Birinci bölmə Ümumi HİSSƏ I fəsil Mənzil qanunvericiliyi


Maddə 138. Yaşayış sahəsinə görə haqqın miqdarı



Yüklə 74,22 Kb.
səhifə108/118
tarix05.01.2022
ölçüsü74,22 Kb.
#111085
1   ...   104   105   106   107   108   109   110   111   ...   118
Maddə 138. Yaşayış sahəsinə görə haqqın miqdarı

 

138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir.



138.2. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və ya kirayə müqavilələri üzrə yaşayış sahələrinin kirayəçiləri üçün yaşayış sahəsindən istifadəyə görə haqqın (kirayə haqqının), yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı onların tutduqları yaşayış sahəsinin ümumi sahəsindən (yataqxanaların ayrıca otaqlarında həmin otaqların sahəsindən), həmçinin yaşayış sahəsinin keyfiyyəti və abadlılığından, evin (binanın) yerləşdiyi yerdən asılı olaraq dövlət mənzil fondu barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondu barəsində isə müvafiq bələdiyyələr tərəfindən müəyyən edilir.

138.3. Sosial xidmət sistemi evlərinin (binalarının) yaşayış sahələrində, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrində, habelə yataqxanaların yaşayış sahələrində yaşayan vətəndaşlar üçün yaşayış sahəsinə görə haqqın miqdarı dövlət mülkiyyətində olan yaşayış sahələrinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mülkiyyətində olan yaşayış sahələri barəsində müvafiq bələdiyyələr tərəfindənxüsusi mülkiyyətdə olan yaşayış sahələri barəsində isə onların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.

138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

 


Yüklə 74,22 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin