Биринҹи фәсил


ÖZÜNƏ UYĞUN HƏYAT YOLDAŞI



Yüklə 1,82 Mb.
səhifə19/33
tarix17.11.2018
ölçüsü1,82 Mb.
#82799
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

ÖZÜNƏ UYĞUN HƏYAT YOLDAŞI


Din və dindarlıq haqqında danışdıqdan sonra izdivacın çox mühüm şərtlərindən olan tərəflərin bir-birinə tay olmaları məsələsinə diqqət yetirmək zəruridir. Rəvayətlərdə bu mə᾽na «kufuv» sözü ilə ifadə edilmişdir. «Kufuv» sözünün hərfi mə᾽nası «oxşarlıq», «bənzərlik» deməkdir. İzdivac məsələsində isə bundan məqsəd, qızla oğlanın zahiri və batini baxımdan bir-biri ilə bənzərliyidir.

Bu bənzərliyin ən mühüm mərhələsi özünü dindarlıqda göstərməlidir. Yə᾽ni Haqqın pak dinində mö᾽min mö᾽minənin tayı, dindar dindarın bənzəridir.

Qur᾽anın dili ilə desək,

«Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər təmiz qadınlara layiqdirlər»1.

Qur᾽an buyurur:

«Sizə halal olan qadınlarla nikah bağlayın»2.

Bu paklıqdan məqsəd, ilk növbədə daxili paklıqdır. Daxili paklıq Allaha, qiyamətə, nübüvvətə, Qur᾽ana, mələklərə inamdan və ilahi əxlaqla zinətlənməkdən ibarətdir.

Buna əsasən, müsəlman və imanlı kişi qeyri-müsəlman və imansız3 qadınla ailə qurmaq haqqına malik deyil. Belə bir izdivacın həyata keçirilməsi düzgün deyil. Belə ki, onların nikahı batil, övladları isə zinazadə olacaq. İmanlı qadın da imansız bir şəxslə ailə qurmaq haqqına malik deyil. Çünki belə bir izdivac şər᾽i baxımdan batil və haram, bu yolla dünyaya gələn uşaqlar isə haram yolla doğulmuş olacaqlar.

Mö᾽min və mö᾽minə, qeyri-mö᾽min və qeyri-mö᾽minə ilə tay deyildirlər. Əgər bu qeyri-şər᾽i nikah baş tutarsa, onların üzünə qiyamət əzabından bir qapı açılacaq. Qur᾽an pak, mö᾽min insanın müşriklə ailə qurmasına qəti surətdə qadağa qoymuşdur:

«Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin, müşrik kişilər Allaha iman gətirməyənə qədər min qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar kişilər) sizi cəhənnəmə səslədikləri halda, Allah sizi öz icazəsi ilə cənnətə, məğfirətə çağırır yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır».

Buna əsasən, valideynlər son dərəcə diqqətli olmalı və öz imanlı qızlarını Haqq əhli olmayan birinə ərə verməməlidirlər. Həmçinin, öz gənc oğlanlarına ilahi prinsipləri danan qız almamalıdırlar. Çünki izdivacın ilk şərti oğlan və qızın imanlı olmasıdır. Bu yolla iki pak və pakizə mö᾽min bir-birinə qovuşur və bu qovuşmanın məhsulu olan saleh övladlar dünyaya gəlir. «İmansız kişi və ya qadının pulu, gözəlliyi, vəzifəsi onun xoşbəxtliyinə, sağlamlığına və həyatın davamına dəlildir» - deyə düşünmək düzgün deyildir.

Əlbəttə, ailələr bənzərlik məsələsini çox da qabardaraq işi çətinləşdirməməlidirlər. İki gənc İslam e᾽tiqadı, əxlaq, əməl, sima və görkəm baxımından bir-birinə tay olarlarsa, şər᾽i cəhətdən bənzər və oxşar sayılırlar. Haqqın rəhməti onları izdivacında mütləq özünü göstərəcəkdir.

Bənzərlik məsələsi haqqında aşağıdakı hədislərə diqqət yetirin:

İmam Sadiq (ə) buyurmuşdur: «İffətli və həyatı asanlaşdıran qız sizin tayınızdır».1

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dinindən və əmanətdarlığından razı olduğunuz bir şəxs sizin qızınıza elçi göndərərsə, mütləq bu izdivacın baş tutmasına zəmin yaradın. Çünki bir-birinə tay olanların ailə qurmasının qarşısını almağınız, yer üzündə böyük bir fitnə-fəsada yol açır».2

Rəsulullah (s) digər bir hədisində buyurmuşdur: «Dinindən, davranışından razı olduğunuz adama qız verin. Bu izdivacın qarşısını alsanız, yer üzündə böyük bir fitnə-fəsada səbəb olacaqsınız».1

Bəli, izdivacı çətinləşdirmək, ona maneələr törətmək, yanlış adət-ən᾽ənələrə üz gətirmək, çətin şəraitin tabeçiliyinə düşmək, gözəllik, var-dövlət və vəzifə tələb etmək gənclərin özlərini müxtəlif yollarla doyurmalarına, homoseksualizmə, zinaya, əsəbi və ruhi xəstəliklərin çoxalmasına yol açır. Bütün bunların cəzası dünya və axirətdə bunu törədən valideynlərin, qohum və ailələrin yaxasından yapışacaq.

Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: «Bir-birinə tay olan gənclərin izdivacına zəmin yaradın. Öz tayınızla ailə qurun və saf övladlar dünyaya gətirmək üçün onlarla nikah bağlayın».2

Bəli, iman, əxlaq, əmanət və doğruluq bənzərliyin, oxşarlığın mayasıdır. Valideynlərə, ailələrə olduqca tez, ilahi şərtlər əsasında gənclərin izdivacı üçün şərait yaratmaq zəruridir. Onlar yalnız bu yolla Haqqın razılığını cəlb edə bilərlər.

Həzrət Baqir (ə) buyurmuşdur: «Bundan böyük müsibət yoxdur ki, gənc bir mö᾽min öz mö᾽min qardaşının qızına elçilik edə, o isə «Mən qızımı sənə verə bilmərəm, çünki sən məndən yoxsulsan»-deyə cavab verə».3

İzdivac məsələsində tayfa, qəbilə, şəhər təəssübləri nəzərə alınmamalıdır. Çünki bu tip təəssüblər Allah dinində qadağan olunmuşdur. Yoxsulluğu və var-dövlətliliyi, bu şəhəri və o şəhəri, bu qəbiləni və o qəbiləni izdivacın me᾽yarına çevirmək lazım deyil. Çünki insanları ayıran və üstünlüklərini müəyyənləşdirən yalnız təqva və pərhizkarlıqdır.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin