Sual: Mümkünsə, ruhani məhkəməsi və onun əhəmiyyəti barədə məlumat verin.
Cavab: Ruhani məhkəməsi düzgün, əsaslı, qanuni və lazımlı bir orqandır. Düzdür, ajiotaj yaradır, düzgün olmayan iradlar bildirirlər. Bu məhkəmə zamanında təşkil edilmiş, mühüm və əsaslı işlər də görmüşdür. Bütün təbəqələr kimi, ruhani təbəqəsi də səhv və cinayət edə bilən bir təbəqədir. Başqa bir tərəfdən, bunların xüsusiyyəti və mövqeyi elədir ki, bir ruhanini mühakimə və sorğu-sual etməyə cürəti və bacarığı olan bir məhkəmənin olması zəruridir. Qarşı tərəf özü ruhani olduqda, bu nə bilirsə, o da bildikdə, onu daha yaxşı mühakimə edə bilər. Bütün bunlar nəzərə alınmışdır. Bəziləri deyirlər ki, imamın dövründə bu məhkəmə olmayıb. Boş sözlərdir. Bu məhkəmə imamın dövrünə aiddir. Bu məhkəməni o yaradıb və lazım görüb. Bu məhkəmə böyük işlər görmüşdür. Odur ki, yaxşı və qanunda müəyyən olunmuş məhkəmədir. Bəli, imam bir dəfə bu məhkəmə yox, ümumiyyətlə Ali Məhkəmə barədə deyib ki, ən azı xalqın yarısı onlardan narazıdır. Çünki müraciət edənlərin yarısı ya məhkumdurlar, ya da məhkumların tərəfdarları. Hər halda, narazı qalırlar. Ruhani məhkəməsi də belədir.1