Halal və haramın bir çox zahiri və batini təsirlər göstərməsi labüddür. Halalın təbiətində Haqqın rizası, ibadət etmək üçün gücün təmin olunması, qəlbin saflığı, ruhun sağlamlığı bəxş edilmişdir. Bu mənada haram tamamilə halalın əksidir.
Quranda və rəvayətlərdə geniş yer verilən İslamın fiqhi məsələlərindən biri də, kişinin həyat yoldaşının və övladlarının xərclərini ödəməsi məsələsidir.
Həyat yoldaşı və övladları üçün imkan daxilində geyim, minik və s. hazırlamaq kişinin öhdəsinə düşən, vacib olan ilahi vəzifədir. Bununla yanaşı, ailə başçısının öhdəsinə düşən digər bir vacib məsələ də ailəsinin xərcini halal yolla qazanmasıdır.
Ailə başçısı Allahın bu iki tapşırığına görə tam mənada minnətdar olmalıdır. Çünki bir tərəfdən əxlaqi keyfiyyətlərin çiçəklənməsi bu iki vacib əməlin vasitəsilə baş verir, digər bir tərəfdən isə bu yolda addımlamaq bir növ Allah yolunda cihad etməkdir.
Halal ruzi ailəyə gəlib çatdıqda, onun müsbət təsiri özünü göstərərək, ailənin ruhi təskinliyinə yardım edir.
Dostları ilə paylaş: |