Биринҹи фәсил


ALTINCI FƏSİL VƏHY MƏNTİQİNDƏ QADININ MƏQAMI



Yüklə 2,31 Mb.
səhifə32/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   28   29   30   31   32   33   34   35   ...   175

ALTINCI FƏSİL

VƏHY MƏNTİQİNDƏ QADININ MƏQAMI

HAQQIN PAK DİNİ


Peyğəmbərin (s), onun haqq canişinlərinin və məsum imamların izah etdiyi müqəddəs İslam dini ‒ şiə məzhəbi - tövhid, qiyamət, mələklər, nübuvvət, imamət, Quran, fərd, ailə, cəmiyyət, maddi və mənəvi məsələlər, əxlaqi və əməli qaydalar, qadın, kişi, övlad, mənfəət əldə etmək, tərbiyə, siyasət, hökumət və s. işlərdə digər din, məzhəb və cərəyanlardan köklü şəkildə fərqlənir.

İslamın bütün bu mövzularda irəli sürdüyü fikirlər həqiqətlə tamamilə uyğundur və İslamda həqiqət şərhçilərinin buyruqları Qurandan qaynaqlanan ilahi bilik və dünyagörüşünün məhsuludur.

Bütün bu məsələlərin başlanğıcı Quran, Quranın başlanğıcı isə Haqqın müqəddəs vücudunun rəhmanlıq, rəhimlik və rübubiyyət vəsfidir. Bu həqiqətlərin şərhi həzrət Peyğəmbərin (s) pak və ilahi qəlbindən, davamı isə Əlidən (ə) on ikinci imama qədər olan məsum imamların buyuruqlarından başlanır.

«Rəhman» Haqqa məxsus sifətlərdəndir və Allahdan qeyrisinə aid edilə bilməz. Lakin «rəhim» Haqdan qeyrisinə də aid ola biləcək sifətlərdəndir.

Hər iki vəsfin kökü «rəhmət»dir. Tərcüməsi isə «bağışlayan» və «mehriban»dır.

Quran təfsirçilərindən bir qrupu deyirlər: «Rəhman, ilahinin ümumi rəhmətinə bütün ‒ yaxşı və ya pis bəndələrinə qarşı olan rəhmətinə aiddir. Lakin rəhim isə ilahinin yalnız saleh və itaətkar bəndələrinə qarşı olan xüsusi rəhmətidir.

Rəhmanlıq vəsfidünyada, rəhimlik vəsfi isə axirətdə öz əksini tapır. Amma Quranda bu fərqlə bağlı bir şey görünmür. Quranda buyurulur:

«Mərhəmətim hər şeyi ehtiva etmişdir»1.

Bu vəsfin təcəllasını məxluqatın yaranmasında, onlara ruzi verilməsində, müxtəlif hadisələrdən xilas olunmasında müşahidə etmək olar. Bu iki vəsf vasitəsi ilə Allah dərgahından yardım diləmək irfani bir əhval-ruhiyyəyə, məxsus gümrahlığa səbəb olur. Nəticəsi isə, Allah-təalanın öz bəndəsinə diqqət yetirməsidir.

İslam qaynaqlarında qeyd olunur ki, Allah buyurur: «Bəndəm Məni rəhman və rəhim vəsfləri ilə çağırdıqda, yardımına yetməməyə həya edirəm».

Xalqı yaradıb onu ruzi ilə təmin etmək rəhman, onu hidayət edərək uğur qazandırmaq isə rəhim vəsfindən doğur.

Allah-taala Quranda Özünü digər kəlamlarla rəhmət sahibi adlandırmışdır.

Rəsulullah (s) bu həqiqəti camaatın düşüncə tərzinə yaxınlaşdırmaq üçün aşağıdakı şəkildə (ədəd və dərəcə ilə) bəyan etmişdir: «Allahın yüz rəhməti vardır. Onlardan birini yeddi səma və yerə yaydı. Bu bir dərəcə ilə xalqın hər birinə onun layiq olduğunu bəxş etdi. Xalq da bundan bəhrələnərək, bir-birinə məhəbbət bəsləyir və rəhm edir. Doxsan doqquzunu isə özündə saxlayıb. Qiyamət günü o bir dərəcəni doxsan doqquz dəfə artıraraq, mömin və itaətkar insanlara bəxş edəcək».

«Rəbb» malik deməkdir. Onun malikiyyəti varlıq aləminin bütün məxluqatını əhatə edir. Bu malikiyyət O müqəddəs varlıqdan alına bilməz. Belə ki, bütün məxluqatın tərəqqisi, idarə olunması Onun əlindədir. Haqqın malikiyyəti, idarəçiliyi varlıq aləminin ən kiçik zərrələri ilə belə daimi, əbədi, zati olduğu üçün insanın Allahın malikiyyəti qarşısında digər bir malik axtarmasının, Onun qanunlarından başqa qanun qəbul etməsinin heç bir mənası yoxdur.

Həqiqi tövhidin insan həyatının bütün sahələrində təcəllası insanın bütün varlığı ilə Onun malikiyyəti altında qalması, malikiyyət carçısı olan hər bir mədəniyyət və cərəyanı rədd etməsidir. Pak «La ilahə illəllah» kəlməsinin həyatın bütün sahələrində bundan başqa mənası yoxdur.

Bəli, insanın batini və zahiri ehtiyaclarını ödəyən Haqqın rəhməti, Onun malikiyyət nuru, dünya və axirət səadətinə zəmanət verən lütfü, kərəmi, rəhmətidir.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin