Биринҹи фәсил


ÖZÜNÜZÜ ONLARIN YERİNƏ QOYUN



Yüklə 2,31 Mb.
səhifə39/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   35   36   37   38   39   40   41   42   ...   175

ÖZÜNÜZÜ ONLARIN YERİNƏ QOYUN


Valideynlər bilməlidirlər ki, bir gün onlar da gənc olmuş, ərə getmək, yaxud evlənmək eşqi ilə alovlanmışlar. Onlar da arzu edirdilər ki, valideynləri onların izdivac məsələsini çox tez həll etsinlər. Bu məsələni çətinləşdirməsinlər, cavanların eşqinə hörmətlə yanaşsınlar. Valideynlərinin onların izdivac məsələsini çətinləşdirdiklərini, gecikdirdiklərini hiss etdikdə çox narahat olurdular. Daxili vəziyyətləri qarışır, onlarda valideynlərinə qarşı kin yaranırdı.

Bu gün qızlarını ərə vermək, yaxud oğlanlarını evləndirmək istəyərkən, özlərini bir anlığa onların yerində hiss etsinlər. Onların arzu və amallarını, eşq atəşi ilə alovlandıqlarını başa düşsünlər. Çox güman ki, özlərini onların yerində hiss etsələr, bu məsələni asanlaşdıracaq və övladlarının evlənməsi, yaxud ərə getməsi üçün istənilən şəraiti yaradacaqlar.

Həzrət Əli (ə) bu mühüm məsələyə aşağıdakı şəkildə toxunaraq buyurur: «Özünü digərlərinin yerində hiss et. Özün üçün sevdiklərini, digərləri üçün də sev. Özün üçün bəyənmədiklərini digəri üçün də bəyənmə. Digərlərinə azacıq olsa belə, zülm etmə; necə ki, özünə zülm olmamasını istəyirsən. Özünə yaxşılıq olunmasını istədiyin kimi, digərlərinə də yaxşılıq et. Digərləri üçün pis hesab etdiyini özün üçün də pis hesab et. Camaatın səndən razı olmalarını istədiyin məsələdə sən də onlardan razı ol».1

Həzrət Müctəba (ə) buyurur: «Camaatla, səninlə davranmalarını istədiyin şəkildə davran».2

İslamın haqq istəyi, dinin səmərəli göstərişləri, digərləri ilə yaşamağı asanlaşdıran üslub, günahın insan həyatına hücumunun qarşısını alan amil budur. Həyatı eşqlə, səmimiyyətlə, vəfa ilə dolduraraq, onu şirinləşdirən proqram bundan ibarətdir.

Valideynlər gənc yaşlarında öz izdivac məsələlərində daha çox istədikləri, özlərinə uyğun ailə ilə qohum olmaq, hər iki ailənin bel sındıran tələblərdən çəkinmələri, bu məsələni tez həll etmək, sözdən, danışmaqdan çox əməl mərhələsinə keçmək və s. kimi məsələləri bu gün öz övladları üçün də istəməlidirlər.

İzdivac üçün vasitəçilik etmək Allah yanında özünəməxsus savaba malikdir. Əziz valideynlər bu vasitəçiliyi öz üzərlərinə götürməli və sona qədər davam etdirməlidirlər.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «İmanlı oğlan və qızların izdivacında Allahın onları bir-birinə yetirməsi üçün zəhmət çəkən şəxsin mükafatı min behişt hurisidir. Bu iş üçün atdığı hər addımın, danışdığı hər sözün savabı bir il ibadətin savabına bərabərdir».

İzdivac məsələsini asanlaşdıra bildikləri halda onu çətinləşdirənlər, özlərini çox böyük bir savabdan məhrum edirlər.

Onlar öz övladlarının cavabını - günaha düşdükləri, onlara hər hansısa zərbə dəydiyi, fikir pozuntusuna sürükləndikləri təqdirdə - Allahın ədalət məhkəməsində verməli olacaqlar.

Musa ibn Cəfər (ə) məktub vasitəsi ilə malik olduğu malı Məhəmməd ibn Cəfərin əyalının mehriyyəsinə kömək etmək üçün öz möhtərəm bibisindən istədi. O kəramətli qadın məktubu alan kimi istənilən malı göndərdi. Məktubda deyilirdi: «Allahın qiyamətdə bir kölgəsi olacaqdır. Bu kölgədən yalnız Peyğəmbər, onun vəsisi, mömin qulu azad edən, möminin borcunu ödəyən və subay mömini evləndirən şəxs faydalanacaq».

Həzrət Əli (ə) buyurmuşdur: «Ən böyük günah möminin malına təcavüzdür. Ən böyük vasitəçilik isə izdivac məsələsində vasitəçilik etməkdir».

İmam Sadiq (ə) buyurmuşdur: «Subayı evləndirən şəxs Allahın qiyamət günü rəhmət gözü ilə baxacağı şəxslərdəndir».

Digər bir hədisdə isə buyurur: «Allah qiyamətdə dörd nəfərə rəhmət gözü ilə baxar: Geri qaytarılmış malı qəbul edən dükançıya, digərinin qəmini aradan qaldırana, qul azad edənə, subayı evləndirənə».

Rəsulullah (ə) buyurmuşdur: «Ailə qurmaq qərarına gəlmiş qadın və kişinin qərarını pozub onları bir-birindən ayıran şəxs, Allahın qəzəb və lənətinə gələr. Allah onun başına min odlu daş yağdırar. Bu iş üçün çalışan, lakin müvəffəq olmayan şəxs də Allahın qəzəb və lənətinə gələr və Allahın rəhmətinə qovuşmaq ona haram olar».

Kaş bütün ata-analar bundan xəbərdar olaydılar! Bu həqiqətlərə əməl etməklə böyük bir ilahi savabdan bəhrələnəydilər! Kaş bu məsələlərdən xəbərdar olanlar təkəbbürdən, bu qadağalardan çəkinməklə qiyamətdə Allahın əbədi qəzəb və lənətinə gəlməyəydilər!



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin