Birinci bölmə Ümumi HİSSƏ I fəsil Mənzil qanunvericiliyi


Maddə 41. Kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payların müəyyən edilməsi



Yüklə 74,22 Kb.
səhifə34/118
tarix05.01.2022
ölçüsü74,22 Kb.
#111085
1   ...   30   31   32   33   34   35   36   37   ...   118
Maddə 41. Kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payların müəyyən edilməsi

 

41.1. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin ölçülərinə mütənasibdir.



41.2. Kommunal mənzildə otaq mülkiyyətçisinin bu mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı həmin otağın ümumi sahəsinin və həmin mülkiyyətçinin kommunal mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına müvafiq olaraq müəyyənləşdirilmiş həmin mənzilin ümumi əmlakını təşkil edən sahələrin məcmusuna mütənasibdir.

41.3. Kommunal mənzildə otaq mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payının aqibəti həmin otağa mülkiyyət hüququnun kimə məxsus olmasından asılıdır.

41.4. Kommunal mənzildə otağa mülkiyyət hüququ başqa şəxsə keçdikdə, otağın yeni mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payı otağın əvvəlki mülkiyyətçisinin həmin mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payına bərabər olur.

41.5. Kommunal mənzildə otağın mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur:

41.5.1. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa;

41.5.2. kommunal mənzilin ümumi əmlakına ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən otağa mülkiyyət hüququndan ayrılıqda başqasına keçməsinə səbəb olan digər hərəkətlər etməyə.

41.6. Kommunal mənzildə otaq satıldıqda, həmin kommunal mənzildə digər otaqların mülkiyyətçiləri mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərlə özgəninkiləşdirilən otağı satın almaqda üstünlük hüququna malikdirlər. 

 


Yüklə 74,22 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin