İşləməyin özü bir vəzifədir!
Bu gün aktual təbəqələrdən biri olan fəhlə təbəqəsi bu cəhətdən böyük ictimai və ilahi məqama malikdir ki, Allah tərəfindən insani bir vəzifə olan işləmək vəzifəsinə əməl etsin. Başa düşmək lazımdır ki, işləməyin özü bir vəzifədir. Bu vəzifəyə əməl edən və işləyən şəxs Allah yanında möhtərəm, əziz və ilahi savaba malikdir.
Bəzi adamlar elə bilirlər ki, insan yalnız Allahın fərmanını yerinə yetirməkdən başqa heç bir niyyəti olmadıqda savab əldə edir. Mənim fikrimcə, öz məişətlərini idarə etmək üçün işləyən şəxslər də Allah-Taala yanında savaba malikdirlər. Çünki işin özü əziz, böyük və insanın taleyi üçün təyinedicidir. Deməli, birinci növbədə bizim əziz fəhlələrimiz hər hansı bir qurucu işlə məşğul olduqda gördükləri işin Allahın razı qaldığı və insani vəzifə olan bir iş olduğunu bilsinlər.
Hər hansı bir işin öz-özlüyündə vəzifə olduğunu, işsizliyin qadağan edildiyini və vəzifə pozuntusu sayıldığını bildikdən sonra diqqət yetirməliyik ki, bu gün bir fəhlənin öz işi ilə Allahın razılığını qazanmaqdan ötrü iki fərqli yolu var:
Biri budur ki, onun bu işi ilə xalq, həmvətənlər, ölkə və müsəlmanlar bəhrələnirlər. Siz gördüyünüz hər bir işdə diqqət yetirin ki, bu mömin və müsəlman xalq ya birbaşa, ya dolayısı ilə ondan faydalanacaq. Fərz edin sizin işinizin məhsulu ölkədən xaricə ixrac olunur və onun gəliri ölkəyə qayıdır. Heç şübhəsiz, xalq, İslam quruluşu və əziz ölkə ondan faydalanır. Bu, savab və Allaha yaxınlaşmaq niyyəti üçün bir nümunədir.
Başqa bir nümunə odur ki, gördüyünüz iş ölkəni əcnəbilərdən – o əcnəbilərin çoxusu yalnız əcnəbi və qərib deyillər, hətta düşməndirlər də - ehtiyacsız edir. Mənim fikrimcə, Məhəmmədrza Pəhləvi rejiminin ən böyük cinayət və günahlarından biri ölkəni texnologiya, sənaye və iqtisadiyyat baxımından asılı saxlamaqdan və daha asılı etməkdən ibarət idi. Bir ölkəni çörəyində, buğdasında, anbarında, dəyirmanında, qida məhsullarında və hər bir şeydə xaricdən asılı etdi. Ölkə qida məhsullarından və çörəkdən tutmuş digər əşyalara qədər xaricdən asılı oldu; yəni düşmənlər istədikləri zaman bu xalqı hər şeydən məhrum edə bilsinlər. Ölkəni bu şəkildə qurub, idarə edib və bu vəziyyətə salan şəxs elə xəyanət etmişdir ki, həmin səviyyədə olmayan başqa heç bir xəyanət onunla müqayisəediləsi deyil.93
Dostları ilə paylaş: |