Биринҹи фәсил


HƏZRƏT SƏCCADIN (Ə) «BƏNZƏRLİK» HAQQINDA NƏZƏRİ



Yüklə 1,82 Mb.
səhifə20/33
tarix17.11.2018
ölçüsü1,82 Mb.
#82799
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

HƏZRƏT SƏCCADIN (Ə) «BƏNZƏRLİK» HAQQINDA NƏZƏRİ


Həzrət imam Baqir (ə) buyurur: «Atam Zeynəl-Abidin (ə) həcc miqatlarından birində bir xanımla rastlaşdı. Onun əxlaqı atamı özünə cəlb etdi. Həzrət (ə) onun ailəli olub-olmadığını soruşduqda, «Ailəli deyil»-deyə cavab verdilər. Atam qadının əsil-nəsəbi haqqında axtarış aparmadan ona elçilik etdi. Sonunda, bu elçilik izdivacla nəticələndi.

Ənsardan olan bir kişi bu məsələdən xəbərdar oldu. Bu evlilik, bu sadəlikdə izdivac ona çox ağır gəldi. «Mümkündür, o qadın əsilsiz-nəsəbsiz və nəticədə, İmamın (ə) məzəmmətinə səbəb olsun»-deyə düşündü. Bir müddət axtarış apardı. Mə᾽lum oldu ki, o qadın Şeyban tayfasındandır. İmamın (ə) yanına gəldi. Məsələni İmam (ə) danışıb, «Şükür Allaha, sizin həyat yoldaşınız tanınmış və möhtərəm bir ailədəndir»-deyə ərz etdi. İmam (ə) ona buyurdu: «Mən sizin bu işlərə diqqət yetirmək səviyyəsindən daha ağıllı olduğunuzu düşünürdüm. Məgər bilmirsənmi ki, uca Allah İslamın bərəkəti ilə bütün səviyyəsizlikləri aradan qaldırımış və qüsurların yerini doldurmuşdur. İndi müsəlman hansı mövqedə olmasından asılı olmayaraq möhtərəmdir. Ona heç bir səviyyəsizlik aid etmək olmaz. Bu xislətlər cahiliyyətə məxsus idi».1

Bu şərif hədisə əsasən eyni qəbilədən, eyni şəhərdən və ya var-dövlət baxımından eyni səviyyədə olmaq bənzərliyə səbəb olmur. İslamın hökmünə əsasən ərəb əcəmdən, ağ qaradan, Qüreyş qeyri-Qüreyşdən heç bir şeylə fərqlənmir. İnsanlar bir-birindən təqva ilə fərqlənir. İki müsəlman qadın və kişi iman, təqva, əxlaq, əmanətdarlıq, iffət, paklıq və təharətə malik olmaqla, bir-birinə tay olurlar. Biri ərəb, digəri əcəm, biri şəhərli, digəri kəndli, biri varlı, digəri yoxsul, biri ağ, digəri qara və biri əsilli-nəsilli, digəri isə kimsəsiz olsa belə, onlar bir-birinə taydırlar.

Əli ibn Əsbat həzrət Cavada (ə) yazdı: «Mən qızlarımı ərə vermək üçün özüm kimi imanlı, əxlaqlı birisini tapmamışam». Həzrət (ə) onun məktubuna cavab olaraq belə yazdı: «Qızların haqqında yazdıqlarını aldım. Allah sənə öz rəhmət və lütfünü şamil etsin. Qızlarını ərə vermək məsələsinə bu qədər diqqət yetirmək lazım deyil. Peyğəmbər (s) buyurmuşdur: «Əgər əxlaqını, dinini bəyəndiyiniz biri elçiliyə gəlsə, qəbul edin. Əks təqdirdə, yer üzündə böyük bir fitnə-fəsada yol açacaqsınız».2

İmam Sadiq (ə) İbrahim adlı bir kişiyə buyurdu: «Heç bir mö᾽min var-dövlətdən təhlükəli fayda qazanmamışdır. Malın ziyanı, çobansız sürüyə hücum edən iki canavarın ziyanından çoxdur. Bu canavarlar qoyunlara nə edirlər?» İbrahim dedi: «Yırtıb dağıtmaqdan başqa bir şey etmirlər». İmam buyurdu: «Doğru deyirsən. Malın ən kiçik ziyanı budur ki, bir müsəlman digər bir müsəlmanın qızına elçi göndərsin və o, yoxsul olduğu üçün qızını ona verməsin».

BİR NEÇƏ ŞƏXSƏ QIZ VERMƏYİN


İlahi maarifdə qeyd olunur ki, övlad Allahın əmanəti, Haqqın ne᾽məti, Pərvərdigarın bəxşişidir. Ulu Tanrının əmanətini qorumaq, ona yetirincə dini tərbiyə vermək, izdivac zamanı isə onun üçün yaxşı, pak və pakizə həyat yoldaşı seçməkdir.

Ər evinə gedən qız həyat yoldaşı və onun ailəsinin tə᾽siri altına düşür. Hər halda, o mühitdə ər vasitəsi ilə ondan müəyyən şeylər tələb olunur. Buna görə də, qızın getdiyi ailə ilahi və mö᾽min ailə olmalıdır. Həyat yoldaşı öz çıxarı qədərincə zahiri və daxili gözəlliklərə malik olmalıdır. Allah bütün bunları nəzərə alaraq ilahi və islami şərtlərə uyuşmayan şəxslərə qız verməyi qəti surətdə qadağan etmişdir.

Bir rəvayətdə Peyğəmbərin (s) dilindən deyilir: «Nikah bir növ bəndəlik və itaətdir. Sizlərdən hansınız qızını ərə verirsə, onu ərinin bəndəlik və itaət dairəsinə daxil edir. Buna görə də qızınızı kimə verməyinizə diqqət yetirməniz zəruridir».1

İlahi göstərişlərə, dinə, haqq əqidələrə əhəmiyyət verməyən şəxsə, Qur᾽anın ifadəsi ilə desək, fasiq şəxsə qız vermək düzgün deyil. Əxlaqsız, təkəbbürə, qürrələnməyə, paxıllığa, tamaha, hərisliyə, səxavətsizliyə aludə olan və acı dil, nadan, səfeh, anormal, öz yaşayışını idarə edə bilməyən və qadın üçün problemdən başqa heç bir şey yaratmayan, şərabxor, səviyyəsiz və Allahın haramlarından çəkinməyən şəxslərə qız vermək qəti şəkildə qadağandır, həmçinin şəriətə zidd və insanlıqdan uzaqdır.

İndi isə bu mövzuda bir sıra rəvayətlərə nəzər salaq:

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Öz kəramət sahibi olan qızını dinsiz bir şəxsə ərə verən valideynə hər gün min lə᾽nət yağdırılır».1

Hüseyn ibn Bəşşar imam Musa ibn Cəfərə (ə) yazdı: «Qohumlarımdan biri qızıma elçi göndərib. Lakin çox pis əxlaqa malikdir». Həzrət (ə) cavabında yazdı: «Əgər əxlaqı pisdirsə, ona qız vermə».2

İmam Sadiq (ə) «Nisa» surəsinin 5-ci ayəsinə əsaslanaraq ictimai, fərdi və əmanət məsələsində e᾽timad olunmayan, mal verilməyə ləyaqəti olmayan nadan və səfehə qız verməyi qəti surətdə qadağan etmişdir.3

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, mən Allah tərəfindən şərabın haram olmasını e᾽lan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçilik etsə, cavab eşitməyə layiq deyil».4

İmam Rza (ə) buyurmuşdur: «Qızını şərabxora verməkdən çəkin. Əgər onu belə bir şəxsə ərə versən, sanki öz iffətli qızını zina olunmağa vermisən».5

Bəli, ilahi vacibatlara əhəmiyyət verməyən, günahdan çəkinməyən, insani keyfiyyətlərə, lazımi ağıla malik olmayan, süst iradəli, haram içkilərdən çəkinməyən şəxs Haqqın əmanəti olan pak və mö᾽minə qıza sahib çıxmağa layiq deyil. Əks təqdirdə, qızın zay olması ilə yanaşı, ondan cəmiyyət üçün yararlı olmayan, ərinin bütün pis xüsusiyyətlərindən tə᾽sirlənən övladlar dünyaya gələcək. Bəşər elmi bu həqiqəti kəşf etməzdən öncə, altıncı İmam (ə) bu barədə buyurmuşdur: «Haramın tə᾽siri nəsildə (övladlarda, törəmələrdə) özünü göstərir».6

BU QADINLARLA AİLƏ QURMAYIN


Müqəddəs İslam dini bir neçə zümrəyə, o cümlədən fasiqlərə, axmaqlara, pis əxlaqlılara, şərabxorlara qız verməyi qadağan edərək qadının izzət və hörmətini qoruduğu kimi, mö᾽min cavanlara da ilahi şərtlərlə uyuşmayan qadınları almağı qadağan etmişdir. Bu mövzuda da çox mö᾽təbər kitablarda olduqca mühüm rəvayətlər qeyd olunmuşdur. Onlardan bir neçəsinə nəzər salaq:

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Ondan doğulan övlad isə zülmkar və təcavüzkardır».1

O həzrət digər bir rəvayətdə buyurur: «Zibillikdə bitən çiçəkdən çəkinin. «Zibillikdə bitən çiçək hansıdır?»-deyə soruşulan suala Peyğəmbər (s) «səviyyəsiz ailədə böyüyən gözəl qızdır»-deyə buyurdu.2

Rəsulullah (s) dua edərkən Haqq-təalaya ərz edərdi: «İlahi! Mənim əmrlərimə tabe olmaq əvəzinə mənə əmr edən övladdan xeyir vermədən məhv olan maldan, axmaqlığı ucbatından məni vaxtından tez qocaldan qadından və hiyləgər dostdan sənə sığınıram».3

Peyğəmbəri-əkrəm (s) buyurur: «Sizin qadınlarınızın ən xeyirsizi qısır (doğmayan), təmizliyə riayət etməyən, inadkar, sözə baxmayan, qohumlarının gözündə səviyyəsiz, öz gözündə hörmətli, ərinə itaətsizlik göstərən, digərlərinə isə təslim olan qadınlardır»;4 «Uğursuzluq üç şeydədir: Minikdə, qadında və evdə. Qadında uğursuzluq mehriyyəsinin çoxluğu və doğmamazlığı, minikdə onun xəstəlik və itaətsizliyi, evdə isə kiçikliyi və qonşuların pisliyidir»;5 «Ən xeyirsiz şey pis qadındır».6

Əli (ə) buyurmuşdur: «Ən pis həyat yoldaşı (ərinin əmrlərinə) uyuşmayan qadındır».

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadınlarınızın ən pisini tanıtdırımmı? Qohumları və ailəsində sayılmaz, ərinə qarşı qürrələnən, doğmayan, kin bəsləyən, pis işlərdən çəkinməyən, əri olmadıqda özünü bəzəyən, ərinin yanında bəzəksiz gəzən, ərinin tələbinə cavab verməyən, onun üzrünü qəbul etməyən və qüsurundan keçməyən qadınlardır».1


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin