Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Dördüncü fəsil: Xalqın və məmurların mədəni hücuma qarşı vəzifələri



Yüklə 416,28 Kb.
səhifə32/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

Dördüncü fəsil: Xalqın və məmurların mədəni hücuma qarşı vəzifələri



Birinci hissə: Xalqın və məmurların mədəni hücuma qarşı ümumi vəzifələri

1- İman və mənəviyyatı qorumaq və gücləndirmək

Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman təmin olunar ki, insanlar öz qəlblərini Allahın xatirəsi ilə canlı saxlasınlar, Onun yardımı ilə bütün şər və fəsadlara qarşı mübarizə aparsınlar, bütün bütləri sındırsınlar, daxili və xarici şeytanların soyğunçuluğuna son qoysunlar.233


Bizim milli şərəfimiz və inkişafımız, bu möhtəşəm hərəkət, bu xalq həvəskarlığı, İran xalqının və hökumətlərimizin Allahın lütfü ilə bu günədək əldə etdikləri saysız-hesabsız nailiyyətlər şeytani güclərdən üz çevirməyə, onlara etinasız yanaşmağa və həmçinin Allaha yaxınlaşmağa görə əldə olundu. Bizim problemlərimizin açarı da budur. Bizim hamımız Allahı özümüzdən razı etməliyik. Heç kəs deməsin ki, əvvəlcə filankəs Allahı özündən razı etsin. Burada birinci və ikinci yoxdur, hamımız Allahın razılığını qazanmağa çalışmalıyıq. Allahın razılığı bizim təqvamızla hasil olur: günah etməmək, Allahdan qorxmaq, Allahın bəndələri ilə yaxşı davranmaq, Allahın düşmənlərinə düşmən və sərt olmaq, qardaşlar arasında kiçik ixtilaflara asanlıqla göz yummaq, düşmənlərdə isə hər bir zərrəni hesablamaqla. Möminlərin qarşısında təvazökar olun, özünüzü kiçildin. Təqva kəllə-kəlləyə gəlməklə uyğun deyil, məhəbbətlə, güzəştlə, yola getməklə uyğundur. Bilin ki, maliyyə məsələlərində, fərdi və iş məsələlərində, xüsusən də siyasi məsələlərdə təqva xalqın hərəkətinə elə təkan və rövnəq verər ki, bütün dünya məəttəl qalar. Biz harada təqva əlaməti gördüksə, onun təsirini də müşahidə etdik.234

Bizim hər birimiz çalışıb öz daxilimizdə paklıq və işıq yaratmalıyıq. Bu gün doğum gününü qeyd etdiyimiz əziz Peyğəmbərin (s) dərsi budur. Bu dərs olmadan İslam inqilabının ağır yükünü daşımaq olmaz. İnqilabı sağlam saxlamaq və inkişaf etdirmək həqiqətən ağır vəzifədir. Onu heç bir vəzifə ilə müqayisə etmək olmaz. Allaha şükür olsun ki, bu xalq bu ağır illərdə və müxəlif sınaqlarda bu vəzifənin öhdəsindən yaxşı gəlmişdir. Bizim inqilabımız digər inqilablar kimi və hökumətimiz digər hökumətlər kimi deyil. Allah-Taala öz Peyğəmbərinə buyurur: "Ey örtünüb bürünən! Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb (namaz qıl)! (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! Həm də aramla (ağır-ağır) Quran oxu! Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir söz vəhy edəcəyik"235. Bu ağır sözü və ağır yükü götürmək üçün hətta Peyğəmbər (s) mənəvi tərbiyəyə, ruhi paklığa və davamlı nəzarətə ehtiyaclıdırsa, ilahi qüdrətin bu çağlar bulağı qarşısında biz zəif insanların yeri bəllidir. İnqilabın indiyədək inkişaf etməsinin səbəbi də budur.

Qlobal güclər İslam Respublikası ilə oxşar maddi gücü və imkanı olan digər ölkə və hökumətlər kimi rəftar etməyin, hədələməklə, tamahlandırmaqla və təzyiq göstərməklə sıradan çıxarmağın mümkünlüyünü düşünməkdə səhvə yol verdilər. Onların böyük səhvləri bu idi ki, bizim xalqımızda və inqilabımızda olan bu mənəviyyatı, Allaha və mənəviyyata diqqəti dərk etmirlər. Əgər təqva və Allaha diqqət olsa, bu dedi-qodular, kiçik, dayaz və az əhəmiyyətli münaqişələr olmayacaq. Mənim fikrimcə bunlar fikir vermək həddində deyil. Hər halda, hər bir cəhətdən birlik nə qədər çox olsa, düşmən üçün bir o qədər təhlükəli, dost üçün bir o qədər gözəl, möhtəşəm və ümidverici olar.236
Harada mənəviyyat, Allahla mənəvi əlaqə, Allahın mərhəmətinə inam, Allah qarşısında təslimçilik və təzim varsa, orada qorxu və zəiflik yoxdur: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər"237. Belə yerdə təəssüf də yoxdur. Biz Allah üçün çalışdıqda zahirən uğur qazandıqda da razıyıq, qazanmadıqda da. Çünki Allah üçün çalışmış və üzərimizə düşəni yerinə yetirmişik.238
Dəyişiklik yaratmaq Allahın işidir, biz isə öz daxilimizdə, həyatımızda və dünyada bu dəyişiklik üçün addım atmağa, iradə göstərməyə və çalışmağa borcluyuq. Dünyanın və həyatın bütün çirkinlikləri insanlardan törəyir. İnsanlar yaxşı olsalar, həyat gözəl və şirin olar. Nəfs və daxili şeytan insanın əməllərinə hakim olmasa, həyat Allahın razı qaldığı və bəyəndiyi şəkildə davam edər. Həyatı və dünyanı acı, şeytani, çirkin, dərdli, məşəqqətli və pərişan edən insanlardır.

Harada insanlar yaxşı olsalar, orada həyat da yaxşı olar; harada özlərində güclü dəyişiklik yaratsalar, onların həyatı da dərindən dəyişər. Əgər bu böyük dünyada ədalətsizlik, ayrıseçkilik, yoxsulluq, acılıq və şeytani xüsusiyyətlər görürüksə, bütün bunların izini insanların vücudunda və daxili şeytanlarında axtarmaq lazımdır.239


Bu gün İslam Respublikasının birinci növbədə biz məmurların və sonra xalqın öz vücudunda və qəlbində dəqiq və nizam-intizamlı şəkildə İslamın əxlaqi məqsədləri istiqamətində dəyişiklik yaratmasına ehtiyacı var. Düzdür, qəlblərdə dəyişiklik yaranmasaydı, inqilab da qələbə çalmazdı. İnqilabın qələbəsi göstərir ki, ümumilikdə qəlblərdə bir dəyişiklik baş verdi. Bu olmasaydı, inqilab qalib gəlməzdi. Odur ki, inqilabın, qələbələrin və bu xəttin davam etməsi və ən önəmlisi, bu xətdən yayınmamaq üçün hamımızın əxlaq və xarakterlərimizdə dəyişiklik yaratmağa ehtiyacımız var.240
Bizim düşmənlərimiz hələ də pusquda durub bu xalqın nə zaman İslamdan yorulacağını və imanını əldən verəcəyini gözləyirlər. O zaman hər tərəfdən ona hücum edəcəklər. İslam düşmənləri sakitləşməmişlər. Xalq və onun imamı dəfələrlə Amerikanın və dünyanın digər quldurlarının ağzından vursalar da, onlar ümidlərini kəsməmişlər. Onlar bu xalqı İslamdan, imandan, inqilabdan və imamdan ayırdıqlarını və şüarlarını aldıqlarını görəndə - lakin bu imkansızdır – bütün dünyaya səs salacaqlar ki, hökumət Qərbə yaxınlaşır və filan-filan yolları açır. Bu sözlər dünya xalqlarında ruh duşkünlüyü yaratmaq, dünyanın ucqar bölgələrinin gözlərini siz şücaətli və böyük xalqa tutan müsəlmanlarını məyus etmək üçündür. Yəni sonda "İran da belə getdi" deyib ümidlərini əldən versinlər. Lakin onlar səhv edirlər.241
Düşmən bizim xalqımız kimi ayağa qalxmış bir xalq qarşısında zəifdir. Düşmən maddi ölçülərdə güclü, mənəvi ölçülərdə isə çox zəifdir. Bizim xalqımız inqilabın əvvəlindən göstərdiyi mənəviyyat, iman, birlik və sayıqlıqla səhnədə qalmalıdır.242
Düşmənlərin, istismarçıların və müstəmləkəçilərin didişdiyini gördüyünüz bu dünyada bu güclü tufan qarşısında zəifləmək, təsirlənmək istəməyən, təsir göstərmək, məğlub etmək və tufanı yatırtmaq istəyən bir xalq polad kimi möhkəm olmalıdır və bu, mənəviyyat olmadan mümkün deyil.243
Bizim yolumuz uzun və çətindir. Hamımız özümüzdə mənəvi saflıq, paklıq və ilahi işıq yaratmalıyıq. Biz bu inqilabı İslam inqilabı kimi qorusaq, böyük güclərin düşmənliyi və onların bu quruluşu məhv etməyə dair qərarları heç zaman azalmayacaq, ABŞ və digər tağutlar İran İslam Respublikası ilə heç zaman barışmayacaqlar.244

Həqiqi imanla hərəkət edən xalq həm başıuca, həm maddi rifah içində olar, həm də onu nəyəsə məcbur edə bilməzlər. Biz bunlara nail olacaq, xalqımızın güclü imanı və Allahın lütfü sayəsində dünyanın bu parçasında elə gözəl, azad, rifah və asayiş dolu bir cəmiyyət quracağıq ki, bütün xalqlara dərs və inqilab düşüncəsinin ixracına səbəb olsun. Allah indiyədək lütfünü bizim xalqımızdan əsirgəməyib, bundan sonra da əsirgəməyəcək.245


Bu quruluşun uğurlu inkişafı yalnız təqva sayəsində mümk­ündür. İlahi quruluşun xisləti belədir. Haqq quruluş təqvasız inkişaf etmir. Onun qarşısında olan nahaq quruluş ayrı cürdür. Onun da inkişaf etməsi üçün bəzi prinsiplərə sadiqlik lazımdır, lakin mənəvi saflıq, paklıq, dəyərlərə, ideologiyaya və İslama əsaslanan bir cəmiyyətə lazım olan bütün dəyərlərə əməl etmək ona vacib deyil. Onlarda yanlış üsullardan çəkinmək kimi öhdəliyin olmadığına görə ancaq irəliləyirlər; bir şey əldən verir, bir şey də əldə edirlər. Haqq cəbhəsi isə belə deyil. Haqq cəbhəsi yalnız Allahla, təqvalı və mənən pak olduqda batil cəbhəsi önündə dayana və inkişaf edə bilər. Bunsuz mümkün deyil.

Quruluşu dini və dəyər quruluşu kimi saxlamaq lazımdır. Bu bir neçə ildə hegemonizm, onun əlaltı və təbliğatçıları daim bizi dəyər quruluşuna peşman etməyə çalışmışlar. Daim deyirlər ki, bunlar mürtəce, təəssübkeşdirlər. Onlar bəzi İslam hökmlərini ortaya atıb əks-təbliğatla məşğul olurlar, bizim, yaxud digər müsəlmanların şəxsi əməllərini İslamın adına yazıb təşvişə düşməmizi, cana doymamızı və "Xeyr! Biz dindar deyilik. Bizim quruluşumuz da digər dünyəvi quruluşlar kimidir" deməmizi istəyirlər. Onların məqsədi budur. Hətta dildə deməsəniz, amma əməliniz qeyri-dəyər və dünyəvi bir quruluşun əməlini göstərsə, onlar yenə öz məqsədlərinə çatmışlar və bu bizim məğlubiyyətimiz deməkdir. Onların məqsədi bu cəbhənin məğlub olmasıdır. Bu cəbhə yalnız təqva ilə inkişaf edə bilər. Bu quruluş yalnız təqvaya, mənəvi paklığa əməl etməklə və bizim hər birimizin özümüzü dəqiq və düzgün hesaba çəkməmizlə - "Özünüzü hesaba çəkin"246 - inkişaf edə bilər. Digər hökumətlərin, dünyanın digər dövlət məmurlarının gördüyü işləri bizim də görə bilməli olduğumuzu düşünənlər səhv edirlər. Bizim özümüzə xas prinsip və üsullarımız var. Bunlar İslam prinsipləridir. Bu prinsiplər dünyaya hakim olmalıdır, cahil və hegemon dünyanın yanlış üsulları bizi özünə çəkməməlidir.

Allahı, ölümü, ilahi sorğu-sualı yaddan çıxarmayaq. Bizim işlərimiz zəif və məhdud məlumatlı bir müstəntiqin əlinə düşəndə, yaxud buna ehtimal verəndə diqqətimizi toplayırıq. Ora isə tam başqa bir səhnədir: "Bu necə bir kitab imiş! O bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!247"248
Müqəddəs İslam quruluşu uca ilahi məqsədlər üzərində möhkəm dayanması, Peyğəmbər (s) və övliyaların düzgün yolunu ciddiliklə davam etdirməsi, məzlumları müdafiə etməsi, zalımlara qarşı vuruşması, İslam ədaləti uğrunda mübarizə aparması, bu yolda beynəlxalq istismarçı düzən tərəfindən edilən təhdid, təzyiq və zərbələrdən qorxmaması ilə dünyanın bütün məhrum və məzlumlarının qəlbində ümid yaratmış, onlara cəsarət və güc bəxş etmişdir. Hazırkı dövr İslam dövlətindən qabaqkı dövrlə aydın şəkildə fərqlənir. Dünya bir mərhələdən digərinə keçid halında olub həssas bir zamanı yaşayır. Şübhə yoxdur ki, İslam inancı və ona söykənən saleh əməl bu dəyişiklikdə böyük rol oynayıb bəşəriyyəti düzgünlük və kamillik yoluna sövq edə bilər. Buna əsasən, dünyanın gözü uca İslam bayrağını bu böyük və misilsiz xalqın güclü qolları, çoxlu fədakarlıqlar və saysız-hesabsız şəhidlərinin qanı vasitəsi ilə yüksəkdə saxlayıb imanın gücünü və dünyagir hakimlərin acizliyini hamıya göstərmiş İslam Respublikasına dikilmişdir.249
İran xalqının bugünkü əzəməti İslama imanın və Allaha etiqadın nəticəsidir. Bu xalqın düşmənləri də etiraf edirlər ki, İran xalqı qorxmaz, azad, güclü və zülmə boyun əyməyən bir xalqdır. Biz hər gün qəlblərimizdə bu imanı gücləndirməyə çalışmalıyıq. Xüsusən də xalqın müəllimləri və ilahi müjdənin daşıyıcıları olan möhtərəm din alimləri, ruhani, vaiz və natiqlər bu imanı gücləndirməyə çalışmalıdırlar.

Əziz qardaş və bacılar! Allah-Taala Quranda söz vermişdir ki, İslam inancı olunca bu xalqı və inqilabı heç bir təhlükə təhdid etməz, İslam Respublikasına və sizin möhtəşəm inqilabınıza heç bir güc ən az zərər belə vura bilməz.250


İslam quruluşu imanla, şüarları saxlamaqla, uca tutmaqla yaranır, qorunur və inkişaf edir.251
Bir quruluşa güc verən amil atom bombası deyil. ABŞ-ın, keçmiş SSRİ-nin və dünyanın irili-xırdalı digər güclərinin bu günədək bacarmadığı, bundan sonra da bacarmayacağı islami güc hizbullahçı qüvvələrin imanının gücüdür.252
Mənəviyyat, Allahla raz-niyaz, mənəvi əlaqə, Allahı məqsəd seçmək, zahiri məsələlərə aldanmamaq, dünyanın bərbəzəyinə və gözəlliklərinə məftun olmamaq - mömin bir toplum yetişdirən amillər bunlardır. Həm də: "O qədər olub ki, azsaylı bir dəstə Allahın izni ilə çoxsaylı bir dəstəyə qalib gəlib"253. Yəni sayınız az da olsa, həmin mənəvi cəhətə görə sayı çox olanları məğlub edərsiniz. Həmin mənəviyyat Bəsic üzvlərində elə şövq yaradır, gəncləri həvəslə cəbhəyə elə çəkirdi ki, gələndə qayıtmaq istəmirdilər.254
Din və imanın qurucu hərəkətlərə böyük təsiri var. Qərb dünyası və hegemon qüvvələr uzun illər təbliğat apararaq dini passivləşmək, mürgüləmək, kənara çəkilmək və dünyadan küsmək kimi təqdim etmişlər. İmam bunun tam əksini göstərdi. İmam əsl dindar idi. Görün dünya ilə necə rəftar edirdi, siyasi və quruculuq işlərini necə aparırdı. Bu, dinin təsiridir. Dini xalqların uyuşdurucusu adlandıranlar onu tanımamışdılar. Bəlkə də pis niyyətləri olmamışdır. Onlar dinlə tanış deyildilər. Qarşılarında din adlı mənasız bir şey vardı və onun uyuşdurucu olduğunu görüb ümumiyyətlə dinin belə olduğunu düşünürdülər. Xeyr! Din uyuşdurucu deyil. Onların gördüyü uyuşducu ola bilər, İslam dini isə oyadan və hərəkətə gətirəndir.255
Xalqı inqilaba, imama və İslam Respublikasına belə möhkəm bağlayan əsas amil, İran xalqını inqilabın bütün mərhələlərində, o cümlədən ümmət imamının vəfatından sonra dünyanın gözündə güclü bir okeana çevirən möhtəşəm qüvvə sizin imanınız, Allaha və İslama etiqadınızdır. Buna əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim xalqımızın İslama imanı olmasaydı, inqilab də qələbə çalmazdı. Əziz imamımız ölkə daxilində və bütün dünyada insanların qəlbinə onların Allaha və İslama imanı sayəsində yol tapdı, onun sözü, işarəsi və rəftarı xalqımıza və hətta digər müsəlman xalqlara da dərs oldu. Bu on ildə dünyada baş verən böyük dəyişikliklərdə İslama imanın rolu birinci dərəcəli olmuşdur. Biz Allah üçün çalışdığımıza görə Allah-Taala da bizə yardım edir. İran xalqının Allaha, İslama və Qurana imanı olduğuna görə dünyanın digər xalqları ona hörmət bəsləyirlər. İran xalqı Allaha imanlı olduğuna görə öz ilahi və mənəvi rəhbərinə elə hörmət ifadə edirdi. Həmin əziz rəhbərin qəlbi doğruçu, ixlaslı və işıqlı imanla dolu olduğuna görə xalq tərəfindən sevildi, insanların beynində və ruhunda güclü təsir buraxdı. Allah ona bu dövrdə ən böyük işləri görmək üçün qüvvə və qüdrət bəxş etdi.256
Hərəkatın zirvə çağında görülən işlər Allahın lütfü idi. Əziz imamımızın mübarək həyatının onillik parlaq dövrü də Allahın lütfü idi. Bu gün də işləri görən Allahdır və O bu xalqladır. Əgər xalqın ixlası olmasaydı, siz fədakarlıq göstərməsəydiniz, Allah sizi belə himayə etməzdi. Bu, imanın və saleh əməlin nəticəsidir. Harada iman və saleh əməl olsa, orada Allahın lütfü də olar: "Kim Allah üçün çalışsa, Allah da onun üçün çalışar"257. Bunlar yalan deyil, varlıq aləminin həqiqətləridir. Bir xalq özünü Allahın və ilahi məqsədlərin xidmətçisi etsə, Allah da təbiət aləminin bütün qüvvələrini o xalqın xidmətinə keçirər, lütfünü onlara şamil edər. Siz müharibəni yaxşı bitirdiniz, yaxşı idarə etdiniz, imamınızı yaxşı dəstəklədiniz, sözünə qulaq asdınız, qəlbini sevindirdiniz. İmam bu xalqdan razı halda dünyadan köçüb ilahi rəhmətə qovuşdu. Bu bir xalq üçün böyük əhəmiyyətə malikdir. Siz inqilabın həssas və mühüm olan ilk on ilində problemlərə yaxşı dözdünüz, yetkinlik və ayıqlıq göstərdiniz. İmamın vəfatından sonra da yaxşı fədakarlıq nümayiş etdirdiniz. İndi də öz polad yumruqlarınızla düşməni yaxşı dəf edirsiniz.

Bunlar bizim xalqımızın saleh əməlləri sayılır. Allah-Taala bunlara əvəz verəcək, yalnız unutmayaq ki, bunları qorumalıyıq. Yadımızdan çıxmamalıdır ki, ilahi məsələlər qayda-qanunsuz deyil, həmişə qalib gəlməmiz, dünyada başıuca və hörmətli bir xalq olmamız üçün Allahla olmalıyıq.

"Əgər möminsinizsə, siz daha ucasınız".258 Allaha şükür olsun ki, siz beləsiniz və Allahın lütfü ilə həmişə belə olacaqsınız.259
İran xalqının səfərbərliyində əsas amil Allahla mənəvi əlaqədir. Hər hansı bir kişinin, qadının, qocanın və gəncin Bəsic üzvü olması Allahla mənəvi və səmimi əlaqəyə malik olması deməkdir. Əsas iş də budur. İnsanın yorulmamasına səbəb olan amil Allahı xatırlamaqdır. Bütün böyük güclər qarşısında insanı çox möhkəm saxlayan qüvvə Allaha güvənməkdir. Allaha təvəkkül, etimad və Allahla əlaqə olsa, xalqın və Bəsicin hərəkəti davamlı və qalıcı olar. Əgər belə olmasa, bir dövrdə həyəcan yarada bilər, amma qalmaz və məhv olar. Dünyada İran kimi bu qədər düşmən önündə müqavimət göstərən, onlara qalib gələn, önündən maneələri götürən və nəzərdə tutduğu məqsədlərə doğru hərəkət edən ikinci bir ölkə tapa bilməzsiniz. Əksər inqilablarda və ölkələrdə təzyiq və bazarlıqlara görə yayınmalar baş vermişdir. Lakin İranda indiyədək bu hərəkəti məqsədə doğru düzgün yönəldən amil sizin imanınız, Allahla əlaqəniz, Bəsic qüvvələrində mövcud olan duaya maraq, sizin həmişə oxumağa çalışdığınız Kumeyl duası, cümə namazlarınız və imamlara təvəssüllərinizdir. Hər şeyi qoruyan amil bu mənəvi əlaqədir. Bu xüsusiyyət başqa yerlərdə yoxdur və siz bunu qorumalısınız.260
Bizim xalqımız İslama ən güclü iman bəsləyən xalqlardan biridir. Digər xalqları yaxından görənlər təsdiqləyirlər ki, İran xalqı ən imanlı müsəlman xalqlardandır. Xalqa aydın oldu ki, İslamın sayəsində azad şəkildə, mənəvi və maddi nemətlər içərisində yaşaya bilər. Odur ki, İslamı sevən bu imanlı xalq qiyam etdi, böyük inqilab baş verdi və xalq tərəfindən İslam təməlli bir hakimiyyət quruldu. Bu baxımdan, dünyanın harasında bir müsəlman varsa, bu hərəkəti sevir. Çünki bu yalnız bir xalqa məxsus olan vətən və millət çərçivələrində məhdud olmadı, çoxlu xalqlar arasında ortaq din olan İslam uğrunda bir hərəkət idi. Müsəlman xalqlar buna görə bu inqilabı və quruluşu sevirlər.261
Xalqlar imanlarını gücləndirsinlər və Allahla mənəvi əlaqə qursunlar. Allaha şükür olsun ki, böyük güclər və düşmənləriniz siz böyük, şücaətli və mübariz xalqdan hələ də qorxurlar və qorxmalıdırlar da. Siz Allaha iman sayəsində belə qüdrətlənmişsiniz. Bu imanı gücləndirin, birliyinizi artırın və nəyin bahasına olursa-olsun Allah düşməninin boyunduruğu altına girməyin.

İslam izzətli və izzət bəxş edəndir; kim İslamla tanışdırsa, izzət ona məxsusdur. Xar olanlar İslamdan uzaqlaşdıqlarına görə xar oldular. Özünüz İslamı qoruyun, imanınızı gücləndirin, İslam dəyərlərinin keşiyini çəkin, digər xalqları da İslamla barışmağa və İslama qayıtmağa vadar edin. Bu zaman bütün şeytansifət güclərin əli üzüləcək.262


Canlı bir xalq budur: zəif bir vasitəni öz qüdrət amilinə çevirən xalq. İmamın vəfatından sonra dünyanın sizə dair təsəvvürü daha tərifəlayiq oldu və bu xalqın güclü olduğunu anladılar.

Sizin gücünüz nədəndir? İmanınızdan, birliyinizdən. Bu birliyi qoruyun, imanınızı günbəgün gücləndirin. Bütün problemlərin həlli bundadır. Allaha, özünüzə, məmurlara, uğura və məqsədə inanmaq - bu inamları daim gücləndirin, birliyinizi qoruyun və düşmənin onu pozmasına imkan verməyin.263


Beynəlxalq imperializmin İslamla, İslam quruluşu və müsəlman İran xalqı ilə düşmənlikdən əl çəkdiyini düşünmək sadəlövhlük əlamətidir. Ölkənin müstəqilliyini və möhtəşəm İslam inqilabını qorumaq yalnız imanı qoruyub gücləndirməklə və dərin etiqadla mümkündür.264
Qurtuluş yolu, xeyir və uğur yolu, xəbis və hiyləgər düşmənlər üzərində qələbə yolu, Allahın razılığını qazanmaq və ilahi məqsədləri həyata keçirmək yolu əziz imamızın həmişə İran xalqına etdiyi tövsiyələrindədir: Allah-Taala ilə əlaqəni qorumaq, Ona arxalanmaq, Allahın düşmənlərindən qorxmamaq, bütün vücudu ilə İran İslam Respublikasını qorumaq və himayə etmək. İran xalqının yolu budur. Bütün xalq və məmurlar bütün vücudları ilə əziz imamımızın ən dəyərli irsi olan İran İslam Respublikasını qoruyub müdafiə etməli, düşmənlər önündə sayıq olmalı, Allahın onlara yardım etdiyini, düşmənin bütün hiylələrinə baxmayaraq, zəif olduğunu, İran xalqının səadət yolunun imamımızın tövsiyələri ilə tanıdığımız və hərəkət etdiyimiz yol olduğunu bilməlidirlər. Allaha şükür olsun ki, İran xalqı bu yolda çoxlu nailiyyətlər qazanmışdır və çoxlu uğurlar da onu gözləyir. Qarşıda çox parlaq gələcək var. Mən bu gün İran xalqının və İslam Respublikasının gələcəyini çox işıqlı və ümidli görürəm.265
İran xalqı yaxşı anlamışdır ki, onun müsbət cəhəti düşmənin var gücü ilə qaşrı çıxdığı cəhətdir - yəni Allaha təvəkkül etmək, inqilabın hamısı İslamın əsaslarından götürülən və inqilabın Böyük Rəhbərinin sözlərində təkid olunan əsas prinsiplərinə sarılmaq.

Düşmən medianın inqilabın əvvəlindən bu günə qədər ədavətlə səsləndirdiyi "fundamentalist" sözündə hiss olunan qəzəb onların bizim rəhbərimizin, xalqımızın və quruluşumuzun inqilabın əsas prinsiplərinə sadiqliyi qarşısında acizliyindən və narahatlığından irəli gəlir.266


Biz əziz imamımızın vəsiyyətnaməzində olan bir cümləni heç vaxt unutmamalıyıq. O buyurub ki, inqilabı qalib edən amillər onu yaşadacaq; yəni Allaha arxalanmaq, xalqın İslam inancı, ilahi vəzifəni yerinə yetirməyə qəti qərar və birlik.267
Bizim hərəkət etdiyimiz yol ümid yoludur; çünki Allahın və təbiətin qanunlarına uyğundur. İslam və din düşmənlərinin bəlkə iki əsrdən çoxdur dini sıradan çıxarmağa çalışmalarına baxmayaraq, bu gün o, dünyada aktualdır, bu həssas bölgədə dini hakimiyyət qurulmuşdur, 70-80 il dindən uzaq saxlanan ölkələr dini quruculuqla məşğul olurlar. Bunlar sözügedən təbii və ilahi qanunlardır. Dünyanı əxlaqsızlığa sövq edən, mənəviyyatı insanların həyatından tamamilə çıxarmağa çalışan sionistlər, siyasi ideoloqlar və dünyanın materialist cinahları bunu istəyirdilər?! Dinin yenidən dirçəlməsini istəyirdilər?! Din və xüsusən də İslam şüarlarının dirçəlməsini istəyirdilər.

Bunlar sözügedən ilahi qanunlardır - Allahın, İslamın, dinin və mənəviyyatın düşmənlərinin istəyinin əksinə olaraq, öz işini görür və yolunu açır. Biz bu qanunlara uyğun hərəkət etdiyimizə görə nə üçün ümidvar olmamalıyıq?! Biz elə qanunlara uyğun hərəkət edirik ki, əziz Peyğəmbər (s) həyatının ən ağır dövründə o qanunlara güvənib ümidlənirdi. Məkkədə bütün qövmü tərəfindən mühasirəyə alındığı, hətta canının təhlükəyə düşdüyü, evində yaşamaq imkanını itirdiyi, bir gün Taifə, bir gün Əbu Talib dərəsinə getməyə məcbur olduğu gün deyirdi: "Mən iman gətirən tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində cənnətlə) müjdələyənəm!"268 O, "Mən dünyanı silkələtmək və qlobal bir inqilab etmək istəyirəm" - deyəndə nəyə güvənirdi? O, Allaha, ilahi qanunlara və qərar verdiyi mübarizəyə görə bunu deyirdi. Biz də həmin qanunlara güvənib hərəkət ediriksə, nə üçün ümidvar olmamalıyıq?! O bacardı, biz də bacaracağıq. O, tarixi dəyişdirib əsrlərlə dünyanı öz hökmlərinin və quruluşunun təsiri altına sala bildi, biz də bunu bacaracağıq, biz də həmin yolun yolçusuyuq. İran xalqı nə üçün ümidsiz olmalıdır?!269


İslam quruluşunda qərarlar ilahi vəzifə və əqidə əsasında verilməlidir.270
Bu xalq hərəkatı, onbeşillik mübarizələrin sonunda baş verən bu bənzərsiz inqilab və bu quruluşun onbirillik ömründə görünən böyük qəhrəmanlıq, pak insanların şəhidliyi, mömin və mübariz xalqımızın tab gətirdiyi bütün bu çətinliklər, işgəncə və müsibətlər - bunların hamısı İslama görə idi. Bu böyük xalq və onun Böyük İmamı səadəti İslama həqiqətən tabe olmaqda gördü, İslam hakimiyyətini şeytan, tağut və zalımların istismarından qurtuluş amili bildi və Allahın razılığını İslam hakimiyyəti qurmaqda aradı. Müsəlman xalqlar, bütün İslam dünyasının xeyirxah və ixlaslı insanları da İslama görə bu inqilabı və quruluşu özününkü bilib dəstəklədilər, müdafiə etdilər və edirlər. Bu səbəbdən İslam Respublikasının ən böyük vəzifəsi İslamı xalqın həyatına daxil etmək və cəmiyyəti nümunəvi bir İslam cəmiyyətinə çevirməkdən ibarətdir.

Bu məqsədin həyata keçməsi üçün əsas və böyük addımlar qələbənin əvvəlindən imamın güclü nəzarəti altında bütün məsul şəxslər tərəfindən atılmışdır. Bunun üçün ölkənin üç hakimiyyət orqanı əlaqəli və müntəzəm şəkildə işləməli, elm hövzələri, İslam tədqiqat və mədəniyyət mərkəzləri geniş fəaliyyət göstərməli, İslam təlimlərinin dərinləşdirilməsi və genişləndirilməsi üçün ayıq ictihadın və fiqhin tükənməz mənbəyindən istifadə ettməli, İslam Respublikası quruluşunun elmi və icraçı qurumları birlikdə, bir-birinin kənarında cəmiyyəti İslam məqsədlərinə daha da yaxınlaşdırmalıdırlar. İslamın nurlu hökmlərinin qorunması, cəmiyyətdə yayılması və güclənməsi üçün bütün müsəlmanların üzərinə böyük məsuliyyət düşür.271


Bu gün bir neçə məsələ bizim üçün çox əhəmiyyətlidir: Biri budur ki, bu hərəkatın, xalqın, eləcə də xalqın sayəsində digər müsəlman xalqların nəyi varsa, Allaha diqqətdən, arxalanmaqdan və Allahın yada salınmasındandır. Bunu bir an da unutmaq olmaz. Allaha diqqət və Onun sonsuz mərhəməti olmasaydı, bu inqilab və xalq çətin belə uğurlara nail olaydı. Gələcəkdə də belə olacaq.

İslam inqilabında əsas məsələ insan yetişdirməkdir. Bu da ilk növbədə qəlbi və ruhu islah etmək deməkdir. Dünyada maddi nemətlər olsa, amma insaniyyət, əxlaq və dindarlıq olmasa, dünya adamlarına da ləzzət verməz, bəşərə dinclik gətirməz. İnsanın dincliyi dini əxlaq və ruhiyyədən irəli gəlir, dindən yardım almalı və qaynaqlanmalıdır. Əxlaqın, mənəviyyatın və dinin olmadığı dünyada bugünkü kimi böyük güclər və təcavüzkar dövlətlər xalqların başına min oyun açarlar. Bizim hər birimiz harada olsaq, birinci işimiz nəfsi islah etmək, kamilləşdirmək, mənəviyyata və ilahi əxlaqa yiyələnmək olmalıdır.272


İslam cəmiyyətində mənəvi və maddi həyat yanaşıdır. Onda həm xalqın dini, əxlaqı, mədəniyyəti və etiqadları zəngin olur, həm də maddi həyatı, məişəti; yəni cəmiyyət iş, istehsal və ixtira ilə təmin olunur. Odur ki, belə bir hərəkəti məqsəd seçməliyik.273

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin