Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: Siyasi fərqlərə dair daxili siyasi qruplara hansı tövsiyələriniz var? Cavab



Yüklə 407 Kb.
səhifə52/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   48   49   50   51   52   53   54   55   ...   62
Sual: Siyasi fərqlərə dair daxili siyasi qruplara hansı tövsiyələriniz var?

Cavab: Siyasi xətt və cinah başçılarına deyirdik ki, doğmalar əbəs məsələlər üzərində bu şəkildə bir-biri ilə çəkişsələr, düşmən süi-istifadə edər. Buyurun, bu da real nümunəsi. Gördünüz düşmən necə istifadə etdi?! Gördünüz düşmən necə sancdı?! Bu məsələləri kənara qoyun. Biz demirik ki, hamı bir cür fikirləşsin, amma siyasi iş və dartışmalar üçün bir hədd və qırmızı xətt tanıyın, necə gəldi bir-birinizlə çəkişməyin. O qədər dartışarsınız ki, düşmən də bu şəkildə gəlib işlərə qarışar. Mətbuat qanunu və digər müxtəlif məsələlərdə necə qalmaqal yarandı. Hamısı da xətt və cinah məsələləri idi. Nə üçün? Çünki parlamentdə bir qanun qəbul olunur.

Mən xüsusi bir siyasi cinaha işarə vurmuram, müraciətim hamıyadır. Mənim üçün xətlərin və siyasi üslubların fərqi yoxdur. Mənim üçün meyar olan Allahın, imamın və İslamın yolu, xalqın maraqlarını uca tutmaq, ölkəni və onun gələcəyini qorumaqdır. Mənim üçün fərqi yoxdur ki, filankəs a cinahındadır, yoxsa b cinahında. Mən hamıya deyirəm. Siz də sayıq olun.1


Sual: Bir müddətdir prinsip və üsullar haqda müzakirələr gedir. Bu sahədə bəzi çaşdırıcı yollardan da istifadə olunur. Lütfən deyin ki, prinsip və üsullar arasında sərhədi üçün meyar nədir? Prinsipləri necə təyin etmək olar?

Cavab: Prinsiplər müxtəlif sahələrdə olan müxtəlif üsullarla səhv salınmır. Prinsiplər bir quruluşun fikir bünovrələri və hökumətin əsasıdır. İslam dini prinsiplərdəndir; istiqlaliyyət prinsiplərdəndir; dini quruluş prinsiplərdəndir; İslam qanunlarına riayət etmək prinsiplərdəndir; xalqın və ölkənin ümumi istiqamətinin dindarlığa sarı getməsi və cəmiyyəti ideal İslam cəmiyyətinə sarı aparmaq prinsiplərdəndir. Prinsiplər bu qəbildəndir. Üsullar isə odur ki, bir nəfərin Zeydlə arası yaxşıdır, Əmrlə pisdir; birinin ondan xoşu gəlir, digərinin xoşu gəlmir. İqtisadi sahələrdə məsələ üsul kontekstindən üstündür, amma prinsip deyil. Fərz edin bir nəfər iqtisadi tarazlıq siyasətini düzgün sayır, biri isə bu siyasətin əleyhinə çıxıb, başqa bir siyasəti düzgün sayır. Bunlar üsuldan da yüksəkdir, lakin prinsiplərlə səhv salınmamalıdır. Bu və ya digər siyasi üsula malik olan bir şəxs bir vəzifəyə seçildikdə ona uyğun hərəkət edir. Sonra başqa birisi gəlir və işləri başqa formada həyata keçirir. Lakin prinsiplər həmişə qorunur. İndi siz baxın, bir zaman hökumətin başçısı bir şəxs idi, sonra başqa bir nəfər oldu, məndən sonra daha başqa bir nəfər hökumət başcısı oldu. Bütün bu dönəmlərdə siyasi və iqtisadi üsullar müxtəlif cəhtələrdən fərqlənsə də, düşüncə təməlləri - yəni İslama etiqad, imama, İslam quruluşuna və xalq hakimiyyətinə inam isə həmişə qorunub. Bu inamlar hətta hökumətlərin dəyişməsi ilə də dəyişmir. Buna görə səhv salına bilməz.2
Sual: Sizin fikrinizcə, bəzən vilayət sözünü pis tərif və müdafiə etmirlərmi? Həmçinin vilayəti müdafiə və vilayətə itaət iddiasında olanlar pis işləmirlərmi?

Cavab: Niyə ki, təsadüfən, çox yerlərdə pis müdafiə olunur. Bəziləri pis müdafiə edirlər, bəzilərinin pis işləmələri mümkündür. Belə şeylər var, onları inkar etmək olmaz. Necə ki, Allahın tərəfdarı olan və dindarlardan sayılanların çoxu pis əməllər edirlər. İslam dininin tərəfdarı olan şəxslər arasında çoxları pis işlər də görürlər. Bu hər yerdə ola bilər və var. Lakin əsas məqam budur ki, kimsə vilayəti, dini, İslamı, İslam quruluşunu, yaxud bir şəxsi müdafiə məqsədilə pis çalışırsa, biz bu pisliyi onun müdafiə etdiyinə aid etməməliyik; deməliyik ki, onunla işim yoxdur, amma bu şəxs düz etmir. Bəzən yaxşı məqsəd güdməyən bəzi şəxslərin burada məsələni qarışdırmaları müşahidə olunur. Bir şəxs dinin, yaxud başqa bir həqiqətin tərəfdarıdır və pis rəftar edir. Bu zaman onun müdafiə etdiyi həqiqətə bəzən bunlar tərəfindən hörmətsizlik olunur. Bu düzgün deyil.1

Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin