtiyarını qorumaq yolunda əzəmətli şəhadət feyzinə yetişir.1

Əmirəl-möminin (ə) buyurur: «Ey camaat! İnsan övladı qul və ya kəniz olaraq doğulmamışdır. Həqiqətən, bütün kişi və qadınlar azaddırlar».2

Digər bir hədisdə isə buyurur: «Allah səni azad yaratdığı bir halda, heç bir şəxsin qulu olma».3

Diqqət yetirməliyik ki, azadlıqdan məqsəd insanın özü kimi insan olan digərlərinin qulu olmaqdan, şəhvani istəklərin və əxlaqi aludəçiliklərin boyunduruğundan azad olmaqdır.

İnsan dünyaya gəldikdə pak-pakizə, qiymətli gövhər, ülvi varlıq, digərinin qulu olmaqdan tam azad, izzəti-nəfsə malik, bir sözlə, əxlaqi rəzilə və çirkinlikdən azad, iradə və ixtiyar sahibi olur.

Allahın hidayəti, ağıl, fitrət, peyğəmbərlərin peyğəmbərliyi, imamların imaməti və Quran bu azadlıq, iradə və ixtiyardan yararlanmaq üçün onu müşayiət edir. Bununla da o, Pərvərdigarın lütf və rəhməti sayəsində öz azadlığından istifadə etməli, yaxşı işlər görməyə çalışmalı və bu yolla dünya və axirət səadətinə qovuşmalıdır.

İnsan bu mənaya diqqət yetirməzsə, ilahi hidayətdən uzaq düşər və şübhəsiz ki, öz azadlıq, iradə və ixtiyarını zamanın fironlarının, eləcə də hərislik, təkəbbür, həsəd və digər şəhvani meyllərin qarşısında əldən verər. Dünya quluna, digərlərinin bəndəsinə, şəhvani istəklərin köləsinə, hərislik və tamah əsirinə çevrilərək, dünya və axirət səadətindən heç bir şey əldə edə bilməz.

Hər bir pis əmələ əl atanlar, özlərini şəhvani istək və günaha bulaşdıranlar, digərlərinə tabe olub onların nökərlərinə çevrilərək, bu köləliyin adını azadlıq qoyanlar cahil nökər, səviyyəsiz qul, zəlil və çarəsiz bir kölədirlər.

Əmirəl-möminin (ə) buyurur: «Qeyri-şəri meyllərdən uzaq duran şəxs azaddır».

Digər bir hədisdə buyurur: «Dünya keçiddir və orada camaat iki dəstədir: özünü şəhvət, maddiyyat və aludəçiliklərə sataraq fəlakətə yuvarlananlar və özünü bütün bunlardan azad edərək, dünya və axirətdə də hər bir əzabdan azad olanlar».

İmam Sadiq (ə) buyurur: «Bu beş xislətdən hən hansı biri bir şəxsdə olmazsa, ondan bəhrələnmək mümkün deyil. Birincisi vəfa, ikincisi aqibəti düşünmək, üçüncüsü həya, dördüncüsü xoş əxlaq, beşincisi isə bütün bu xislətləri insanda cəm edən hürriyyət və azadlıqdır».1

Əli (ə) buyurur: «Tamah səni özünə kölə etməsin. Çünki Allah səni azad yaratmışdır»;2 «Halal yolla pul qazanmaq azad insanın ilahi uğurlarındandır».



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin