Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Qərb mədəniyyətinə qarşı mübarizədə müsəlman qadınların rolu



Yüklə 416,28 Kb.
səhifə40/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   36   37   38   39   40   41   42   43   ...   73
4- Qərb mədəniyyətinə qarşı mübarizədə müsəlman qadınların rolu

Müsəlman qadın elm, mənəvi və əxlaqi özünüislah yolunda çalışsın, hər hansı növdən olan cihad və mübarizədə öncül olsun, dünyanın bərbəzəyinə və dəyərsiz dəbdəbəyə etinasız yanaşsın, iffəti, paklığı elə bir həddə olsun ki, yad və çirkin nəzərləri öz-özünə uzaqlaşdırsın, evdə həyat yoldaşının və övladlarının asayişinə, həyatın dincliyinə səbəb olsun, şəfqətli və mehriban ağuşunda, mənalı və məhəbbətli sözləri ilə psixoloji cəhətdən sağlam övladlar tərbiyə etsin, komplekssiz, xoş əhval-ruhiyyəli, ruhi və sinir sarıdan sağlam insanlar yetişdirsin, cəmiyyətin kişilərini, qadınlarını və şəxsiyyətlərini ərsəyə gətirsin! Ana hər bir qurucudan əhəmiyyətli və dəyərlidir. Ən böyük bir alim çox mürəkkəb elektron cihaz ixtira edə, qitələrarası raket və kosmik gəmi düzəldə bilər, amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Bunu yalnız ana bacarır. Müsəlman qadın örnəyi budur. Cəhalət dolu hegemon dünya yanlış olaraq qadının dəyər və qiymətini kişilər önündə bəzənməkdə, şorgözlərin baxıb ləzzət almasında və tərifləməsində olduğunu düşünür. Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi kişilərin cinsi ləzzət almaları üçün qadınları səhnəyə çıxarmaqdan ibarətdir. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işinə alət olsun. Bu, qadın azadlığıdırmı? Cahil, qafil və azğın Qərb dünyasında insan hüquqularından dəm vuranlar əslində qadına zülm edənlərdir. Qadının təkamülünün, hüquq və azadlığının bəlli olması üçün ona uca insan gözü ilə baxmaq lazımdır. Qadına uca insanlar yetişdirən və cəmiyyəti islah edən qüvvə kimi baxsanız, onun kim və azadlığının necə olduğunu bilərsiniz. Qadına ailənin əsas amili kimi baxın. Ailə kişi və qadınla qurulsa, bunda onların hər ikisi təsirli olsa da, ailə mühitinin asayişi, evdə olan dinclik və aramlıq qadına və onun təbiətinə görədir. Qadına bu gözlə baxın ki, onun necə təkamülə çatması və hüququnun nə olduğu məlum olsun.377


Siz elmdə yüksək səviyyədə olan, lakin insani məsələlərdə və ictimai münasibətlərdə iki cinsdən biri olaraq pozğunluğa düşmüş bir qadını təsəvvür edin. Elə bilirsiniz bunun dəyəri var?! Düzdür, alim qadın müəyyən mənada belə işlərə daha az düçar olur. Savadsızlığın zərərlərindən biri də budur: qadınları əxlaqsızlığa daha çox çəkir. Lakin əxlaqsızlığın müəyyən bir həddi yoxdur. Hətta yüksək elmi dərəcəyə malik bir xanımın da öz insani cəhətinin qədrini bilməməsi mümkündür. Bu cəhət kişidə də var. Qadın və kişi bunu canlandırmaq üçün elm və hikmət öyrənməyə çalışmalı, daim diqqətdə saxlamalıdırlar. Qadında və kişidə olan insani cəhət inkişaf etdirilməlidir. Bu bir dəyər məsələsidir. Bizim cəmiyyətimizdə İslam dəyərləri dirçəlməlidir. Misal üçün, hicab bir dəyərdir. Daha yüksək məsələlərə giriş olmasına baxmayaraq, hicab məsələsinin özü bir dəyərdir.378

Siz qadınların dünyaya sözünüz var. Bu sözü dəqiq şəkildə yazın və dünyaya təqdim edin. Bu söz təkcə dillə, şifahi və ya yazılı deyil, daha çox əməllə deyilən sözdür. İranın qadınları, xüsusən də İslam dini, İslam hökmləri və başlıca olaraq, hicab qaydaları əsasında müxtəlif fənlər üzrə elmi fəaliyyət göstərənlər dünyanın qadınlarına, qızlarına və tələbə xanımlarına əməli surətdə başa salsınlar ki, elm əxlaqsızlıq demək deyil, elm öyrənmək üçün qadın və kişi münasibətlərində əxlaqi meyarlara qarşı laqeydliyə zərurət yoxdur. Bu meyarlara tam riayət etməklə də elm öyrənmək, yüksək alimlik dərəcələrinə çatmaq olar. Siz İslamın qlobal mesajına bir nümunə kimi göstərilə bilərsiniz.379


Universitetlər çox mühüm mərkəzlərdir. Universitetlərdə tələbə və müəllim xanımlar çalışıb İslam qaydalarını və mədəniyyətini yaysınlar. Allah eləməmiş, kimlərsə İslam hicabına, müsəlman qadınlara, tələbələrə hörmətsizlik etsələr, onlara öz azğın fikirlərini yaymağa imkan verməyin. Universitetdə İslam ab-havası hakim olmalıdır. Universitet İslam adamının, örnəyi Fatimə (ə) olan müsəlman qadının inkişaf etdiyi mərkəzə çevrilməlidir. Bu, ölkənin gələcəyi üçün olduqca əhəmiyyətlidir. Xüsusən inqilabi bir mərkəz sayılan Pedaqoji universitet kimi bəzi universitetlərdə bu məsələ daha böyük əhəmiyyət kəsb edir.380
Mən gənc və evdar müsəlman qadınlara deyirəm: Qərbin dünya əhalisinin, inkişaf etməkdə olan ölkələrin və o cümlədən bizim ölkəmizin canına xora kimi saldığı israfçılığa uymayın. İstehlak lazımi həddə olmalıdır, israf həddində yox. Həyat yoldaşları, yaxud özləri müxtəlif vəzifələrdə çalışan qadınlar israfdan çəkinməkdə digərlərinə nümunə olmalı, müsəlman qadının dəyərinin qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox uca olduğunu göstərməlidirlər. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çoxlu insanlarının köməyə möhtac olduğu dövrdə pul verib qızıl-zinət əşyaları, növbənöv məişət avadanlıqları almamalı, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsrafçılıq müsəlman qadına yaraşmaz. Bizim hegemon dünyaya qarşı ittihamlarımızdan biri də bu sahəyə aiddir.381
Dəbdəbəyə meyl uzun müddət bizim cəmiyyətimizdə azalmışdı. İnqilabın əvvəllərində qadınlar dəbdəbə və zinətlərə etinasız yanaşırdılar. Lakin deyilənlərə görə, təəssüf ki, bu məsələlər indi inkişaf etməkdədir. Cəmiyyətimizin düşüncəli, elmli qadınları bunu təhlükə bilməlidirlər. Qadınlar dəbdəbəyə sarı sövq olunmamalıdırlar. Əlbəttə, bu, kişilər üçün də təhlükəlidir, lakin uyğun potensial qadınlarda daha artıqdır. Kişilər çox zaman bu məsələlərdə qadınların təsiri altına düşürlər. Siz buna qarşı ciddi mübarizə aparmalı və ehtiyatlı olmalısınız. İfratçı dəbdəbəyə meyl salmayın. Mən az, normal həddin əleyhinə deyiləm, amma ifrat şəkil alması çox pis haldır. Xanımlar növbənöv paltarlara, bəzənməyə və qızıl-zinət əşyalarına etinasız yanaşmağa, bu məsələlərdə ifratdan çəkinməyə əhəmiyyət göstərsinlər. Allahın lütfü ilə belə zahiri gözəlliklərə yox, həqiqi gözəlliklərə daha artıq diqqət yetirilsin.382
İranlı qadının geyimi bəlli olmalıdır. Sözsüz ki, məqsədim xarici geyim deyil, qadınlar arasında istifadə etdiyi çadraaltı geyimdir. Çadra və İslam geyimi isə başqa bir mövzudur, hələlik buna toxunmaq istəmirəm. Siz görürsünüz ki, hindli qadının sadə geyim forması var. Avropalı qadının da geyimi bəllidir. Bəs iranlı qadının müəyyən bir geyimi yoxdurmu? Varsa, nədir? Çünki bu gün Avropa fabriklərində tikilən, London və Parisdən gətirdiyimiz modlar iranlı qadının deyil. Təəssüflü olsa da, indi eşitdim ki, bəzi adamlar özlərinə paltar almaq üçün hər iki ildə bir-iki dəfə ya özləri xaricə gedir, ya da kimlərinsə vasitəsi ilə oradan paltar alıb gətirir və qadın məclislərində geyinib nümayiş etdirirlər. Bu, Qərb mədəniyyətini təbliğ etməkdir. Biz Amerikaya ölüm oxuduğumuz halda onun mədəniyyətini bu şəkildə təbliğ edirik. Halbuki qərblilər əsasən mədəniyyət üzərində dayanırlar. Siyasət də mədəniyyətə müqəddimədir. Onların mədəni məqsədləri təmin olunanda hər şeyləri təmin olunmuş sayılır. Bizim o mədəniyyəti paltar və digər formalarda buraya gətirməmiz təəssüf doğurur. İran mədəniyyətindəki geyim və zinətin nə eybi var ki, biz Qərb mədəniyyətindən istifadə etməliyik?! Həm də bunların hamısı nisbidir; yəni bu gün bir geyim moddur, beş ildən sonra moddan düşür və başqa bir geyim mod olur. Odur ki, bunlar həqiqi deyil, nisbi və müvəqqəti məsələlərdir. Gözəlliyi həqiqi olmadıqda isə hansı səbəbə görə onun xoşladığı və geyindiyi gözəl sayılmalıdır?! Biz iranlıyıq, gərək axtarıb özümüzə aid olanı tapaq.383
Diqqətli olmaq lazımdır ki, qadın geyiminə dair heç bir məsələ Qərbin təbliğat hücumundan təsirlənməsin. Ondan təsirlənsə, zərərli olacaq. Məsələn, deyək ki, hicab olsun, amma çadra olmasın. Bu, yanlış fikirdir. Mən hicablı qadın üçün çadranın yeganə geyim növü olduğunu demək istəmirəm. Xeyr! Mən deyirəm çadra hicabın ən yaxşı növüdür, bizim milli əlamətimizdir, heç bir eybi də yoxdur və qadının heç bir fəaliyyəti ilə ziddiyyət təşkil etmir. Əgər həqiqətən ictimai-siyasi işlər görmək və elmi fəaliyyətlər göstərmək istəsə, çadra qadının rəsmi geyimi ola bilər. Qeyd etdiyim kimi, çadra hicabın ən yaxşı növüdür. Düzdür, çadrasız da hicablı olmaq mümkündür, lakin onun sərhədlərini mütləq müəyyənləşdirmək, tapmaq lazımdır. Bəziləri Qərbin əks-təbliğatından qurtulmaq üçün çadradan qaçırlar. Amma bu zaman həqiqi hicaba üz tutmurlar, çünki Qərb ona da hücum edir. Siz elə bilirsiniz biz çadranı kənara qoysaq, məsələn, Qurani-kərimdə də göstərilən384 paltar və örpəklərdən istifadə etsək, bizdən əl çəkəcəklər?! Xeyr! Onlar bununla qane olmayacaqlar. Onlar öz çirkin mədəniyyətlərinin burada eynilə şah dövründə olduğu kimi hakim olmasını istəyirlər. O zaman qadının ümumiyyətlə hicabı yox idi. Hətta növbə belə yerlərə çatanda pozğunluq daha çox olur. Şah dövründə Tehranda və ölkəmizin başqa şəhərlərində olan pozğunluq Avropa şəhərlərindən çox idi. Avropada adi qadının paltarı və geyimi vardı, burada isə elə deyildi. Çox təəssüf ki, geriqalmış müsəlman və qeyri-müsəlman ölkələrinin çoxunda vəziyyət belə idi. Buna görə də, dəyər məsələlərinə çox diqqət və qətiyyətlə riayət etmək lazımdır.385
Çox mühüm işlərdən biri qadınları kitaboxuyan etməkdir. Yeni üsullar tapıb evlərdəki qadınları kitaboxuyan edin. Təəssüf ki, bizim qadınlarımızın kitab oxumağa çox da həvəsləri yoxdur. Bazara minlərlə kitab gəlib-gedir, amma bunlar xəbərsiz qalırlar. Bu kitablar beyinləri daha yaxşı anlamaq, daha yaxşı düşünmək, daha yaxşı yaratmaq, daha yaxşı və daha düzgün yerlərdə olmaq üçün hazırlayan bəşər bilgiləridir. Çox əhəmiyyətli məsələlərdən biri evdaxili işlərin, yəni həyat yoldaşı və övladlarla rəftarın düzgün üsullarını öyrənməkdir. Səbirli, dözümlü, fədakar və yaxşı əxlaqı olan, amma həyat yoldaşları və övladları ilə davranış qaydalarını bilməyən çox yaxşı qadınlar var. Bunlar elmi məsələlərdir; bəşərin təcrübəsi nəticəsində günbəgün inkişaf etmiş və yaxşı mərhələlərə çatmışdır. Bu sahədə məlumatı və təcrübəsi olanlar belə üsullar tapmalı və xanımlara yol göstərməlidirlər. Ümidvarıq ki, qeyd olunan maneələr bizim qadınlarımızın önündən götürülsün və onlar inkişaf edə bilsinlər. Allaha şükür olsun ki, inqilab bizim ölkəmizin qadın toplumuna böyük kömək etdi. Mən acı hadisələr qarşısında kişilərdən daha fədakar və dözümlü olan qadınlar görmüşəm və görürəm. Mənim şəhid ailələri ilə görüşlərim çox olur. Dəfələrlə demişəm ki, bu böyük hadisəyə dözməkdə əksər analar atalara nisbətən daha yaxşı əhval-ruhiyyəli və daha dözümlüdürlər. Düzdür, bunun əksi də baş verir, amma belələri daha çoxdur.386
Ailə məsələsi çox əhəmiyyətlidir. Ən mühüm düyünlərdən biri ailədədir. Gedin görün ailələrdə vəziyyət necədir. Görün bu problemləri yaradan nədir, onların köklərini tapın və aradan qaldırmaq üçün uzunmüddətli layihələr hazırlayın. Analıq, xanımlıq, ev və ailə məsələsi olduqca əsaslı və həyati məsələlərdəndir. Bizim bütün layihələrimizdə ailə əsas məsələ olmalıdır. Siz tibdə və ya hər hansı bir sahədə ən böyük mütəxəssiz olsanız, amma ev xanımı olmasanız, bu bir nöqsandır. Siz ev xanımı da ola bilərsiniz. Əsas məsələ budur. Bu barədə nöqsanlı bir bənzətmə kimi kraliça bal arısını misal çəkə bilərik. Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməli, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, xüsusi bir sahədə qadına nisbətən xarakteri daha xam və zəif olur. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir. Həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bunu bilirlər. Bu hiss və duyğuların evin əsas mərkəzinə, yəni xanımına ehtiyacı var. O olmasa, ailə mənasız bir şeyə çevrilər.

Sizin bayırda da işiniz var; xəstənizi görür, elmi işlə məşğul olur, layihə yazır və universitetdə dərs deyirsiniz. Bunların hamısı öz yerində, amma evdəki rolunuzu da unutmamalısınız.387





Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin