Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Sual: Sizcə belə acı taleyi yaşamamaq üçün nə etmək lazımdır? Cavab



Yüklə 407 Kb.
səhifə39/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   35   36   37   38   39   40   41   42   ...   62
Sual: Sizcə belə acı taleyi yaşamamaq üçün nə etmək lazımdır?

Cavab: Mənim əzizlərim! İnsan ictimai dəyişiklikləri gec anlayır. Ehtiyatlı olmaq lazımdır. Təqva da budur. Təqva odur ki, hakimiyyət dairələri yalnız özlərindən ibarət olanlar özlərindən ehtiyatlı olsunlar, hakimiyyət dairələri geniş olanlar isə həm özlərindən, həm də başqalarından ehtiyatlı olsunlar. Başda oturanlar həm özlərindən, həm də bütün cəmiyyətdən ehtiyatlı olsunlar ki, dünyagirliyə, dünya bəzəklərinə və xudpəsəndliyə üz tutmasınlar. Bu o demək deyil ki, cəmiyyəti abadlaşdırmasınlar. Cəmiyyəti abadlaşdırsınlar, çoxlu sərvət qazansınlar, amma özləri üçün istəməsinlər. Bu pisdir. Kim İslam cəmiyyətini varlandıra, böyük işlər görə bilsə, böyük savab etmiş olar. Bu bir neçə ildə Allahın lütfü ilə ölkəni abadlaşdıranlar, quruculuq işləri görənlər, zəhmət çəkənlər çox yaxşı işlər görmüşlər. Bu, dünyagirlik deyil. Dünyagirlik odur ki, insan özü üçün istəsin, özü üçün hərəkət etsin, beytülmaldan, yaxud digər yerlərdən özünə götürmək haqda düşünsün. Bundan ehtiyatlı olmalıyıq. Hamı bu məsələdə ehtiyat yolunu tutmalıdır. Ehtiyat olmasa, cəmiyyət tədricən dəyərlərdən uzaqlaşar, yalnız zahiri qalar, sonra gözlənilmədən İmam Hüseyn (ə) qiyamı kimi böyük bir imtahan qarşıya çıxar və imtahandan keçə bilməz.1
Sual: Haqq yolu ilə getməkdə ən böyük səhvlər hansılardır? Tarixdə zahid və abid insanların səhvə yol verərək batil cəbhəsində yer almasının səbəbi nədir? Bu səhvin səbəb və şəraiti nədən ibarətdir?

Cavab: İbadətdə diqqət olmasa, ibadətin bəndəlikdən, Allahla ünsiyyətdən və Onun qarşısında təslimçilikdən ibarət olan ruhuna diqqət yetirilməsə, insan üçün müxtəlif təhlükələr yarana bilər. Onların biri qapalılıqdır. Bu günlərdə adlarını çox eşitdiyiniz Xəvaric qruplaşmasının bəzi üzvləri elə ibadət edir, Quran ayələrini elə oxuyur və elə gözəl namaz qılırdılar ki, hətta Əmirəlmömininin (ə) səhabələri də təsir altına düşürdülər. Döyüş ərəfəsində Əmirəlmömininin (ə) tərəfdarlarından biri gecə yarısı onların birinin ibadət etdiyini və gözəl səslə bu ayələri oxuduğunu gördü: "Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!"2 O bundan təsirlənib Əmirəlmömininin (ə) yanına gəldi. Hətta Əmirəlmömininin (ə) yaxın səhabələri olan ayıq-sayıq və məlumatlı insanlar da çox zaman belə səhvlərə yol verirdilər.

Əbəs deyil ki, Əmirəlmöminin (ə) buyurmuşdur: "Heç kim bu işi (Xəvaricin darmadağın edilməsini) görə bilməz, bu fitnəni yatırmağı bacarmazdı". Bu iş üçün həqiqətən həzrət Əlinin (ə) xəncəri, ayıqlığı, özünə güvənməsi və öz yoluna inamı lazım idi. Bəzən aparıcı adamlar da təsir altına düşürdülər. Əmirəlmöminin (ə) həmin səhabəsinə buyurdu ki, sabah sənə deyəcəyəm. Ertəsi gün müharibə bitəndə və Xəvaric qruplaşmasından on nəfərdən də azı sağ qalanda, digərləri döyüşdə öldürüləndə həzrət öz tərəfdarlarına, səhabələrinə nəsihət və ibrət olsun deyə ölülərin arasında gəzir, bəzisi ilə danışırdı. Arxası üstə uzanmış bu ölülərin birinə çatanda imam onu qaldırmalarını istədi. Bəlkə də buyurdu ki, onu oturdun və oturtdular. Sonra yaxın səhabələrindən olan həmin şəxsə buyurdu ki, bunu tanıyırsanmı? Dedi ki, xeyr, ey Əmirəlmöminin. Buyurdu ki, bu ötən gecə Quran oxuması ilə səni valeh edən şəxsdir.

Bu necə Quran oxumaqdır?! Bu necə ibadət etməkdir?! Bu, ibadət ruhundan uzaqlaşmaqdır. Əgər insan ibadət, namaz və Quran ruhu ilə tanış olsa, İslamın həqiqətinin və məğzinin təcəssüm olunduğu Əli ibn Əbu Talibin (ə) bir tərəfdə durduğunu görərkən bütün şübhələrdən çıxıb ona qoşular. Bunu təyin etməmək Qurandan və dindən uzaqlaşmaq və nəticədə Əliyə (ə) xəncər çəkməkdir.

Deməli, məsələnin bir tərəfi sözügedən qapalılıq, düşüncəsizlik, bizim Bəni-Üməyyə və Bəni-Abbas xilafəti zamanı müşahidə etdiyimiz böyük və əsaslı səhvlərdir. Bəziləri dindar, ibadətçi və zahid insanlar idilər, adları abidlərin, zahidlərin, əxlaqlı və düzgün insanların sırasında qeyd olunmuşdur, amma səhv edirdilər; haqq cəbhəsini batil cəbhəsi ilə qarışdırmaq kimi böyük bir səhv. Ən böyük səhv budur. Kiçik səhvlər bağışlana bilər. Bağışlanmaz səhv isə kiminsə haqq cəbhəsini batil cəbhəsi ilə səhv salması, haqqı ayırd edə bilməməsidir.

Əmmar Yasir kimilərin böyüklüyü burada görünür. Əmirəlmömininin (ə) bu böyük səhabəsinin böyüklüyü ondadır ki, heç bir şəraitdə səhvə düşmədi və cəbhəni itirmədi. Mən Siffeyn döyüşünün müxtəlif yerlərində bu böyüklüyü görmüşəm. Sözsüz ki, bu yalnız Siffeyn döyüşünə məxsus deyil, möminlərin çaş-baş qaldığı bir çox yerlərdə qarşıya çıxıb güclü ayıqlığı və aydınlaşdırıcı sözləri ilə şübhəni aradan qaldıran Əmmar Yasir idi. İnsan Əmirəlmömininlə (ə) bağlı müxtəlif hadisələrdə, o cümlədən Siffeyn döyüşündə bu maarifləndirici və böyük kişinin rolunu görür.

Siffeyn döyüşü aylarla uzandı. Qəribə döyüş idi. Döyüşçülər qarşı tərəfdəkilərin ibadət etdiyini, camaat namazı qılıb Quran oxuduğunu, hətta Quranı nizələrə sancdığını görürdülər. Belə namaz qılan şəxslərə xəncər çəkmək üçün çox ürək və cəsarət lazım idi.

Bir hədisdə İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, əgər Əmirəlmöminin (ə) qiblə əhli ilə vuruşmasaydı, sona qədər pis və azğın qiblə adamlarının hökmü bəlli olmayacaqdı. Əli ibn Əbu Talib (ə) bu yolu açıb hamıya nə etməyin lazım olduğunu göstərdi. Bizim uşaqlarımız təcavüzkar cəbhənin bəzi səngərlərini ələ keçirib döyüşçülərini əsir tutanda səngərlərindən möhür və təsbeh tapırdılar. Bəli, Əmirəlmömininin (ə) qarşısında durub namaz qılan və nəticədə bəzi adamları şübhəyə salan şəxslər kimi! Belə adamların yanına gedən Əmmar Yasir idi. Bu ayıqlıq üçün Əmmar Yasir kimi bir nəfər lazımdır.

Əgər əməl və ibadətlərin Allaha diqqətdən və Onun bəndəliyindən ibarət olan ruhu aydın olmasa, insan bu vacib əməllərin hər birində özünü Allah bəndəliyinə yaxınlaşdırmağa çalışmasa, işi dayaz olar. Dayaz iş və iman isə həmişə təhlükə altındadır və biz İslam tarixində bunun nəticələrini görmüşük.

Qeyd etdim ki, bəzi dindar, müqəddəs, abid və zahid insanlar gedib zalım, işğalçı, günahkar, xəbis, yalançı və riyakar xəlifənin yanında oturur, ona üç-dörd nəsihətli söz deyirdilər. O da ya saxtakarlıq və riyadan, ya da bəlkə də qəlbinin bir küncündə həqiqətən təsirləndiyindən göz yaşı tökürdü. Bəziləri də məst olanda həyəcanlanır, onlar üçün bir qədər söhbət edən bir nəfəri gətirir, onun sözləri ilə ağlayırdılar. Sonra bu sadəlövh, nadan alimlər də onların zahirinə aldanır və həmin xəlifələrin müridi olurdular.

İslam tarixində belə qəribə hadisələr baş vermişdir. Abbasi xəlifəsi məşhur abid və zahid olan Əmr ibn Əbidə hörmət edir və deyirdi ki, Əmr ibn Əbid digər təqva və zahidlik iddiaçılarından fərqlidir. Siz həmin Əmr ibn Əbidə, Məhəmməd ibn Şəhab Zöhriyə və onlar kimilərə baxsanız, öz dövrlərində haqq cinahının böyük başağrılarından olduqlarını görərsiniz. Gedib öz vücudları ilə batil cəbhəsini gücləndirir, haqq cəbhəsini – yəni Peyğəmbərin Əhli-beytini (ə) yalqız və məzlum qoyur, öz nadanlıqları ilə düşmənə yardım edirdilər.1


Sual: Siz cəmiyyətdə aparıcı və görkəmli şəxslərin rolundan, taleyüklü məsələlərdə onların yayınma və süqut amillərindən danışıb İslamın erkən çağından buna dair nümunələr göstərdiniz. Bəs bu gün İslam inqilabının aparıcı şəxslərini daha çox hansı təhlükə təhdid edir?

Cavab: Xalq arasında sözü keçən, sözləri, hərəkətləri, əməlləri, rəftarları və yazıları xalqa təsir edən şəxsləri bir neçə böyük təhlükə təhdid edir. Onlar çox ehtiyatlı olmalıdırlar. Biri yorulmaq, biri rahatlığa meyl, biri təslimçiliyə meyl, biri nağd maraqlardan yapışmaq təhlükəsidir. Sonuncu təhlükə Fələstin inqilabını yayındıran şəxslərin düçar olduğu bəladır. Öz xalqlarını başladıqları düzgün yoldan yayındıran bütün rəhbərlər bu təhlükəyə məruz qalmışlar. İctimai rəyə təsir göstərə bilən qüvvələrin üzərinə ağır vəzifələr düşür. Onlar öz imanlarını, dünyaya etinasızlıqlarını gücləndirməli, Allahın lütf və mərhəmətinə inamlarını artırmalı, düşmənə əsla güvənməməlidirlər. Düşmən zərbə vurmaq istəyir. Əgər bir ölkənin aparıcı şəxsləri - dilləri, qələmləri, rəftarları və imzaları ilə bir xalqa təsir göstərən qüvvələr təslimçiliyə, rahatlığa, rifaha və eyş-işrətə meyl salıb ağır işlərdən yorulsalar, o zaman təhdid yaranar. Buna görə Əmirəlmömininin (ə) qısa xəlifəliyi çağında ən çox müraciəti, qınağı və tövsiyəsi vəzifə verdiyi və böyük ölkəsinin müxtəlif sahələrini tapşırdığı şəxslər olmuşdur. Bizim böyük imamımız dəfələrlə ölkə məmurlarına, bizə, öz şagird və yetirmələrinə bu haqda tövsiyələr verirdi. O tövsiyələrin məzmunu bu idi ki, rahat həyatın gözəlliklərinə vərdiş edib Allah yolundakı işlərindən qalmasınlar.1

Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin