Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu



Yüklə 407 Kb.
səhifə51/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   47   48   49   50   51   52   53   54   ...   62
Sual: Sizcə daxili siyasi qruplar arasındakı ixtilaflar böyük və əhəmiyyətlidir, yoxsa bunlar qəsdən böyüdülür? Bu ixtilafları azaltmağın yolu nədir?

Cavab: Mənim əzizlərim! Bəzən çox böyük göstərilən siyasi cinah ixtilafları bu qədər böyük və əhəmiyyətli deyil. İnsanlar öz yollarını gedirlər. Xalqın yolu İslamın, inqilabın, Allahın və Böyük İmamın yoludur. Xalqın belə süni xətlərlə işi yoxdur. Düşmən müxtəlif cinahları bir-biri ilə daha çox vuruşdurmaq istəyir. Mən tam səmimiyyətlə dəfələrlə ən müqəddəs məkan olan cümə namazında və digər yerlərdə siyasi cinahlara demişəm ki, oturun bir-birinizlə söhbət edin, müzakirə aparın, eyni fikirdə olduğunuz məsələləri prinsip seçin, onlara əsaslanaraq ixtilafları həll edin. Prinsiplər üzərində dayansanız, cüzi ixtilaflar əhəmiyyətini itirəcək. Bir qismi qəbul etdi, bir qismi isə inadkarlıq etdi və hələ də edir. Bu inadkarlığın mənası nədir? Nə üçün kimlərsə xalqın birliyini, milli vəhdəti, milli təhlükəsizliyi, milli maraqları və ölkənin mənafeyini cinah maraqlarına qurban verməlidirlər? Bunda düşmənin əli yoxdursa, çox pisdir; varsa, qat-qat pisdir.

Mən yenə də hamını İslam quruluşunun əsas prinsipləri - konstitusiya, İslam, imamın yolu, xalqın maraqları və bu xalqa ədavət bəsləyən hər bir kəslə mübarizə əsasında birliyə çağırıram. Bu bütün xeyirxah, qayğıkeş və doğruçu insanları bir yerə toplaya bilən aydın xətdir.2



Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin