Биринҹи фәсил


ÖZÜNÜZÜ ONLARIN YERİNƏ QOYUN



Yüklə 1,82 Mb.
səhifə16/33
tarix17.11.2018
ölçüsü1,82 Mb.
#82799
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

ÖZÜNÜZÜ ONLARIN YERİNƏ QOYUN


Valideynlər bilməlidirlər ki, bir gün onlar da gənc olmuş, ərə getmək, yaxud evlənmək eşqi ilə alovlanmışlar. Onlar da arzu edirdilər ki, valideynləri onların izdivac məsələsini çox tez həll etsinlər. Bu məsələni çətinləşdirməsinlər, cavanların eşqinə hörmətlə yanaşsınlar. Valideynlərinin onların izdivac məsələsini çətinləşdirdiklərini, gecikdirdiklərini hiss etdikdə çox narahat olurdular. Daxili vəziyyətləri qarışır, onlarda valideynlərinə qarşı kin yaranırdı.

Bu gün qızlarını ərə vermək, yaxud oğlanlarını evləndirmək istəyərkən, özlərini bir anlığa onların yerində hiss etsinlər. Onların arzu və amallarını, eşq atəşi ilə alovlandıqlarını başa düşsünlər. Çox güman ki, özlərini onların yerində hiss etsələr, bu məsələni asanlaşdıracaq və övladlarının evlənməsi, yaxud ərə getməsi üçün istənilən şəraiti yaradacaqlar.

Həzrət Əli (ə) bu mühüm məsələyə aşağıdakı şəkildə toxunaraq buyurur: «Özünü digərlərinin yerində hiss et. Özün üçün sevdiklərini, digərləri üçün də sev. Özün üçün bəyənmədiklərini digəri üçün də bəyənmə. Digərlərinə azacıq olsa belə, zülm etmə; necə ki, özünə zülm olmamasını istəyirsən. Özünə yaxşılıq olunmasını istədiyin kimi, digərlərinə də yaxşılıq et. Digərləri üçün pis hesab etdiyini özün üçün də pis hesab et. Camaatın səndən razı olmalarını istədiyin məsələdə sən də onlardan razı ol».1

Həzrət Müctəba (ə) buyurur: «Camaatla, səninlə davranmalarını istədiyin şəkildə davran».2

İslamın haqq istəyi, dinin səmərəli göstərişləri, digərləri ilə yaşamağı asanlaşdıran üslub, günahın insan həyatına hücumunun qarşısını alan amil budur. Həyatı eşqlə, səmimiyyətlə, vəfa ilə dolduraraq, onu şirinləşdirən proqram bundan ibarətdir.

Valideynlər gənc yaşlarında öz izdivac məsələlərində daha çox istədikləri, özlərinə uyğun ailə ilə qohum olmaq, hər iki ailənin bel sındıran tələblərdən çəkinmələri, bu məsələni tez həll etmək, sözdən, danışmaqdan çox əməl mərhələsinə keçmək və s. kimi məsələləri bu gün öz övladları üçün də istəməlidirlər.

İzdivac üçün vasitəçilik etmək Allah yanında özünəməxsus savaba malikdir. Əziz valideynlər bu vasitəçiliyi öz üzərlərinə götürməli və sona qədər davam etdirməlidirlər.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «İmanlı oğlan və qızların izdivacında Allahın onları bir-birinə yetirməsi üçün zəhmət çəkən şəxsin mükafatı min behişt hurisidir. Bu iş üçün atdığı hər addımın, danışdığı hər sözün savabı bir il ibadətin savabına bərabərdir».

İzdivac məsələsini asanlaşdıra bildikləri halda onu çətinləşdirənlər, özlərini çox böyük bir savabdan məhrum edirlər.

Onlar öz övladlarının cavabını - günaha düşdükləri, onlara hər hansısa zərbə dəydiyi, fikir pozuntusuna sürükləndikləri təqdirdə - Allahın ədalət məhkəməsində verməli olacaqlar.

Musa ibn Cəfər (ə) məktub vasitəsi ilə malik olduğu malı Məhəmməd ibn Cəfərin əyalının mehriyyəsinə kömək etmək üçün öz möhtərəm bibisindən istədi. O kəramətli qadın məktubu alan kimi istənilən malı göndərdi. Məktubda deyilirdi: «Allahın qiyamətdə bir kölgəsi olacaqdır. Bu kölgədən yalnız Peyğəmbər, onun vəsisi, mö᾽min qulu azad edən, mö᾽minin borcunu ödəyən və subay mö᾽mini evləndirən şəxs faydalanacaq».

Həzrət Əli (ə) buyurmuşdur: «Ən böyük günah mö᾽minin malına təcavüzdür. Ən böyük vasitəçilik isə izdivac məsələsində vasitəçilik etməkdir».

İmam Sadiq (ə) buyurmuşdur: «Subayı evləndirən şəxs Allahın qiyamət günü rəhmət gözü ilə baxacağı şəxslərdəndir».

Digər bir hədisdə isə buyurur: «Allah qiyamətdə dörd nəfərə rəhmət gözü ilə baxar: Geri qaytarılmış malı qəbul edən dükançıya, digərinin qəmini aradan qaldırana, qul azad edənə, subayı evləndirənə».

Rəsulullah (ə) buyurmuşdur: «Ailə qurmaq qərarına gəlmiş qadın və kişinin qərarını pozub onları bir-birindən ayıran şəxs, Allahın qəzəb və lə᾽nətinə gələr. Allah onun başına min odlu daş yağdırar. Bu iş üçün çalışan, lakin müvəffəq olmayan şəxs də Allahın qəzəb və lə᾽nətinə gələr və Allahın rəhmətinə qovuşmaq ona haram olar».

Kaş bütün ata-analar bundan xəbərdar olaydılar! Bu həqiqətlərə əməl etməklə böyük bir ilahi savabdan bəhrələnəydilər! Kaş bu məsələlərdən xəbərdar olanlar təkəbbürdən, bu qadağalardan çəkinməklə qiyamətdə Allahın əbədi qəzəb və lə᾽nətinə gəlməyəydilər!


TƏKƏBBÜR İBLİS SİFƏTİDİR


Bu gün gənclərin həddi-buluğa tez yetməsi camaatın problemini daha da artırmış, yad mədəniyyətlərin hücumu onların dərdini daha da dərinləşdirmiş, küfr dünyasının informasiya mərkəzləri xüsusilə cavanların fikrini, ruhunu işğal etmiş, biabırçı kinofilmlər bütün dünyanı tutmuşdur. Bütün bunların nəticəsi isə şəhvani meyllərin təhrik olunması və qərizələrin alovlanmasıdır. Valideynlərin, qohumların, imkanlıların, bir sözlə, millət və dövlətin bütün qüvvəsi gənclərin izdivacını asanlaşdırmağa, yanlış adət-ən᾽ənələri kənara qoymağa və bu kimi digər məsələləri həyata keçirməyə sərf olunmalıdır. Bu, şər᾽i və əxlaqi baxımdan vacib və zəruridir. Bu yolla cavanların insani keyfiyyətlərini, əxlaq və imanlarını qorumaları lazımdır.

Valideynlər ilahi göstərişləri, Peyğəmbər (s) və mə᾽sum imamların buyruqlarını həyata keçirərkən təkəbbürlük etməməlidirlər. Çox təəssüflər olsun ki, bə᾽zən müşahidə olunduğu kimi, bə᾽zi valideynlər sanki padşah, övladları isə şahzadəymiş kimi davranırlar. Əqd və toy mərasimlərinin padşahlara layiq keçirilməsi tələbini irəli sürürlər. Onların ağır təklif və istəkləri qohum olacaqları ailəni çətin, çıxılmaz vəziyyətdə qoyur, övladları isə ailə qurmaq istəmələrinə peşman edir. Bununla da, naümid olan övladlar öz cinsi qərizələrini doyurmaq üçün qeyri-qanuni yollara əl atır və özlərini müxtəlif cinsi günahlara aludə edirlər.

Qur᾽an Haqqa qarşı təkəbbürlük etməyi İblisin xüsusiyyətlərindən hesab edərək buyurur:

«Buna görə mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi. Yalnız İblisdən başqa! O, (səcdə etməyə) təkəbbürlük göstərdi kafirlərdən oldu»1.

«Allah buyurdu: «Oradan (cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbürlük göstərmək yaramaz. Oradan çıx ki, sən alçalanlardan oldun!»2.

Həzrət Əli (ə) buyurmuşdur: «Təkəbbürdən qəti surətdə çəkin. Həqiqətən təkəbbür günahların ən böyüyü, eyiblərin ən pisi və İblis xislətidir»;2 «Təkəbbürdən çəkin. Çünki o Allah-təalaya qarşı asi olub, Ondan üz çevirməyin qaynağıdır»;3 «Təkəbbür ən çirkin xüsusiyyətdir».4

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Təkəbbürdən çəkinin. Allah-təala təkəbbürlə yaşamağa davam edənlər haqqında əməl yazıçılarına buyurur: «Ey əməl yazıçıları! Bu bəndəmin adını tarix zalımlarından biri kimi qeyd edin».5

O həzrət (s) Əbuzərə buyurur: «Ey Əbuzər! Qəlbində zərrə qədər təkəbbür olan halda ölən şəxs, behişt iyini dadmayacaq. Onun çıxış yolu yalnız ölməzdən öncə tövbə edib, təkəbbür libasını çıxarmaqdır».6

Doğrusu, nütfədən yaranmış, dünyada yaşayarkən olduqca zəif, gücsüz olan varlığın Haqqa və ya xalqa qarşı təkəbbür etməyə nə haqqı var?

İmam Sadiq (ə) atalarından nəql edir: «Salmanla bir kişi arasında dava düşdü. O kişi təkəbbürlü bir görkəm alaraq Salmana dedi: «Sən kimsən ki, mən səninlə qarşı-qarşıya gələm?» Salman cavab verdi: «Sənin də, mənim də əvvəlimiz nəcis nütfə idi. Axırımız isə qəbirdə pis qoxulu bir murdardır. Qiyamət günü mizan qurulduqda kimin əməli ağır gələcəksə üstün, yüngül gələcəksə alçaq olacaq».7

Əllamə Məclisi bu təhlükəli xəstəliyin müalicə olunması haqqında buyurur: «Təkəbbürün müalicəsi və təvazö’ əldə olunması iki yolla mümkündür: elmi və əməli yolla. Elmi yolu budur ki, özünü və yaradanını tanısın. Bu tanıma təkəbbürün qəlbindən silinməsi üçün kifayətdir. Çünki özünü tanıdıqda nə qədər zəlil, dəyərsiz olduğunu anlayacaq və biləcək ki, onun haqqı yalnız təvazö’ etməkdir. Elə ki, öz daxili aləminə, xarici aləmə, Qur᾽an ayələrinə diqqət yetirərək Allahı tanıdıqda təkəbbürün, böyüklüyün yalnız Ona məxsus olduğunu anlayacaq.

Əməli yolu isə budur ki, bütün hərəkətlərində, davranışlarında təvazökar olmağa çalışsın. Saleh insanları özünə örnək hesab etsin. Böyük İslam peyğəmbərinin (s) həyatından dərs alsın. Məxluqatın əşrəfi olan o həzrət (s) əyləşib yemək yeyərkən buyururdu: «Bir bəndə digər bəndələr kimi yemək yeyir».1 (Burada Peyğəmbər (s) bəndə dedikdə özünü nəzərdə tutmuşdur).

Bütün bunları nəzərə alaraq, valideynlər izdivac məsələsində öz övladlarına qarşı təvazökar olmalıdırlar. Bu məsələdə onların təvazöləri yalnız amal və arzuların, təbii meyllərin yüksəkliklərində pərvazlanan övladlarını nəzərə almaqları və yersiz adət-ən᾽ənələr və s. kimi izdivacı çətinləşdirən məsələlərdən uzaq durmalarıdır. Onlar övladlarının izdivacdan sonra da rahat yaşamaları üçün bu məsələləri olduqca asanlaşdırmalı və qarşı tərəfin öhdəsinə gücləri çatmayan öhdəliklər qoymamalıdırlar.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin