Bütün xalq İslam ümməti səviyyəsində vəhdəti qorusun!
...Mənim son tövsiyəm budur ki, çalışın xalqın ümumi vəhdəti qoruyun. Əgər İslam bəzi təbəqələr üzərində dayanırsa və onlar üçün – məsələn, müəllimlər, din alimləri, fəhlələr və əkinçilər üçün xüsusi hörmət tanıyırsa, bu, İslamın təbəqəçilik etməsi demək deyil. Xeyr, İslam təbəqəçiliyə qarşı çıxır. Möminlər bütün böyük İslam ailəsində bir-biri ilə qardaşdırlar, onların münasibətləri qardaşlıq münasibətidir. Bütün insanlar öz cəmiyyətimizin böyük miqyasında və ondan sonra böyük İslam ümməti miqyasında bu əlaqəni qorumalıdırlar.
Mən Allahın lütfü ilə gələcəyi işıqlı görürəm, çoxlu ümidlər müşahidə edirəm, düşməni nigaran və hətta məyus hiss edirəm. Görürəm ki, bizim bütün dünyada olan ayıq dostlarımız məsələləri yaxşı dərk edirlər, öz cəmiyyətimiz daxilində məlumatlı və ayıq insanlar İslam Respublikası quruluşunun gələcəyinə qarşı çox nikbin, şad və ümidlidirlər. Şərti budur ki, biz öz iman və təqvamızı qoruyaq və ilahi lütfə inanaq. Bu, bütün peyğəmbərlərin, övliyaların və saleh bəndələrin tövsiyəsidir.157
Dostları ilə paylaş: |