Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Qadın İranın mənfur şah rejimində



Yüklə 416,28 Kb.
səhifə38/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   34   35   36   37   38   39   40   41   ...   73
2- Qadın İranın mənfur şah rejimində

Sasani şahlarının hərəmxanaları haqda məlumatınız var. Hərəmxana nə deməkdir? Hərəmxana - qadının təhqiri deməkdir. Bir kişi imkanı çatdığına görə özünü min qadın saxlamağa haqlı bilir. Əgər həmin şahın bütün xalqı da belə imkana malik olsaydı, hər biri öz qədərincə min, beş yüz, dörd yüz, yaxud iki yüz qadın saxlamaq istəsəydilər, nə olardı?! Görün bu, qadına qarşı hansı baxışdan xəbər verir.358


Qadın satqın və mənfur şah rejimində həqiqətən və hər cəhətdən məzlum idi. Qadın elmlə məşğul olmaq istəsəydi, gərək dindən, təqvadan və iffətdən keçəydi. Məgər müsəlman bir qadın universitetlərdə, təhsil ocaqlarında, elm və mədəniyyət mərkəzlərində asanlıqla öz hicabını, mətanətini və vüqarını qoruya bilərdi?! Məgər bu mümkün idi?! Məgər mümkün idi ki, müsəlman bir qadın Tehranın və digər bəzi şəhərlərin küçələrində İslam mətanəti və vüqarı ilə, yaxud hətta yarımçıq hicabla asanlıqla yol yerisin, amma Qərbin sovqatı olan fəsad və pozğunluğa alışanların dil və hərəkətlərinin zərərindən qorunsun?! Elə etmişdilər ki, bu məmələkətdə əksər qadınların elm öyrənməsi mümkün deyildi; gərək hicabı açaydılar, təqvadan və İslam vüqarından imtina edəydilər. Siyasətdə və ictimai fəaliyyətlərdə də belə idi. Şah dövrünün İranında bir qadın ictimai və siyasi bir posta yiyələnmək istəsəydi, müsəlman qadının hicabından, iffətindən, vüqarından və mətanətindən keçəydi. Əlbəttə, bu, qadının özündən və istedadının necə olmasından asılı idi. Əgər çox zəif olsaydı, dərinliyinə qədər sürüşəcəkdi; özünü qoruyan olsaydı, müəyyən həddə özünü saxlayacaqdı, amma ictimai mühit tərəfindən günbəgün artan təzyiqlərlə daim üz-üzə qalacaqdı. İnqilab qələbə çalana və imam gələnə qədər bizim cəmiyyətimiz belə idi.359
Bizim cəmiyyətimizdə mənfur Pəhləvi sülaləsi zamanı qadınların hicabsızlığının və çılpaqlığının tarixini oxuyanlar və ya yaşlarına görə həmin günləri görənlər bilirlər ki, ölkəmizdə xalqı necə zorla hicabsızlığa, qadın və kişinin bir-biri ilə məhdudiyyətsiz əlaqələrinə sürüklədilər. Bu, xalqın asanlıqla qəbul edəcəyi bir şey deyildi, onları buna məcbur elədilər.360
Keçmiş rejimdə qadınların çoxu savadsız idi, ictimai-siyasi məsələlərdən uzaq saxlanır, ölkənin taleyinə biganə yanaşırdılar. Ümumiyyətlə bilmirdilər ki, bu məsələdə onların da rolu ola bilər. Amma bütün bunlarla yanaşı, zahiri baxımdan avropalılar kimi, bəzən də qərbli və avropalı qadınlardan da qabaqda idilər. Kimsə onlara baxsaydı, elə bilərdi ki, bir Avropa ölkəsindən və Qərb cəmiyyətindən indi İrana daxil olublar. Bir-iki kəlmə danışandan sonra isə şəxsiyyət zəifliyi səbəbindən özlərinə yalançı şəxsiyyət düzəltməyə məcbur olan savadsız, yaxud az savadlı olduqları aşkara çıxırdı. Gözəlliklərini nümayiş etdirməklə diqqət çəkmək istəyirdilər. Bu, qadın üçün tənəzzül idi, inkişaf deyildi. Onun başını bəzənməklə, modla, gözəllik nümayiş etdirməklə, paltarla, qızıl və zinət əşyaları ilə qarışdırır, müxtəlif məqsədlərdə ondan bir alət kimi istifadə edir, siyasət, əxlaq və tərbiyə işlərinə qoşulmasına qoymurdular. Qadına qarşı bundan böyük cinayət ola bilərmi?! Bu, keçmiş rejim dövründə dəqiq və düşünülmüş şəkildə görülən işdir.361

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin