Биринҹи фәсил


İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK



Yüklə 2,31 Mb.
səhifə84/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   80   81   82   83   84   85   86   87   ...   175

İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK


Bir rəvayətdə deyilir: «Bir şəxs süd qabı ilə həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, «Bu südlə iftarınızı açın»-deyə xahiş edir. Həzrət «Bu süd kimindir?»-deyə soruşur. Həmin şəxs deyir: «Bunu sizin üçün bir qadın göndərmişdir». Rəsulullah «Qayıt və bu südü haradan əldə etdiyini soruş!»-deyə buyurur. Həmin şəxs qadının evinə qayıdaraq, Peyğəmbərin sualını ona çatdırır. Qadın «Öz qoyunumdan sağmışam»-deyə bildirir. Həmin şəxs qadının sözlərini Peyğəmbərə çatdırır. Həzrət buyurur: «Qayıt və o qoyunun haradan əldə olunduğunu soruş!» Həmin şəxs qadının evinə gəlib Rəsulullahın sualını soruşduqda, qadın «Öz zəhmətimin bəhrəsidir»-deyə cavab verir. Şəxs qadının bu cavabını da Həzrətə çatdırdıqdan sonra Həzrət buyurur: «İndi bu südlə iftarımı açaram».

Həmin günün sabahı südü göndərən qadın Peyğəmbərin yanına gələrək, keçən gecə qabın bir neçə dəfə qaytarmasının səbəbini soruşduqda Həzrət (s) buyurdu: «Allah biz peyğəmbərlərə haram yeməməyi əmr etmişdir».

Peyğəmbərin (s) bu davranışı bütün müsəlmanlar üçün bir ibrət dərsidir. Onlar bu davranışdan dərs alaraq halal və haram mövzusunda diqqətli olmalı, bu beş günlük həyatda ağır yüklər altına girməməlidir. Belə ki, bu yükün altından çıxmaq çox çətin, bəlkə də qeyri-mümkündür.

Rəsuli-əkrəm (s) buyurmuşdur: «Halal qazanc dalınca getmək hər bir müsəlman kişi və qadına vacibdir»;1 «Halal qazanc hər bir müsəlmana vacibdir»;2 «Halal qazanc ardınca getmək bir növ cihaddır»;3 «Behişt qapıları alın təri ilə halal ruzi yeyən şəxsin üzünə açılacaq və hansı qapıdan istəsə, daxil olacaq»;4 «İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal qazancdadır».5

İmam Rza (ə) buyurur: «Ailəsinin xərcini təmin etmək üçün Allahın mərhəmətindən ruzi uman şəxsin savabı, Allah yolunda döyüşən döyüşçünün savabından çoxdur».6

İmam Baqir (ə) buyurur: «Camaat qarşısında öz iffət-nəfsini qorumaq, ailəsini yaşatmaq və qonşularına mərhəmət göstərmək üçün qazanc əldə edən şəxs, qiyamət günü çöhrəsi on dörd gecəlik ay kimi nur saçan bir halda Allahla görüşəcəkdir».7

Həzrət Sadiq (ə) buyurur: «Abrını qorumaq, borcunu ödəmək üçün pul qazanmayan adamın faydası yoxdur».8

Xatəmül-ənbiya (s) buyurur: «Gecəni halal mal qazanmağın yorğunluğundan yatan şəxs bağışlanır»;9 «Allah bəndəsini halal ruzi qazandığı halda görməyi sevir».10

Rəvayətlərdə qeyd olunduğuna görə, ruzinin az və ya çox olması yalnız və yalnız bəndənin yüksək məqamlar kəsb etməsi üçün bir imtahandır. Ruzinin azlığına səbir edən, harama əl uzatmayan və ruzinin çoxluğuna şükür edən şəxs imtahandan üzüağ çıxır.1

Mömin şəxs ruzinin azlığından narahat, çoxluğundan da məst olmur. Ruzi az olduqda onunla uyğunlaşır, çox olduqda isə yeyir, yedirir və ilahi vəzifələrini həyata keçirməyə səy göstərir.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin