Maddi həyat, ölkənin istehsalı və xalqın məişətinin təmini fəhlələrin əlindədir!
Bildiyiniz kimi, fəhlə təbəqəsi öz-özlüyündə cəmiyyətin dəyərli təbəqələrindəndir. Ölkənin maddi həyatı, istehsalı və xalqın məişətinin təmini fəhlə təbəqəsinin əlindədir. Buna əsasən, bu təbəqənin əhəmiyyətini öz-özlüyündə aşkar görürsünüz və fəhlənin əhəmiyyətindən ötrü bizim dəlil göstərib əsaslandırmamız lazım deyil.
Bu təbəqənin əhəmiyyəti aydındır. Əlbəttə, inqilabdan sonrakı vəziyyətdə, həmçinin ölkəmizin indiki durumunda bu təbəqə daha böyük əhəmiyyət kəsb etmişdir. Çünki son on beş il ərzində ölkəmizdə baş verən hadisələrdə və xalqın o hadisələrdə iştirakının lazım olmasında, məsələn, məcburi müharibədə bu təbəqə cəmiyyətin fəallarından oldu. Siz görün müharibədə nə qədər fəhlə iştirak etdi. Bu, ölkəmizdə fəhlə təbəqəsinin vəziyyətini göstərən bir nümunədir.
Bir zaman fəhlə işini görür və qalan vaxtını ailə-uşağına sərf edir. Amma bir zaman işdən əlavə ölkədə böyük bir hadisə baş verdikdə və o hadisə xalqın iştirakını tələb etdikdə möhkəm iradə ilə meydana atılır. Bizim fəhlələrimiz belə bir rol ifa etdilər və əhəmiyyətləri daha da çoxaldı. Əlbəttə, dünyanın digər ölkələrində də belə halların baş verməsi mümkündür, bizim tam məlumatımız yoxdur, amma ölkəmizdə bu təbəqənin vəziyyəti dediyim kimidir. Buna əsasən, çox əhəmiyyətlidirlər.40
Dostları ilə paylaş: |